Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Efir yağlı buzlar ilə üzün massajı

Qədim zamanlardan artıq hamıya məlumdur ki, isti hamamdan sonra buz və ya qarla üz masajından gözəlləşdirən başqa effektiv vasitə yoxdur. Buzla massajı həftədə bir iki dəfə hamamdan sonra eləmək olar.


Lakin bu prosedur üçün hamam vacib hal deyil. Aşağıdakıları eləyin:
Qaynar suda isladılmış dəsmalı üzünüzə sərin.
Dəsmal soyuduqdan sonra, onu götürün və buz parçaları ilə üzünüzü massaj eləməyə başlayın.
Massaj asta hərkətlərlə edilməlidir ki, qırışlar şok alaraq açılsın.
Massajdan sonra isti kompresi təkrarlayın və sərin su ilə üzünüzü yuyun.
Buz massajının daha effektiv olması üçün oraya efir yağları əlavə edə bilərsiz.

Efir yağlı buzların hazırlanması:
1 stəkan mineral suya 4 damcı səndəl yağı, 3 damcı mirra yağı, 4 damcı şam ağacı yağı, 5 damcı nanə yağı əlavə edin. Belə buz dərini nəmləndirir və canlandırır. Quru və solğun üzlər üçün daha məsləhətlidir.
1 stəkan suya 5 damcı qızıl gül yağı, 2 damcı ətirşah yağı, 2 damcı nanə yağı əlavə edin. Qızıl gül suyu ətirləndirəcək, ətirşah dərini sakitləşdirəcək, nanə isə dərini canlandıracaq. Belə buzlarla sinənizin massajıda mümkündür və xeyirlidir.
Efir yağları yoxdursa, qarışımı apelsin və ya mandarin qabıqlarındanda hazırlamaq olar. Qabıqları 2 stəkan qaynar su ilə ağzı bağlı bankada 1 gün saxlayın, sonra həmin suyu süzüb buza çevirin. Belə buzla massaj üzünüzü canlandıracaq, təravətləndirəcək və sağlam görünməsinə kömək edəcək.


Tarix: 25.12.2012 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 244 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...