Kobud və solğun görünüşlü yaşlılar Boston qatarından enib utancaq bir şəkildə rektor olan binanın dəhlizinə çatdılar. Katibə masadan cəld qalxaraq onların qarşısını kəsdi. Əzilmiş geyimdə və yöndəmsiz halda olan bu kəndlilərin Harvard kimi universitetdə nə işləri ola bilərdi?
Qoca astaca rektoru görmək istədiklərini söylədi. Lakin bu mümkün deyildi. Rektorun o gün onlara sərf edəcək saniyəsi belə yox idi. Yaşlı qadın çəkinərək gözləyəcəklərini söylədi. Katibə bir söz demədən masasına geri döndü. Necə olsa da bir müddət sonra səbrləri tükənib gedəcəklərdi. Saatlar keçdi, yaşlılar gözləməyə davam edirdi. Katibə vəziyyəti belə görərək rektora müraciət etməli oldu. "Bir neçə dəqiqə görüşəsiniz bəlkə, yoxsa getmək niyyətləri yoxdur." - deyərək rektoru razı salmağa çalışdı.
Gənc rektor istəksiz şəkildə qapını açdı. Katibənin təsvir etdiyi səhnə kefini pozmuşdu. Zatən yoxsul təbəqə, kobud kəndlilər xoşuna gəlmirdi. Onun kimi adamın ofisinə gəlməyə necə cəsarət edə bilərlər axı. Üz-gözünü turşutmuş, əsəbləri gərginləşmişdi.
Yaşlı qadın gözləmədən mətləbə keçdi. Harvardda təhsil alan oğullarını bir il əvvəl qəzada itirmişdilər. Övladlarının bu universitetdən çox məmnun qaldıqlarını söyləyən ana universitet daxilində olan bir yerdə oğullarına abidə ucaltmaları üçün icazə istəyirdi.
Rektor bu təsiredici danışıqdan duyğulanmaq əvəzinə daha da hirsləndi. "Biz Harvardda təhsil alan və sonra ölən hər kəs üçün bir abidə tikməli olsaq bura qəbirstanlığa çevrilər." - sərt bir səslə yaşlı qadına səsləndi. "Yox.. Yox.. Abidə deyil... Bəlkə Harvarda bir bina tikə bilərik" - deyərək yaşlı qadın səsini ucaltdı. Rektor əzilmiş geyimlərinə nifrətlə baxaraq, "Binamı?" - deyərək təkrarladı. "Siz bir binanı tikmək üçün nə qədər pul lazım olduğunu düşündünüzmü? Sadəcə son tikdirdiyimiz binanın məsrəfi 7 milyon dollara başa gəlmişdir." - deyə fikrini tamamladı.
Mübahisənin bitdiyini düşünən rektor artıq bu yaşlılardan canını qurtaracağını təxmin elədi. Yaşlı qadın səssizcə yoldaşına baxdı: "Universitet inşaatına başlamaq üçün lazım olan pul bu qədərdirmi? Belədirsə biz niyə öz universitetimizi yaratmırıq?".
Rektorun üzündə təəccüb doğuran bir ifadə göründü. Qoca başıyla təsdiqlədi. Cənab və xanım Leland Stanford çölə çıxdılar. Şərqi Kaliforniyaya Palo Altoya gəldilər. Və Harvardın qəbul etmədiyi oğulları için onun adını əbədiyyən daşıyacaq universiteti qurdular.
Tarix: 01.12.2014 / 15:35 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Maraqli Hekayeler