Aldatılan qadınların buraxdığı səhvlər
Aldatılan qadın belə bir halla qarşılaşanda ilk olaraq nə edir? Adətən yoldaşına qarşı necə reaksiya verir? Aldatılan qadının hansı reaksiyanı verməsi doğrudur? Budur! Aldadılan qadınların etdikləri səhvələrin təyini:
Səhv 1. “Dedektiklik”
Qadınlar yoldaşlarının onları aldatdığından şübhələnərək, ilk səhv olaraq dedektiv kimi bu işin dalınca düşürlər. Ətrafı axtarma, yoldaşlarını sorğuya çəkməyə başlayırlar. Əslində isə qadınlar münasibətlərinin bitməsini təsdiq edən bir dəlil axtarırlar.
Aranızda nəyinsə yaxşı olmadığını anlamaq üçün yoldaşınızın sizi aldatdığına aid bir dəlil axtarmağa ehtiyac yoxdur. Doğurdan aldadırsa, ya da onun sizi aldatdığını düşünürsünüzsə, axtardığınız dəlillər münasibətinizdə nəyinsə dəyişmək məcburiyyətində olduğunuzu bilməyiniz üçün lazımdır. Onun sizi tam aldatdığı anı tapmaq, sizə sakitliyinizi itirməklə bərabər, yorğunluq, əsəb, sinir pozğunluğu kimi hallar da yaşadacaq.
Səhv 2. Digər qadını günahlandırma
O qadın başqa bir qadının yoldaşını əlindən alan günahkar ola bilər. Amma qətiyyən tək günahkar o deyil. Sizinlə gözəl bir münasibətə başlayan, sizə güvən verən, sizi heç vaxt aldatmayacağına söz verən və daha sonra da sizi aldadan kimdir?
Bir kişi aldatdığında, vəhşi cazibəli şeytan bir qadın tərəfindən idarə olunurmuş, belə düşünürsünüz? Bu düşüncəni dərhal başınızdan atın. Aldatma əsla tək tərəfli baş vermir. Digər qadına əsəbləşməkdən vaz keçin. Bunun əvəzinə yoldaşınızın evliliyinizi necə kirləndirdiyinə istiqamətlənin. Həm də belə düşünün. Bu aldatma o qadınla olmasaydı bir başqa qadınla olacaqdı. Sədaqətsizlər aldadır! Problem o qadında deyil yoldaşınızdadır.
Səhv 3. Onu həyatından çıxartmamaq
Hər şeydən əvvəl, yoldaşınız sizi aldadıbsa, istəyəcəyiniz ən son şey onu həyatınızda saxlamaq olmalıdır. Aldatma – ümumilikdə dəfələrlə verilən sözlərə, əhv edilmələrə baxmayaraq davam edən bir davranış formasıdır. Əgər o sizi aldadıbsa, onu özünüzdən məhrum edərək cəzalandıra bilərsiniz.
İkincisi, siz heç bir zaman onu aldatmağa məcbur etməmisiniz. Yoldaşınız sizi aldadırsa, bu sizin dəyərsiz olduğunuzdan deyil, onun bir münasibəti idarə etmək bacarığının olmamasından irəli gəlir.
Özünüzü günahlandırmayın! Çünki siz onun sizi aldatmağına səbəb deyilsiniz. “Daha zərif, daha gözəl və yataq daha yaxşı ola bilsəydim, aldatmazdı” düşüncəsini başınızdan atın. Əmin olun ki, sizi aldadarkən, sizin sahib olduqlarınızı və bacarıqlarınızı heç bir zaman düşünməyib.
Tarix: 12.05.2013 / 18:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri