Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç boyamaq istəyənlərə təkliflər

Saçınızın rəngini dəyişməklə görkəminizə yenilik gətirə bilərsiniz. Lakin bəzi xanımlar bu dəyişikliyi etməzdən əvvəl saç rəngiylə, belə desək oynayırlar. Mütəxəssislər saç boyayarkən narahatlığın yaşanmaması üçün bəzi məqamlarda diqqətli olmağı qeyd edirlər.

Dünyaca məşhurlar kimi saç rənginizin olmasını istəyirsizsə tanınmış stilist Şaron Dorramın təkliflərini diqqətlə nəzərdən keçirin.
Gözəllik salonuna getməzdən öncə saçınızın təbii rəngini, yaxud da sahib olmaq istəydiyiniz rəngin fotoşəkillərini toplayın. Bərbərinizlə yaxşı anlaşmaq üçün bu üsul çox praktikdir. Bu vəziyyətdə isə köməyinizə moda jurnalları gələ bilər

Saç ustanıza saçınızla bağlı bütün məlumatları deyin. Əvvəllər necə rənglədiyinizi, neçə dəfə rənglədiyinizi bildirin. Belə olduğu halda isə istədiyiniz nəticəyə çox asanlıqla gələ bilərsiniz.

Əgər ilk dəfədir ki bu bərbərə müraciət edirsinizsə mütləq onun əvvəlki işləriylə maraqlanın, baxın. Ola bilər ki, ustanın tərzi sizinkiylə uyğun deyil. Yox əgər müraciət edəcəyiniz bərbərlə bağlı hələ də tərəddüd içərisindəsinizsə o zaman ona üz tutmayın.

Bir dəfə istədiyiniz saç rəngini tuta bilmisinizsə o zaman onu qorumağa çalışın. Çünki, onu qorumaq rəngi alındırmaq qədər vacibdir.

Mütəxəssis bir məqamı da qeyd edir ki, saç rənginin ömrünü uzadacaq şampunlarda istifadə edin.


Tarix: 24.12.2012 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...