Dorothea Puente
Yaşlı kirayəşin Dorothea Puente, pansionu işlətdiyi illər ərzində, pansionda qalan qurbanlarını səssiz bir şəkildə öldürüb daha sonra imzalarını təqlid edərək öz həyat şəraətin yaxşılaşdırmaq üçün bu insanların pullarını istifadə edirmiş. Kirayəçilərinin zəng etməsinə ya da maillərinə baxmasına qətiliklə icazə verməzdi. Puente, kirayəçilərə verilmək üzrə pansiona gələn pulları alar və böyük bir hissəsinə özü sahiblənərdi. Kirayəçiləri adətən sərxoşlar və şizofreniyalı xəstələr idi. Bu cani qadının evinin arxa bağçasında edilən qazıntılar nəticəsində başı, qolları və qıçları kəsilmiş bir cəsəd tapılıb. Öldürdüyü insanladan oğurladığı pullar ilə bahalı geyimlər və ətirlər alan hətta həbs olunmamışdan qısa bir müddət əvvəl üzündə estetik əməliyyatı belə etdirən Puente, mühakimə olunarkən işlədiyi cinayətlər üçün heç bir peşmanlıq duymadığını bildirmişdir və ömürlük həbs cəzasına məhkum edilmişdir
Jiang Qing
Çinin kommunist diktatoru Mao Tse-tungun həyat yoldaşı olan Jiang Qing, ölümünə səbəb olduğu insan sayına baxılsa( 500, 000), dünyanın sayılı caniləri arasında görülə bilər. Ağıllı bir manevr sayəsində, kommunist partiyası içində güc baxımından ən yüksək mövqeyə çatmağı bacarıb(Bir dövr başçılıq belə etmişdir). Qing, Çin Mədəni İnqilabının arxasındakı əsas güc olaraq görülürdü. Mədəni İnqilab əsnasında, bir çox iqtisadi fəaliyyət dayandırılmış, və saysız antik abidələr, əsərlər, kitablar və tablolar qırmızı gözətçilər tərəfindən məhv edilmişdi. 10 illik Mədəni İnqilabı əsnasında, bir çox ziyalı əsir düşərgələrinə göndərilmiş və buna görə təhsil sistemi ciddi zərərlərə uğramışdı. Çində milyonlarla insan, Mədəni inqilabı əsnasında, insan haqqlarının heçə sayıldığını ifadə etmişdir. Xalqın böyük bir əksəriyyəti də zorla qaldıqları bölgələrdən çıxarılaraq sürgün edilib. 1966-1969 illəri arasında təxmin edilən ölü sayı -vətəndaşlar və qırmızı gözətçilər- 500,000-dən çox olduğu, hətta bəzi qaynaqlara görə ölü sayının 3 milyon olduğu və bir çoxunun işgəncə nəticəsində öldüyü bildirilir.
Marybeth Tinning
1972-1985-ci illərdə Tinning səkkiz öz və bir ögey uşağını mərhəmətsizcə öldürmüşdür. Uşaqları öldürdüyü dövr ərzində, heç kim uşaqların ölümündən ananı məsul tutmamışdır, əksinə bilinməyən bir genetik problemdən ölümlərin yaşandığını düşünmüşlər. Tinning, bütün uşaqlarını boğaraq öldürdüyünü əvvəlcə qəbul etsə də daha sonra bu etirafını yalanlamağı seçmişdi. Məhkəmədə günahkar olan cani ana 20 il həbs cəzasına məhkum olunmuş və müraciət etdiyi şərti azad etmə tələbləri hər dəfə rədd edilmişdir.
Phoolan Devi
Phoolan Devi müəyyən müddət siyasətlə də maraqlanmış Hindistanlı bir silahlı soyğunçudur. 1970-ci illərdə, bir qruplaşma tərəfindən qaçırılan Devi, daha sonra bu qruplaşmaya qatılmış və soyğunlarda vəzifə almışdır.Quldur olmamışdan əvvəl, Behmaidə bir qrup soyğunçu gənc tərəfindən təcavüzə uğrayıb. Bu qrupun əlindən qaçmağı bacaran Phoolan, daha sonra bu təcavüzkar gənclərdən intiqam ala bilmək üçün təşkilata qoşulmuş və soyğunlara başlamışdır. Bir müddət sonra Behmaidə hücuma uğradığı kəndə geri dönən Devi, bütün kişiləri tək sıra halında düzərək, öldürüb. Bir əmri ilə ən az 22 kişinin birdən öldürüldüyü deyilir. Bu hadisədən sonra tutulan Phoolan, 11 il həbsdə qalmışdır. Həbsdən çıxdıqdan sonra siyasətə atılan Devi, vəzifəsini sui-istifadə etmə cinayətindən mühakimə olunmuş və siyasət həyatı beləliklə bitmişdir. Yaşanan bütün hadisələrə baxmayaraq, 1998-ci ildə Phoolan Devi, İngilis Parlamentinin bəzi üzvləri tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilmişdir. 2001-ci ildə Behmaidə işlədiyi cinayətlərin intiqamını almaq istəyən bir adam tərəfindən sui-qəsdə uğradı və öldürüldü.
Willamina"Minnie"" Dean
Yeni Zenlandiyada bu günə qədər edam cəzasına məhkum olunmuş ilk və tək qadındır. Dean asılaraq edam edilib. Kasıb qadınlara "kömək etmə" məqsədi altında onların uşaqlarını öldürmüşdür və bu innsanların sahib olduğu nə qədər pul varsa mənimsəyərək yaxşı yaşamaq üçün istifadə etmişdir. 1800-cü illərdə, evlilik xarici hamilə qalan gənc qadınlar, xalq tərəfindən qəbul edilmir və pis rəftar görürdülər. Və beləliklə "körpə əkinçiliyi" adında bir fenomenin meydana gəlmişdir. Bu quruluş sayəsində, insanlar pul qarşılığında evlilik xarici doğan körpələri sahiblənərək böyüdürdülər.
Minnie Dean də bu pullu baxıcılardan biriydi. Lakin, uşaqları böyütmək yerinə əlinə keçən ilk fürsətdə körpələri öldürərdi və bununla belə baxıcılıq pulunu da alarmış. Övladlıq əldə edən insanlar qanuni olaraq qeydiyyata alınmadıqları üçün, Deanin etdiklərinin uzun müddət fərqinə varılmırdı . Mərhəmətsiz qadın, bundan istifadə edərək ən az 3 uşağı öldürmüşdür ,ancaq bədənləri tapıla bilməyən bir çox uşağın da ölümündən məsul olduğu da bildirilmişdir.
Tarix: 12.05.2013 / 18:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri