Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dırnaqlarınızın gözəl olmasını istəyirsiniz?

Əllərinizi düzgün yuyun…

Dırnaqların sudan “qocalmasını” istəmirsinizsə əllərinizi otaq temperaturalı su ilə yuyun. Soyuq sudan əllərinizin dərisi qabıq verər və bərkiyər, isti su insan dərisini və dırnaqlarını yağsızlaşdırır, bu da onları qurudur və zəiflətdirir.

Yağ vannaları…

Dırnaqlarınızı isidilmiş zeytun yağı vannası möhkəmləndirə bilər. İlıq yağın içərisinə bir neçə damcı limon suyu da əlavə olunmalıdır. Həmçinin limon suyu ilə dırnaqlarınızı və dırnaqətrafı dərini sürtə bilərsiniz. Həmçinin bir hissəsi krem olub digəri A, B və E vitaminlərindən ibarət yağların qarışımını dırnağınıza və ətraf dəriyə və ümumiyyətlə əlinizə sürtmək xeyirlidir.

Jelatin pəhrizi…

Təyin olunub ki, dırnaqların daha tez uzanıb və möhkəmlənməsi üçün jelatin qəbul etmək lazımdır. Bu jelatin adi şirniyyatda istifadə etdiyimiz jelatindir.

Ən uyğunu isə əlbəttə xaşdır. Xaş dırnaqlarınızı, saçlarınızı və əlbəttə sümüklərinizi də möhkəmləndirəcək.

Kalsiy çatışmamazlığı…

Dırnaqların zəif və qırılğan olması, sizdə düzgün qidalanmamağın nəticəsində baş verən avitaminozun olmasına işarədir. Əgər dırnaqlarınız düzgün qidalanmamaq səbəbi ilə zəifləyib və qırılırlarsa, onda rasionunuza süd məhsulları əlavə edin, xüsusən də kəsmiyi.

Dırnaqlarınızın sarıltısını itirmək üçün onlara limon suyu, qırmızı və qara qarağat şirələrindən vannalar düzəldin, dırnaqlarınızı bu şirələr ilə sürtün. Həmçinin ev uksusu ilə dırnaqlarınızı sürtün, kömək edəcək.

Dırnaqları ağardan qarışımlar:
Qliserin – 1 hissə;
Perikis – 5 hissə.
Qliserin – 1 hissə
Perqidrol – 1,5 hissə
Su (təmizlənmiş) – 4 hissə

Bu cür kompreslər sizin gündəlik kosmetoloji prosedurlarınıza daxil olsa, sizin dırnaqıarınız daim sağlam və parlaq görünəcəklər


Tarix: 24.12.2012 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 288 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...