Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərdən İntiqam Almanın 6 Yolu =)

Mükəmməl görünün.

Özünüzü pis hiss edirsiniz, amma bunun ağrısını paket paket cips yeyərək ya da bütün bir günü tərpənmədən keçirərək özünüzdən çıxarmayın, çünki içinizdəki ehtiras sizə bir beş kilo və onlarla sızanaq olaraq geri dönə bilər. Özünüzə xəyalını qurduğunuz ayaqqabıları alın.

Eşqbazlıq edin.

"Madam ki, məni tərk etdi, dərhal başqasıyla evlənim o da görsün gününü" deyərək qayıda bilməyəcəyiniz bir yola girməyin. Sırf intiqam almaq üçün ciddi qərarlar vermək köhnə sevgilinizin dostuna baxmaq sizə bir şey qazandırmaz, əksinə ucuz görünməyinizə səbəb olar. Ancaq eyni işi paylaşdığı yaraşıqlı proyekt müdiriylə yaxınlaşmağınız köhnə kişi dostunuzun dəli olmağını təmin edəcək.

Sakit davranın.

Aldadıldınız. Bəlkə də gözləmədiyimiz bir anda tərk edildiniz. Hirsinizi yatırtmaq üçün ağlınızdan keçən şiddət dolu bütün duyğuları bir tərəfə atın. Sakit davranmağınız köhnə sevgilinizə verəcəyiniz ən yaxşı dərsdir.

Hesablarıınızı bağlayın.

Texnologiya həyatımıza girəndən bəri ayrılıqların və alınan intiqamların da istiqaməti dəyişdi. Təəssüf ki, köhnə sevgililər, ya da yoldaşlar, interneti hesablaşma vasitəsi olaraq tez-tez istifadə edir. Köhnə yoldaşın pis fotoşəkillərini nəşr etmək də bu yollardan biridir. Ancaq bunu unutmamaq lazımdır; hirsiniz nə cür böyük olursa olsun, belə bir səhv etmək sizə yaraşmaz. Bu vəziyyət "fərdi cinayət" əhatəsinə girir və sonu mühakiməyə uzanan dadsız bir yola doğru uzanır.

Sizin ayrılıq və hüzn dolu mesajlarınız onu incitməkdən çox, sevinməsinə səbəb ola bilər. Qısa bir müddətə də olsa ictimai yoldaşlıq saytlarıyla bütün əlaqənizi kəsin. Sizdən xəbər ala bilməmək, həyatınızın nə istiqamətdə olduğunu bilməmək onu hirsləndirər. Siz evdə köhnə şəkillərinizə baxaraq ağlaya bilərsiniz, amma onun bunu bilməsinə ehtiyac yoxdur, qoyun özü maraqlansın.

Onu unudun.

Çox sevdiyiniz birini həyatınızdan tamamilə çıxarmaq çətindir. Ürəyinizin ağrıdığını bilirik, hansımızda ağrımadı ki? Amma həmişə onu düşünmək sizə zərər verəcək. Yeni kitablar oxuyun, filmlər izləyin, yoldaşlarınızla, ailənizlə vaxt keçirin, uzun zamandır getmək istədiyiniz rəqs kursuna gedin. Qısacası özünüzü yaxşı hiss etmək üçün çalışın. Məşhur yazıçı Borgesin dediyi kimi "Unutmaq ən yaxşı intiqamdır." Onu unudun və gələcəyə ümidlə baxın. Hər şeyin daha gözəl və daha aydın olduğunu görəcəksiniz.

Əhəmiyyətsiz hesab edin.

Köhnə sevgilinizi əhəmiyyətsiz hesab etmək ən gözəl intiqamdır. Əhəmiyyətli hesab etmirmiş kimi görünməyə çalışın. Danışmaq məcburiyyətində qalsanız söhbəti qısa edin. Həddindən artıq qayğı göstərməkdən qaçın. Köhnə sevgilinizi qısqandırmaq üçün qəhqəhələr işə yaramayacağı kimi qəribə görünməyinizə səbəb olacaq. Sizə yoldaşlıq edən biri yoxdursa, hərdən bir cib telefonunuza baxın, sanki biriylə mesajlaşırmış kimi gülümsəyin. Aranızda heç bir yaşanmamış kimi davranmağınız, onun özünü dəyərsiz hiss etməsinə səbəb olacaq. Məqsədimiz də bu deyilmi onsuz da?


Tarix: 09.06.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 175 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...