Daim gözəl və formada olmağı sevən qadınlar yəqin bilirlər ki, üzün quruluşunu əsaslı şəkildə dəyişən cizgi məhz qaşlardır. Sıx, enli və səliqəsiz qaş istənilən gözəl üzü çirkin göstərə bilər.
alması düzgün deyil. Lakin nəzərə almaq lazımdır ki, müasir insanlar nəinki qaşın, hətta burunun, dodağın, üzün formasını da dəyişmək imkanına malikdirlər. Qaşları nazik və qismən səliqəli olan qızların bu baxımdan problemləri azdır. Lakin çox sıx və qalın qaşa maliksinizsə, gözəl görünmək naminə onlara forma verməlisiniz! Unutmayın ki, qaşın quruluşu sifətin ifadəsini də dəyişir. Adətən, qaşların təbii formasını saxlamaq məsləhət görülür. Qaşlarına əl gəzdirmək istəyən xanımların birinci dəfə kosmetoloqa müraciət etmələri məsləhətdir. Kosmetoloqun sizin qaşınız üçün seçdiyi formanı sonradan özünüz ev şəraitində də asanlıqla saxlaya bilərsiniz. Təbii ki, bütün hallarda olduğu kimi burada da sizin öz zövqünüz daha vacibdir. Lakin yenə də bəzi qaydalara əməl etmək pis olmazdı. Qaşın daxili kənarı burun pərləri ilə eyni səviyyədə, uzunluğu isə göz sərhəddindən bir neçə millimetr artıq olmalıdır. Daxildən qaş aşağı yönəlməlidir. Yaddan çıxarmaq lazım deyil ki, daxildən nazildilən qaş gözləri kiçik göstərir. Bu hissəni həddən artıq nazikləşdirdikdə isə, sifətdə daim təəccüb ifadəsi müşahidə edilir.
deyil. Bu zaman ağrını minimum səviyyəyə endirmək üçün də bəzi qaydalara əməl etmək lazımdır. Tükləri çıxma istiqamətlərində tək-tək çəkmək lazımdır. Bu, ağrını qismən də olsa, azaldır. Xəstə olduqda, dərinin həssaslığı artır. Buna görə də tam müalicə olunmadan qaşlarınıza əl vurmayın. Prosesə başlamazdan əvvəl dərinizə tərkibində meyvə turşuları, rentol-A kimi maddələr olan məhsullar çəkməyin. Ağrını tam yox etmək istəyirsinizsə, qaşınıza tərkibində benzokain (adətən, bu maddəni diş ağrısı zamanı qarqara üçün istifadə edirlər) olan preparat çəkə bilərsiniz. Məhsulun gözünüzə düşməməsinə diqqət edin, sonda isə onu nəm pambıqla silin.
Qaş almadan əvvəl üzü soyutmağın, yoxsa isitməyin daha yaxşı olması barədə isə kosmetoloqlar qəti bir qərara gələ bilmirlər. Bəzi kosmetoloqlar belə hesab edirlər ki, qaşlara forma verməzdən əvvəl isti duş qəbul etmək, yaxud qızdırılmış dəsmal qoymaq lazımdır. Onların fikrincə, bu zaman məsamələr genişlənir və tüklərin çıxması asanlaşır. Soyuma isə məsamələri sıxaraq ağrını artırır. Bəzi kosmetoloqlar isə, əksinə, hesab edirlər ki, dəriyə salfetə bükülmüş buz qoyduqda həmin hissə keyləşir və ağrı hissi minimuma endirilir. Yaxşı olar ki, hər iki variantı sınaqdan keçirəsiniz və sizə uyğun olanını seçəsiniz. Qaşınıza forma verdikdən sonra spirtli pambıqla silin.
salınması tüklərin surətlə uzanmasına səbəb olmur, lakin proses dərinin qıcıqlanması ilə nəticələnə bilər. Ona görə də aləti düzgün seçmək lazımdır. Penset yüksək keyfiyyətli, paslanmayan metaldan olmalıdır. Sıxılarkən azacıq gərilməli, sonları hamar və parlaq olmalıdır. Qətiyyən ucları kütləşmiş pensetdən istifadə etmək olmaz.
Qaşları almaq zamanı
edəndən sonra daha asan və ağrısızdır. Tükləri alarkən ağrını azaltmaq üçün barmağınızla dəriyə təzyiq göstərin. Heç zaman rənglənmiş qaşları azaltmağa çalışmayın, çünki artıq tük çıxardığınızın fərqinə belə varmayacaqsınız.
eni, uzunluğu və qalınlığını rənglə qaydaya salmaq olar. Mütəxəssislər bu məqsədlə karandaşdan, yeni başlayanlara isə göz kölgələrindən istifadəni məsləhət görürlər.
saçınızın təbii rənginə maksimum uyğun olmalıdır. O, yarım çalar tünd ola bilər, amma açıq yox.
çəkmək, sonra rənglə bütün qaşı doldurmaq lazımdır. Qaşın mərkəzi hissəsi və ya ucunu vurğulasanız, makiyaj etmək asanlaşacaq, uz cavanlaşacaq.
Rəng və xətti intensiv etməyiniz üçün karandaşa təzyiq göstərin, göz kölgəsi üçünsə nəm fırçadan istifadə edin.
Tarix: 09.06.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri