Qiyamət qopmuşdu. Böyük izdiham vardı. Hər tərəf insanla dolu idi. Kimi çaşıb-qalmış, hərəkətsiz halda ətrafına baxır, kimi sağa-sola qaçır, kimisi də diz çöküb əlləri ilə başını tutaraq gözləyirdi. Ürəyi az qala yerindən qopacaqdı.Bədənini buz kimi soyuq tər basmışdı. Həyatda ikən qiyamət,sorğu-sual,misan-tərəzi haqqında çox eşitmişdi. Amma məhşər meydanındakı ürpərti ,qorxu və intizarın bu qədər dəhşətli olacağını hrç düşünməmişdi. Hər kəs öz növbəsini gözləyirdi: vaxtı çatan hesab verməyə çağrılırdı.
Bu vaxt onun da adını çəkdilər.Heyrətlə "Mənimi çağırırlar?!"-deyə sağa-sola baxdı.İzdihamın ortasından ona bir yol açılmışdı.Məhşər xidmətçilərindən ikisi qollarına girdi.Camaatın arasından çaşqın baxışlarla gedirdi.Mərkəzi meydana çatanda xidmətçilər yanından ayrıldı.Başını aşağı salmışdı,bütün həyatı gözlərinin qabağından keçirdi.Öz-özünə "Şükürlər olsun,-dedi,-dünyaya gəldiyim evdə həmişə dini yaşayan gözəl insanlar gördüm.Atam ibadətlərinə həssas yanaşar,dostları ilə heç bir dini söhbətdən qalmaz,malını islam yolunda xərcləyərdi.Anam da onun kimi.Mən də həmişə belə oldum.İnsanlara xidmət etməyə çalışdım,onlara Allahdan danışdım.Namazımı qıldım,orucumu tutdum.Bütün fərz ibadətlərini yerinə yetirdim.Haramlardan çəkindim..."
Yanaqlarından yaş süzülə-süzülə:"Rəbbimi sevirəm,heç olmasa,sevdiyimi zənn edirəm,"-deyirdi,amma bir tərəfdən də :"Onun üçün nə etsəm,azdır.Cənnəti qazanmağa bəs eləməz.Ancaq yeganə sığınacağım,pənah yerim Allahın mərhəməti və əfvi!"-deyə düşünüürdü.
Hesab uzun çəkdi.Sel kimi tər axırdı bədənindən.Gözlərini tərəzinin milinə dikib nəticəni gözləyirdi.Hökm nəticədən sonra veriləcəkdi.Oradan çıxarıb əvvəlki yerinə gətirdilər.Bir az sonra mələklər məhşər meydanındakı izdihama tərəf döndülər.Əvvəl adı oxundu.Ayaqları titrəyirdi.Ayaq üstə durmağa taqəti qalmamışdı.Gözlərini yumub hökmə qulaq kəsilmişdi.
Məhşərdəki kütlədən bir uğultu yüksəldi.Qulaqlarına inanmadı,adı cəhənnəmə gedənlər sırasında çəkilmişdi.Diz çökdü."Ola bilməəəzzzz!"deyə qışqırdı.Sağa-sola vurnuxdu.Mən necə cəhənnəmlik ola bilərəm?Ömrümü Allah yolunda xidmət edən insanlarla keçirdim.Onlarla birlikdə çalışdım.Daima Rəbbimdən danışdım.
Leysan kimi axan göz yaşları titrəyən vücudunu isladırdı.Mələklər qollarından tutub alovları göylərə yüksələn cəhənnəmə doğru çəkməyə başladılar.
Çırpınırdı."Bir aman yoxdurmu?Bir kömək edən çıxmayacaqmı?"Kəlmələr qırıq-qırıq çıxırdı."Oruclarım...Oxuduğum "Quran"lar...Namazlar...Heç biri məni xilas etməyəcək?"-deyirdi.Qışqıra-qışqıra yalvarırdı.Alov dilimlərinə az qalmışdı.Başını geriyə çevirdi.Son çırpınışları idi.
Rəsulullah"Birinizin qapısından bir çay axsa və hər gün bu çayda beş dəfə yuyunsa,vücudunda kirdən əsər-əlamət qalarmı?Beş vaxt namaz da bunun kimidir.Allah onların sayəsində bütün günahları silər"buyurmamışdımı?Son dəfə "Namazlarım da məni xilas etməyəcək"deyə düşündü",Namazlarım,namazlarım!"deyə hıçqırıqlar içində boğuldu.
Mələklər onu dibi görünməyən cəhənnəm çuxurunun başına gətirdilər.Son dəfə dönüb geriyə baxdı.Artıq gözləri qurumuş,ümidləri sönmüşdü.Başını aşağı əyib iki büklüm oldu.Qollarını sıxan barmaqlar boşaldı.Mələklərdən biri onu çuxura itələdi.Birdən özünü boşluqda hiss etdi və alovlara yuvarlandığını gördü.Bir qədər düşmüşdü ki,qolundan bir əl yapışdı.Onu uzun ,ağ saqqallı bir qoca tutmuşdu qollarından.
-Siz kimsiniz?-dedi.
Qoca gülümsündü:
-Mən sənin namazlarınam.
-Niyə bu qədər gec gəldiniz?Son anda yetişdiniz.Az qala düşmüşdüm.
Qoca acı-acı gülümsəyərək:
-Sən də məni ən son anda qılırdın,xatırladınmı?-dedi.
Gözlərini açanda yatağı suyun içində idi.Bir içini çəkdi."Əlhəmdulillah,çox şükür ki,yuxu imiş,"-dedi.Sonra çöldən gələn səsə dinşədi.Sübh namazının azanı oxunurdu.Yerindən ox kimi sıçrayıb dəstəmaz almağa qaçdı.
Islami hekayələr
Tarix: 01.12.2014 / 15:32 Müəllif: Aziza Baxılıb: 166 Bölmə: Maraqli Hekayeler