Nifrət və Məhəbbət
Bir gün bir ev yanırdı. Nurani bir kişi görür ki, bir qarğa saman çöpünü dimdiyində gətirib yanan evin üstünə atır.
Qoca soruşdu:
— Ay qarğa axı sənin gətirdiyin saman çöpü alovu gücləndirməyəcək ki, nə üçün belə edirsən?
Qarğa cavab verdi:
— Mən bununla insanlara öz nifrətimi bildirirəm.
Elə bu vaxt kiçik bir qaranquş dimdiyindəki bir damcı suyu alovun üstünə atdı.
Qoca soruşdu:
— Ay qaranquş niyə zəhmət çəkirsən, axı bir damcı su alovun sönməsinə necə təsir edəcək?
Qaranquş cavab verdi:
Mən bununla insanlara öz Məhəbbətimi bildirirəm.
Tarix: 01.12.2014 / 17:57 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqli Hekayeler
loading...