Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin ağlını alan qadınlar

8 addımda onu özünüzə aşiq edin!
Çoxları ilk görüşdən sevilmək istəyir. Lakin sevilmək insanın öz əlindədir. Sevilmək üçün özünü sevdirməyi bacarmaq lazımdır. İlk görüşdə sevilmək mümkün olmasa da, qarşı tərəfdə yaxşı təsir, unudulmaz təəssürat buraxmaqla sevgiyə doğru addım ata bilərsiniz. Sevilmək üçün aşağıdakı qaydalara əməl etməklə istəyinizə nail ola bilərsiniz.
1. Özün kimi ol!
İlk görüşdə həmişə olduğunuz kimi davranın. Sizin xarakterinizə uyğun olmayan, yad davranışlardan uzaq olun. Gec ya da tez kimliyiniz ortaya çıxacaq və bu sizin xeyrinizə olmayacaq. Bütün mövzularda dürst və açıq olun. Danışmaq istəmədiyiniz mövzular barəsində isə yalan demək əvəzinə, susmaq haqqınızından istifadə edə bilərsiniz. Soruşduğu hər suala verdiyiniz dürüst cavab onu təsirləndirəcək.
2. Pozitiv ol!
Bütün kişilər ona pozitivlik bəxş edən qadınla birlikdə olmaq istəyir. Buna görə də depressiyadan uzaq olun, həyata olan nifrətinizdən qətiyyən bəhs etməyin. Həmişə qəmgin və kədərli bir halda olursunuzsa, kimisə özünüzə aşiq etmək qeyri-mümkündür. İlk olaraq özünüzü dəyişdirməlisiniz.
3. Onu diqqətlə dinləyin!
Dinləmə qabiliyyəti çox əhəmiyyətli xüsusiyyətdir. Hər bir kişi onu dinləməyi bacaran qadınla birlikdə olmaq istəyir. Dinləməyi sakit oturub dinləmək, bir qulağından alıb, o biri qulağından vermək kimi başa düşməyin. Kişini dinləmək onun dediklərinə düzgün reaksiya, yaxşı məsləhət, lazım olduqda isə dəstək vermək deməkdir. Onu dinlədiyinizi bütün cümlələrinizdə hiss etdirməlisiniz.
Məsələn bütün kişilər arzu və istəklərinin başqaları tərəfindən bəyənilməsini və dəstəklənməsini istəyir. Bu diqqəti ona göstərmiş olsanız, sizə olan heyranlığı bir qat daha arta bilər.
4. Özünüzə inanın!
Heç bir kişi zəif və inamsız qadınla birlikdə olmaq istəmir. Onu özünüzə sevdirmək istəyirsəniz, inamınızı ona göstərin. Lakin inamlı olmaq dedikdə, sərt kişi kimi görünmək nəzərdə tutulmur.
5. Göz təması qurun!
Bədən dilinin ən vacib qaydası göz təmasıdır. Unutmayın, "Gözlər qəlbin aynasıdır!” demək istədiklərinizi gözlərinizdə əks etdirin. Bunun qarşısında heç bir kişi tab gətirə bilməz.
6. Flirt edin!
Gözlərlər başlayan bədən dilini müəyyən hərəkətlərlə davam etdirin. Lakin bu hərəkətlərin yerini və doğru zamanı bilməsiniz. Lazım olduğu qədər flirt edən qadın hər kişinin diqqətini çəkir.
7. Sirli olun!
Özünüzü bir az sirli göstərin. Nə qədər sirli olsanız, sizə olan marağı bir o qədər artacaq. Sizi tanımaq üçün özü cəhdlər edəcək. Sirləriniz açmağa çalışdıqca, sizə olan sevgisi də bir qədər artacaq. Maraqlı tərəflərinizi sirli etməyə çalışın.
8. Azadlığı hiss etdirin!
Heç biri kişi sevdiyi qadın tərəfindən davamlı olaraq axtarılmağı və izlənilməyi xoşlamır. Qısası, kişiləri təzyiq altında saxlamaq olmaz. onun sizi axtarmasına fürsət yardın. İlk zamanlarda azadlıq bəxş etdiyiniz kişinin sizə vurulmamsı mümkünsüzdür.
Bu qaydalar əsasında sevdiyiniz kişinin qəlbinə yol tapa bilərsiniz...


Tarix: 10.05.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 224 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...