Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir kəpənəyin hekayəsi

Mənə demişdin ha, məni niyə sevirsən? Mən isə buna heç vaxt cavab tapa bilməyəcəm demişdim. Amma... Cavabını tapdım. Bir kəpənək varmış. Baramasından yeni çıxan, həyata yeni gözlərini açmış bir kəpənək. Zərif, incə, gözəl bir kəpənək qanadları inci dənəsi kimi tərtəmiz çiçək bağçası kimi rəngarəng. Kəpənək baramasından çıxdıqdan sonra həyata atılmış bir gündəlikömürünü gəzərək keçirmək üçün çiçəklərə qonarmış, dağları, düzənlikləri keçmiş dənizləri aşmış. Amma bir evin pəncərəsinə gəlmiş. Evdən içəri baxdığında birdə nə görsə yaxşıdı? Bir işıq... İşıq elə gözəl elə təmiz ki gözləri qamaşmış kəpənəyin . İşığa baxmış, daha sonra yanına getmək istəmiş... Pəncərədən tapdığı aralıqdan içəri girdi və dayanmadan ışıga dogru döndü. Əslində o işıq yalnız sadə bir lampa idi, amma o an kəpənək üçün elə gözəl görünürdü ki, bunu anlaya bilməmişdi.

Eləcə bütün gecə döndü dayandı, xoşbəxt idi bəlkə də bir günlük ömürünü yalnız o işığın yanında keçirə bilərdi və elədə etdi. Bütün gecə rəqs etdi işığın ətrafında, amma səhər olurdu kəpənək artıq yorulmuşdu və yavaşca aşağı dogru düşdü cəhd göstərdi havada qalmaq üçün, amma bacara bilmədi və yerə çaxıldı. Yorulmuşdu ürəyi sürətlə atırdı qalmaq istədi, amma qanadlarında güc qalmamışdı əldən düşmüşdü, ölürdü... Amma son bir səylə yüksəldi. İşığa yaxınlaşdı və yerə düşdü. Gözlərini yumdu 1 günlük həyatı bitmişdi bəlkə də boşa xərcləmişdi bir işıq uğruna, amma olsun o elə dusunmurdu. Xoşbəxt idi ən əsası xoşbəxt öldü.


Tarix: 01.12.2014 / 16:03 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqli Hekayeler
loading...