Bir çörəkçi istifadə etməkçün kərə yağını qonşu kənddə yaşayan bir südçüdən alırdı. Bir gün çörəkçi südçüdən 3 kq yağ aldı. Ancaq bu yağ ona çox yüngül gəldi. Və o gündən aldığı bütün kərə yağlarını çəkməyə başladı. Qəribə də olsa da, kərə yağları get-gedə yüngülləşirdi. Nəhayət, çörəkçi özündən çıxdı və südçünü məhkəməyə verdi. Artıq iş hakimin qarşısında idi. tərəzi
Hakim südçüdən:
-Sənin tərəzin var?
-Əlbəttə, var.
-Bəs çəkin?
-Çəkiyə ehtiyac yoxdur…
-Əgər çəkin yoxdursa, onda kərə yağlarını necə çəkirsən?
- Çox asan. O, məndən kərə yağı aldığı kimi, mən də ondan çörək alıram. Tərəzinin bir tərəfinə bir kq-lıq çörəyi, o biri tərəfinə isə kərə yağını qoyuram. Və çəkirəm. Əgər çəkidə bir nöqsan varsa, bu, mənim yox, onun nöqsanıdır. Hakim südçüyə bəraət verdi.
Tarix: 01.12.2014 / 14:42 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqli Hekayeler