Onlar yaxşı rəfiqə idilər. Qonşu olduqları üçün hər gün bir - biri ilə qarşılaşır, dərdləşir, söhbətləşirdilər. Ayrılmaz cütlük idilər.
Bir gün bərk xəstələndi. Sətəlcəm olmuşdu. Üç uşaq, qaynana və yoldaşı , ailə böyük idi. İndi nə edəcəkdi? Həkim yataqdan qalxmamağı tapşırmışdı. Qalxsa belə , bir addım atacaq qədər gücü yox idi. Həmişə möhkəmliyi , can sağlığı ilə seçilirdi , bəs indi? Bilmirdi nə etsin.
Dost dar gündə tanınar. Belə də oldu. Rəfiqəsi hər gün yanına gəlir, yemək bişirir, evini yığışdırırdı. O necə də xoşbəxt idi. Dar gündə yanında birisi olması çox yaxşıdı. Xəstə olduğundan çoxdan idi ki, əlini ağdan -qaraya vurmamışdı, Hər yan toz idi. Rəfiqəsi isə "hər şeyi yoluna qoymuşdu". Hər yanı təmizləmiş, yığışdırmışdı. O, , necə də ona minnətdar idi. Lakin xəbəri yox idi ki, bütün həyət ondan danışır. Çünki, rəfiqəsi "hər işini yoluna qoymuşdu" - " Natəmizlik? Belə də yox daa, ödüm ağzıma gəldi, iyrəndim , fuu, mındarçılıq, daha nə deyim" - deyə , hər kəsə onun evinin natəmizliyindən və necə "əziyyətlə" oraları səliqəyə salıb, təmizlədiyini danışmışdı.
P.S Belə dost və onun yaxşılığındansa tək qalsan yaxşıdı.
Tarix: 01.12.2014 / 14:13 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqli Hekayeler