Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər zərif cinsin nümayəndələrində nələri bəyənmir?

5 min kişinin qatıldığı sorğunun nəticələri kimisi üçün xoş, kimi üçün də xoşagəlməyən ola bilər.
Beləliklə, qarşı cinsin qadınlarda sevmədiyi 15 keyfiyyət...

1. Baxımsızlıq
Kişilərin 40%-i baxımsız, özünə fikir verməyən qadınları sevmədiklərini deyib.

2. Kişisayağılıq
Yenə kişilərin böyük bir qismi sevəcəkləri qadının kişi kimi davranmasından xoşlanmadıqlarını söyləyiblər. Məsələn, bəzi qadınlar kişilər kimi əl-qol hərəkətləri və söyüşlə danışır, onlar kimi yeriyir, bir sözlə, “kişilik” etmək istəyirlər.

3. Makiyaj
Qadınların ən sevdiyi şey – makiyaj, kişilər tərəfindən heç də sevilmirmiş. Kişilərin çoxu bol və parıltılı makiyajlı qızlardan uzaq durmağa çalışır.

4. Zəif intellekt
İntellekt və mədəni dünya görüşü zəif olan insanlar heç yerdə sevilmir. Nə qadınlar axmaq kişi istəyir, nə də kişilər axmaq qadın. Kişilər ağıllı qadınları xoşlayır, amma özlərindən ağıllısını yox.

5. Şorgözlük
Kişilər bunu özlərinə aid bir xüsusiyyət hesab etdiklərindən, qadınlarda şorgözlük sezməyə dayana bilmirlər. Belə qadınlardan uzaq durmağa çalışırlar.

6. Sərxoşluq
Kişilər qadınların onlarla bəzən içib sərxoş olmalarını sevdiklərini desələr də, çox içən qadınları sevmədiklərini bildiriblər. Xüsusən də sərxoş təqlidi edən qadınları.

7. Feministlər
Ölkəmizdə feminizmin tamamilə səhv qarşılığı - “kişi düşməçiliyi” deyə təqdim olunan bir ideologiyanın nümayəndəsini hansı kişi sevər?

8. Əsəb
Hər şeyə çox tez əsəbiləşən qadınlar da sevilməyənlər sırasındadırlar.

9. Geyim
Geyimə fikir verən təkcə qadınlar deyilmiş…

10. Uşaqlıq
Kişilər uşaq təqlidi edən qızlardan, qadınlardan nifrət edirlər. Xüsusən də, hansısa sözü uşaqlar kimi söyləmək, onlar kimi davranmaq kişilərə çox xoş gəlmir.

11. Mühafizəkarlıq
Xüsusən gənc oğlanlar mühafizəkar qadınları sevmədiklərini deyirlər.

12. Hökmlülük
Qadın avtoritarlığı kişilərin dözə bilmədiyi hallardandır. Şəxsi eqoları, yəqin ki, onlara, bu xüsusiyyətin kişilərə aid və heç bir zaman əldən verilməməli bir şey olduğunu diktə edir.

13. Siqaret
Siqaret çəkən qadınlar hələ də cəmiyyətdə sevilməyənlər sırasındadır. Halbuki kişilərin siqaret çəkməsi qədər adi bir haldır.

14. Zəvzəklik
Bu mövzuda heç kimi qınamaq olmaz. Çünki çoxdanışan adam hər kəsin düşmənidir.

15. Uzun dırnaqlar
Kişilər bu uzun dırnaqların nəyə lazım olduğunu anlamır ki, anlamır. Hələ bir də çox parıltılı bir boya ilə boyanarsa…


Tarix: 30.12.2012 / 12:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 457 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...