Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eşq hekayəsi

Hər sabah olduğu kimi yenə də həmin qadın ağ rəngli əsası ilə ayaq qoyduğu yerləri yoxlayaraq, ehtiyatla avtobusa mindi.
Sürücü "Soldan 3-cü yer boşdur xanım", - deyərək, ona yer tapmaqda köməkçi olmaq istədi.
Qadın cavan və gözəl bir xanım idi. Həyat yoldaşısa Hərbi Hava Qüvvələrinin zabiti idi. Bir neçə ay bundan qabaq səhv bir diaqnoz nəticəsində həyata keçirilən əməliyyatda bu gənc qadın görmə qabiliyyətini tamamilə itirmişdi. Əməliyatdan sonra acı xəbəri eşidən əri isə çox məyus olmuşdu. Amma həmin anda belə özünü toplayaraq soz vermişdi..- arvadını əsla tək qoymayacaq, ona sonuna qədər dəstək olacaq, öz ayaqları üzərində durana qədər ona cəsarət verəcəkdir.
Beləcə günlər bir-birini əvəz edir, qadın isə hər keçən gün özünü daha da pis hiss edir, çox sevdiyi həyat yoldaşına yük olduğunu düşünürdü. Arvadının bu sıxıntılı, özünəqapalı vəziyyəti əri kədərləndirirdi. Tez bir zamanda bir çarə tapmalı idi. Yoxsa həyat yoldaşı getdikcə özünə qapılaraq dünyasından yox olacaqdı.
sevgi əvəzsizdirO bütün günü ömür-gün yoldaşına necə kömək edə biləcəyini düşünürdü. Birdən ağlına yoldaşının keçmiş iş yeri gəldi. Amma bunu ona necə deyəcəkdi? Çünki o artıq hər şeydən inciyən kövrək bir insan olmuşdu. Bununla belə bütün cəsarətini toplayaraq axşam çağı arvadını məsələdən xəbərdar edir
Həyat yoldaşı dəhşətlə "Mən bunu necə edə bilərəm, axı mən koram" - deyə qışqırdı. Ona dəstək olacağını, onu hər gün özü ilə işə aparacağını və axşam işdən gətirəcəyini bildirdi. Onu yaxşı tanıdığını və bu işi bacara biləcəyini ona deyirdi.
Qadın ümidsiz halda onun təklifini qəbul edir. Çünki ərini çox sevirdi, buna görə də onun qəlbinə dəymək istəmirdi. Fədakar ər hər səhər arvadını işə gətirir və axşamlar işdən sonra onun dalınca gəlirdi. Ancaq ər daha çox şey istəyirdi... Özünə söz vermişdi ki, sonuna qədər gedəcəkdi.
Bir gün axşamçağı arvadına "işə daha sən özün tək gedib-gəlməlisən", - dedi. Qadın dəhşətə gəlmişdi. Bunu heç vaxt edə bilməyəcəyini deyir. Sözünə təkid edən ərini görüncə yenə onun sözünü yerə sala bilmir. Əslində bunu özü də istəyirdi, amma özünə o qədər də güvənci yox idi.
Artıq hər səhər qadın özü avtobus dayanacağına gedir, özü avtobusa minir və özü avtobusdan düşərək işinə gedirdi.
Günlər bir-birini qovalayırdı. Artıq heç bir çətinlik və maneə yox idi. Günlərin birində yenə avtobusa minərkən sürücü ona, "sizə lap qibtə etmək olar, ay xanım", - dedi.
Qadın "niyə", - deyə, soruşur.
- Çünki hər səhər sizin arxanızca gənc bir zabit avtobusa minir, bütün yol boyunca sevgiylə sizə baxır, avtobusdan endikden sonra da yaşıl işıqda yolun qarşı tərəfinə keçməyinizi gözləyir. Siz binaya girdikdən sonra da arxanızdan öpüş yollayıb, sizə heyranlıqla əl edir.


Tarix: 01.12.2014 / 14:31 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Maraqli Hekayeler
loading...