Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həftəsonu Həzzini Artır

Araşdırmalar sübut edib ki, ətrafdakı insanlara sevgi ilə yanaşmaq insana öz xoşbəxtliyini də artırmağa kömək edə bilər. Bilirik ki, həftə içi çox məşğulsan, ona görə də sevgi dolu ürəyini istirahət günlərində açmağı məsləhət görürük.
Özünü sevən, buna baxmayaraq, sənə ehtiyacı olan dostlarınla heç olmasa, 5 dəqiqə gəziş.
Sevgilinin istirahət gecəsini televizor qarşısında keçirməsinə imkan vermə onun üçün daha maraqlı əyləncələr var.
Ananla birlikdə nahara çıxanda onun sənə hədiyyə etdiyi o iyrənc görünüşlü köynəyi geyin.
İdman zalında məşqçinin düz gözlərinin içinə naz-qəmzə ilə bax. Yəqin, özünə inamı yoxdur, qoy bir az qürrələnsin.
Bəsdir. yeni çanta axtarışına çıxdın! Bir az da özünü öz büdcənə yardımçı ol.
Əyləncə Vaxtını Günortaya Keçir

Ənənələrə “yox” deməyi bacarmaq özü də yaxşı ənənədir. Kim deyir ki, bütün şənliklər məhz axşam 7-dən sonra təşkil olunmalıdır? Şənbə günü oyanıb dostlarına zəng et və evində onlar üçün gözəl məclis təşkil et. Musiqi və gülüş səsləri məhəlləni bürüyəndə heç kimdə şübhə qalmayacaq ki, gündüz saatlarında da əylənmək olar.
Möhtəşəm görüntü üçün bir saat vaxtın var

Şənliyə cəmi 60 dəqiqə qalıb və sən heç nəyi çatdırmırsan. Odur ki, aşağıdakı ipuclarından yararlan.
60 dəqiqə

Bəzi diş ağardıcı vasitələrin köməyi ilə ev şəraitində də dişlərini bəyazlaşdıra bilərsən. Adətən, onların təsiri 2 saat ərzində effektiv olur. Təbəssümünün diqqət çəkməsi üçün sənə bir saatda kifayətdir.
30 dəqiqə

Bədən üçün bronzantdan istifadə et. Bu, vaxtının, təxminən, 20 dəqiqəsini alacaq, amma onun qurumasını yarım saat gözləməli olacaqsan. Odur ki, paltarını ən sonda geyin.
5 dəqiqə

Gözlərinin parlaq görünməsi üçün göz damcılarından istifadə et. Bu, smokyeyes makiyajına bir az da parıltı qatacaq.
1 dəqiqə

Yenə saçlarını boyamağa vaxtın olmayıb? Heç olmasa, onları yandan ayır ki, saçının dibi vizual olaraq nəzərə çarpmasın.
Dost, Gəl, Hardasan? Tık-tık tık-tık

Rəfiqələrin olmadan alış-veriş etməyə alışmamısan? Elə belə yaxşıdır. Paltarları qarışdırıb mağaza boyu gəzişərək, həm uzun-uzun söhbət edə bilər, həmdə dəyərli məsləhətlər alarsan.

Əgər rəfiqələrindən biri geyindiyin donun sənə yaraşmadığını desə, onlardan şikayətlənərək, sevgılinin çiyinlərində ağlamağa tələsmə. Çox güman ki, don sənə həqiqətən də yaraşmayıb.


Tarix: 11.05.2013 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...