Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cazibədar görünmənin sirri nədədir?

Əgər cazibədar görünmək niyyətindəsinizsə kiçik detallara diqqət yetirərək siz də ətrafınızdakı kişilərin ağlını başından ala bilərsiniz.
Hər gözəl qadın cazibədar olmadığı kimi, hər bir seksual qadın da gözəl olmaya bilər.

Cəlbedici olmaq bəzən bir davranışda, bəzən bir sözdə, bəzən bir duruşda, bəzən də geyindiklərinizdə ola bilər. Əks cinsin gözündə cazibədar olmanın sirrləri:

Çox açıq – saçıq geyimlərin seksual olduğunu heç ağlınızdan belə keçirməyin. Geyindiklərinizə hər zaman bir sirr qatın. Bir az sinə dekoltesi cəlbedici görünmənizə imkan yaradar.

Rəng seçimində qara görkəmizi tamamlayaraq, sizi sehrli edə bilər. Təbii ki, ziyafətlərə gedərkən geyimlərinizdə bu rəngə üstünlük verə bilərsiniz.
Dik duruş, kübarlıq, zərif davranışlar və arada edilən zarafatlar…
Təbii bir makiyaj və qırmızı rənglə boyanmış dodaqlar…
Arxadan toplanmış saçlar və bədəninizə uyğun yüngül vanilli ətir…
İncə bir bel zərif görünüş üçün çox vacibdir.
Gözəlliyinizi isə dikdaban ayaqqabılar tamamlayacaq.


Tarix: 26.12.2012 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...