Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təqvalı kölə

Bir bəy hamama getmək istədi. Köləsinə:
-Sunqur, oyan, başını yastıqdan qaldır,-deyə səsləndi.
-Tası, dəsmalı hazırla, hamama gedək.
Sunqur dərhal tası, dəsmalı aldı, bəylə birgə yola düşdü.
Yolda bir məscid var idi. Sunqurun qulağına azan səsi gəldi.
Sunqur namaza çox bağlı idi.
-Mənim ey quluna lütf edən bəyim!-dedi. -Sən bu dükanda bir az otur, səbr et, mən də məscidə gedim, namaz qılım.
Sunqur məscidə girdi. Bir az sonra namaz qurtardı, dua edildi. Camaat da, imam da məsciddən çıxdılar.
Sunqur gün çıxan vaxta qədər məsciddə qaldı. Bəy onu xeyli gözlədi.
Sonra " Ey Sunqur! Niyə çıxmırsan?" deyə səslədi.
O da:
-Ey mənim hünərli bəyim, məni buraxmır, -cavabını verdi.
-Ey üzü nurlu ağam, bir az da səbr et! İndi gəlirəm. Məni gözlədiyini bilirəm, unutmadım.
Bəy 7 dəfə səsləndi və gözlədi. Nəhayət, Sunqurun davranışından bezdi.
Sunurun cavabı hər dəfə"Ey möhtərəm bəyim, məni buraxmır ki, çölə çıxım" sözü idi.
Bəy"Məsciddə heç kim qalmadı, səni kim buraxmır? Səni orada kim tutub-saxlayır?" deyə soruşdu.
-Səni məscidə girməyə qoymayan, çöldə saxlayan məni də məsciddə saxlayır, çölə çıxmağa qoymur.
Sənə bu tərəfə addım atmağa izin verməyən mənim də çölə addım atmağıma mane olur.


Tarix: 01.12.2014 / 15:41 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Maraqli Hekayeler
loading...