Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürəkləriylə danışan, gözləriylə gülən qadınlar

Bütün qabarma-çəkilmələri, kaprizləri, kiçik ərköyünlükləri, qorxuları, qarışıqlıqları, xəyal qırıqlıqları, eşqləri, tərk edilişləri, müvəffəqiyyətləri, müvəffəqiyyətsizlikləri, hiyləgərlikləri, safları, şirinlikləri, kiçik yalanları, böyük etirafları, böyük ürəkləri ilə özü olmağa çalışan qadınları tanımaq... Bir qadını sevməklə başlar hər şey amma bir qadını tanımaqla çatılar həyatın sirrinə. Bir qadını tanımaya hünər çətin amma kefli bir səfərə çıxmaqdır.Dörd mövsümü bir ürəkdə görüşdürər, buna görə də davamlı çaşdırarlar. Sürprizlərin ardı arxası kəsilməz. Çətindir anlamaq onları. Bənzəmək lazımdır anlaya bilmək üçün bəlkə də! Öz zəkasını xatırladanları sevər, sevgisini göstərməkdən ürkməyənləri, sürprizlərə hazırlıqlı olanları bir də. Musson yağışları kimi yağarkən, səhrada çöl fırtınası qoparıb ardından günəş olub istilədə bilərlər. Dedim axı bir dünyadır qadınlar, ürəkləriylə danışan, gözləriylə gülən... Bir qadını sevməklə başlar hər şey amma bir qadını tanımaqla aydın olar, həyatın sirrinə ancaq eşqlə çatılacağına. Sevgi arsızıdır qadın. Verdiyindən daha çoxunu istəmə eqoizmini göstərəcək qədər sevgi arsızı.... Bir qadını sevməklə başlar hər şey amma bir qadını tanımaqla qanad çırpılar azadlığın bütün maviliklərinə. Özünə inananlara, eşqə inananlara qaçar. Həm yaman bir eşq ovçusu, həm də kələ-kötür yollarda qaçmaqdan bitab eşq yorğunudur qadın. Bir qadını sevməklə başlar hər şey amma bir qadını tanımaqla çıxılar kefli macəralara. Həyatla lağ etməsini bilər qadın, eynilə özu ilə lağ etməsini bildiyi kimi. Ağız dolusu gülüşlərə təslim olar. Bir qadını sevməklə başlar hər şey amma bir qadını tanımaqla şahid olunar ehtirasların gücünə. Gözə səhərdir qadın. Çıxıb getməyi, sahib olduqlarından imtina etməyi, qarşılıq gözləməməyi... Mübarizə edər, hirslənər, qışqırar amma həmişə sevər. Dedim axı bir dünyadır qadınlar, ürəkləriylə danışan, gözləriylə gülən... Ürəyini sevgiyə açan və sevməkdən qorxmayan bütün qadınlar kimi...


Tarix: 11.05.2013 / 14:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...