«Xəzər» klinikasının rəhbəri, ümumi və plastik cərrah İlqar Yusibovla estetik əməliyyatlar haqqında söhbət (Yazı «Arıqlamağınsirləri» kitabından götürülüb)
Plastik əməliyyatlar bölməsini oxumusunuzsa, artıq sizə məlumdur ki, kitabın müəllifi, ən əsası da bir xanım olaraq arıqlamaprosedurları içərisində daha çox önəm verdiyim məsələ estetik cərrahiyyə əməliyyatlarıdır. Mənim fikrimcə, görünüşünüzlə bağlı komplekslər içərisində yaşayıb, əzab çəkməkdənsə, bir neçə saatlıq əməliyyatlarla bu problemlərdən yaxa qurtarmağınız daha düzgün seçimdir. Yazıda plastik cərahiyyə ilə bağlı fikirlərini aldığım İlqar Yusibovla görüşərkən, onun pasiyenti olmuş xanımların əməliyyatdan əvvəl və sonra çəkilmiş şəkillərinə (onların bəziləri ilə burada siz də tanış olacaqsınız) baxdıqda bu cür düşünməkdə nə qədər haqlı olduğumu bir daha anladım. Etiraf edim ki, hətta iri, sallanmış qarını illər boyu üzərində gəzdirənlərə bir qədər acıdım da… Demək, bu insanlar da bir neçə saatın içində şəkillərdə gördüyümüz (əməliyyat sonrası) xanımlar kimi gözəl vücuda sahib ola bilərlər. Sadəcə, düşüncələrinə hakim kəsilən qorxu hissi olmasaydı…
Mənim həyat devizim belədir: «Yaşamaq üçün cəsarətli olmaq lazımdır!». Və mən, əziz xanımlar, sizə hər sahədə hər zaman cəsarətli olmağı məsləhət görürəm. Sağlamlığınız buna yol verirsə, plastik əməliyyatlardan vaz keçməyin. İnanın ki, burada qorxulu heç nə yoxdur. Əgər qulağınıza plastik əməliyyatlarla bağlı xoşagəlməz məqamlar çatıbsa, bilin ki, bu əməliyyatın fəsadı yox, savadsız cərrahların xətasıdır. Bunun üçün sadəcə profesionallara müraciət edin və cəsarətlə öz gözəlliyinizə qovuşun…
Piylərin götürülməsi ilə bağlı haqqında məlumat alacağınız əməliyyat abdominoplastika adlanır. Bu əməliyyatla əsasən qarın, göbək nahiyyələrində ortaya çıxan artıq piy və dəri götürülür, qarın divarı incəldilib sıxlaşdırılır. Abdominoplastika haqqında daha geniş bilgi almaq üçün bu cür əməliyyatların professionalı olan, yaşından asılı olmayaraq saysız-hesabsız insanları bir neçə saatın içərisində öz gözəlliyinə, incəliyinə qovuşduran tanınmış cərrah İlqar Yusibovla görüşdüm.
Yazını hazırladığım müddətdə şəxsən özüm bir neçə uğurlu cərrahiyyə əməliyyatlarının şahidi oldum. Onlardan birinin şəkilləri ilə artıq bu yazıda siz tanış olacaqsınız. İlqar həkim xanımı mənimlə tanış etdi və məlum oldu ki, o qarın nahiyəsindəki artıq piylərdən uzun müddətdir əziyyət çəkir (əməliyyat zamanı onun bədənindən 9 kq piy çıxarıldı). Yaşının bu vaxtında (50 yaş) belə bir əməliyyata girməsi məni həm heyrətləndirdi, həm də sevindirdi. Çünki ona qədər elə bilirdim ki, bu yaşda xəstələrə bu cür əməliyyatlar riskli ola bilər. Amma İlqar həkim bildirdi ki, piyi götüzdürmək tək estetik gözəlliklə bağlı deyil, eyni zamanda sağlamlıqdır. Artıq piy bədənə ağırlıq verir və bir çox xəstəliklərin yaranmasına səbəb olur. Həmçinin, bəzi ümumi cərrahiyyə əməliyyatları zamanı (yumurtalıqda şişlər, fibroma və s.) xəstənin istəyi ilə abdominoplastikanı da ora əlavə etmək olar. Bununla xəstə vaxt və əlavə pul itirmədən, eyni zamanda, həm sağlamlığına, həm də gözəlliyinə qovuşur.
Bu cür əməliyyatları uzun illər uğurla həyata keçirən İlqar həkim, burada qorxulu heç nə olmadığını bildirdi. Çünki xəstələrin əməliyyatdan öncə müayinələrinə, laboratoriya analizlərinə şəxsən özü diqqət edir və hər şey qaydasındadırsa, orqanizmdə riskli vəziyyət yaradacaq heç bir problem yoxdursa, həta 60 yaşında da xanımlar bu əməliyyatı etdirə bilərlər. İlqar həkimlə söhbət zamanı o da məlum oldu ki, abdominoplastika əməliyyatı liposaksiyadan daha əlverişlidir. İlqar həkim bunu liposaksiyadan sonra yaranan dəri sallanmaları ilə izah etdi. Daha böyük qarın üçün ən uğurlu seçim abdominoplastikadır.
«Abdominoplastika – qarının aşağı hissəsində artıq dəri və piyin çəkilməsi, əzələlərin dartılması məqsədilə edilən estetik əməliyyatdır. Hamiləlikdən sonra qarın dərisinin genəlməsi ilə yanaşı çəkinin itirilməsi qarının sallanmasına gətirib çıxarır ki, belə olan halda bu üsüldan istifadə edilir. Buna təkan verən digər faktorlar hormonal və metabolik pozğunluqlar, alimentar piylənmə, qeyri – düzgün qidalanma ola bilər. O cümlədən qarının ön divarında həddindən artıq piy toxumasının yığılması dəri-piy önlüyünün əmələ gəlməsinə səbəb olur və bu da estetik problemlərlə yanaşı, mədə – bağırsaq traktı, ürək – damar sistemi, tənəffüs orqanları tərəfindən funksional pozğunluqlara və beldə ağrılara səbəb olur. Həmçinin aşağı ətraflarda qan dövranında durğunluq və venaların varikoz genəlməsi problemləri əmələ gəlir. Bütün bunlar pasiyentin əmək qabiliyyətini də məhdudlaşdırır. Liposaksiya bu zaman istənilən nəticəni almağa kömək etmir. Əməliyyat zamanı artıq piy və dəri götürülür, əzələlərin vəziyyəti normallaşdırılır. Əgər çəki normaldırsa, yastı qarın və nazik bel yaratmaq olur. Bu prosedur çox yaxşı nəticə verir. Amma liposaksiyadan fərqli onun çatışmayan cəhəti qarında çapıq izinin qalmasıdır. Amma bu qarının lap aşağı hissəsində olduğu üçün o qədər nəzərə çarpır və zaman keçdikcə çapıq yerinin rəngi solur, görünməz olur. Qeyd edim ki, abdominoplastika həm qadınlara, həm də kişilərə edilir».
Tarix: 26.12.2012 / 11:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 587 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri