Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qayınanayla münasibətin yaxşı olması üçün psixoloq məsləhətləri

Gəlin ilə qayınananın yaxşı dolandığı nadir görülən bir vəziyyətdir. Yüz illərdir gəlin-qayınana çəkişməsi varlığını davam etdirməkdədir. Bunun ictimai bir problem olduğunu ifadə edən mütəxəssisləinr gəlinlərə tövsiyələri var.

Budur qayınananızla yaxşı dolanmaq üçün psixoloq məsləhətləri;

1. Ən əhəmiyyətli ünsürü unutmayın. Gün olar dövran dönər. Bir gün sizdə qayınana ola bilərsiniz. Bir az daha başa düşən olmaqda fayda var.

2. Nəticə olaraq o sizin sevdiyiniz insanın anasıdır, onu dünyaya gətirən, böyüdən və əməyi olan bu qadına sevgi və hörmət göstərmək lazımdır.

3. Unutmamaq lazımdır ki, arada bir yaş fərqi vardır. Buna görə onun istək və davranışlarını xoş görmək əhəmiyyətlidir.

4. Bəzi tərs sözlərini sizə söylədiyini düşünməyin. Bəzən gərəksiz yerə küsəyənlik edə bilərsiniz.

5. Qayınananız ilə aranızın yaxşı olması yoldaşınız ilə olan münasibətinizə müsbət istiqamətdə təsir edəcək.

6. Xüsusi günlər və gecələrdə ( ad günü, analar günü, bayramlar, şamlar ) onları ziyarət etmək və ya heç olmasa telefon ilə axtarmaq və könüllərini almaq qayınana ilə münasibətdə əhəmiyyətli yer tutar.

7. Yoldaşınız ailəsini tez-tez görmək istəyə bilər. Bundan şikayətçi olmaqdan imtina etməlisiniz.

8. Qayınanalara qarşı xoş olmayan, iynələyici və onları sındıracaq sözlərdən uzaq durulmalıdır.

9. Analar oğullarını hər vaxt qısqanar. Paylaşmaq istəməzlər. Bunu xoş qarşılamalı və vəziyyəti əleyhinizə çevirməkdən uzaq durmalısınız.

10. Son olaraq ən çox edilən səhvlərdən biri, yoldaşınızı qayınananıza qarşı təhrik etməkdir. Bu əsla tövsiyə edilməyən bir vəziyyətdir.


Tarix: 12.05.2013 / 18:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 69 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...