Saçların tez ağarması. Sağlamlıqda yaranan problemlərdən və ya irsi qenetik səbəblərdən əmələ gəlir.
Boyun nahiyyəsinin dərisinin büzüşməsi. Boyun dərisi nazik olur və vaxtından tez qırışır.
Baxımsız əllər. Qadının əl dərisi qurudursa onu mütəmadi olaraq nəmləndirməlidir.
Yaşına uyğun olmayan geyim.
Bol makiyaj. Bu tip makiyajdan yaşlı xanımlar istifadə edir.
"Nənəmin” ətri. İstifadə etdiyiniz ətir daha çox yaşlı xanıma yaraşırsa ondan imtina edin.
Qırışlar. Qırışların qarşısını almaq onları yox etməkdən asandır. Dərinizi daima kosmetik vasitələrlə nəmləndirin.
Sellülitli bədən dərisi. Bunun qarşısını almaq üçün qidanıza fikir verin, idman və masajdan daima istifadə edin.
Günəşlənməyin. Dərinin qəhvəyi rəngində olması sizi 5-6 yaş daha yaşlı göstərir. Bundan əlavə, günəşlənərkən dəriniz quruyur və qırışların çoxalma ehtimalı artır.
Yorğun baxış. Sönük və ya hirsli göz ifadəsi insanı yaşlı göstərir. Həyatın bəxş etdiyi hər xırda gözəlliyə sevinməyi bacarın. Bu sizin cavan görünməyinizə kömək edəcək.
Tarix: 10.05.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri