Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zərərli vərdişlər

Vaxtı keçmiş kosmetik vasitələrdən istifadə etməyin. Eyni zamanda, kosmetik məhsulları barmaq vasitəsi ilə vurmayın. Çünki dəridəki çatlar infeksiyalara, gözdə allergik xəstəliklərə səbəb ola bilər. Rəngi, qoxusu dəyişən kosmetikaları atın. Saralan dişlər ağızda xoşagəlməz qoxulara, dişlərin çürüməsinə və diş əti xəstəliklərinə yol açır. Buna görə də, dişlərinizi gündə iki dəfə fırçalayın, dişlərinizi təmizləmək üçün keyfiyyətli diş iplərindən istifadə edin. Dərinin tez-tez gərilməsi nəticəsində elastik toxumalar qırılır və dəridə çatlar əmələ gəlir. Əsasən kökəlib-arıqladıqda bu fəsadlar meydana çıxır. Bədənin çəkisinin artıb-azalması, hamiləlik, köklük, sürətli böyümə, tez-tez ağırlıqqaldırma qarın, çanaq və baldır nahiyələrində çatların əmələ gəlməsinə səbəb olur. Dəri 3 qatdan ibarətdir: dermis, derm və hipoderm. Derm yorğanı xatırladır. Tərkibindəki liflər sayəsində dərinin əsas qatını əmələ gətirir. Şəbəkə şəklindəki protein lifləri dərinin möhkəmliyini, canlılığını qoruyub saxlayır. Daha nazik olan elastik liflər həmin liflərlə birlikdə tor əmələ gətirir və bu tor dərinin elastikliyində mühüm rol oynayır. Torun forması pozulduqda və ya elastik liflər qopduqda dəridə çatlar əmələ gəlir. Çatların qarşısını almaq olarmı? Çatların qarşısını almaq üçün bədənin qarın, ayaq və digər nahiyələrini elastikliyə alışdırmaq lazımdır. Müxtəlif losyon və yağlar dərinin elastikliyinə yardımçı olur. Masaj da çatlara qarşı qoruyucu vasitədir. Güclü hüceyrələr heç vaxt çatlamır. Ona görə də rejimlə qidalanmaq və çoxlu su içmək sağlam dəriyə sahib olmaqda mühüm rol oynayır.


Tarix: 11.05.2013 / 14:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 58 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...