Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muammali Cesed (dedektiv)

Yazarı Asiman Eyniyevdi.
hekayenin adı Müəmmalı Cəsəddi (detektiv hekayə)

Müəммаlı CəSəD
Bağ evinin sol tərəfində memarlığın şah əsəri sayıla biləcək fortepianonun qarşısındakı mərmərdən yonulmuş kiçik stulun üzərinə yıxılan memar əllərini yerdə iki hərfdən ibarət olan yazıya tərəf uzatmışdı. Mərmər stulun üstü qana boyanmışdı. Boz kostyum, kostyumun altından qara köynək geyinən cavan oğlan zolaqlı qalstukunu düzəltdi. Atletik vücudu, səliqə ilə kəsilmiş ipək kimi qara saçları, parıldayan qara ayaqqabıları onu olduqca şux göstərirdi.
O, saçlarını səliqə ilə arxaya daramışdı. Əyilib müəmmalı tərzdə qərb istiqamətinə tərəf yıxılmış akademik Cahid Akayevin müəyyən məna ifadə edən cəsədinə təkrar baxdı. Fransada polis akademiyasında oxuduğu illər ərzində müxtəlif cinayətlərlə tanış olmuşdu. Amma bu cinayət bir qədər müəmmalı idi.
-Belə məlum olur ki, mərhum fortepianonun ətrafına səpilmiş gildə nəsə ad yazmaq istəyirmiş. Ola bilsin, o, cinayəti törədənin yəni onu qətlə yetirənin adını qeyd etmək istəyib-deyə xəfiyyə köməkçisinə məruzəni tək-tək qeyd etdirirdi.
Mərhumun döş qəfəsinə iti alətlə zərbə endirmişdilər. Əynindəki ağ köynəyin döş qəfəsinə yaxın hissəsi al qana boyanmışdı. Onun cəsədinin bir neçə formada şəklini çəkən, ekspertizadan gələn əməkdaşlar cəsədin müayinəyə göndərilməsini tələb etdilər. Onlar artıq öz qeydlərini götürmüşdülər. Xəfiyyə yerdə yazılan iki hərfi köməkçisinə qeyd etdirdi. Yerdə yazılan “A, l” hərfinin yanında atılmış xırda dəmir parçasını ekspertlər rezin paketə qoydular.
-Bu qətldə nəsə qəribəliklər
var – deyə 32 yaşlı gənc
detektiv üstündə hələ də yağış
damcıları parıldayan yaşıl
almanı ağacdan dərdi. Yenidən
cəsədin ətrafında gəzişməyə
başladı. Gəzişdikcə
parfümünün qoxusu ətrafa
yayılırdı. O, almadan dişləyib
nəzərlərini eyni bir nöqtəyə
cəmləmişdi. Detektiv cəsəddən
bir qədər kənarda zolaqlı
parketə düşən qan ləkələrinin
həyət darvazasına qədər
uzandığını da köməkçisinə
qeyd etdirdi. O, darvazadan
çıxıb küçəyə baxdı. Heç bir iz
yox idi.
-Gecənin qaranlığında birbaşa
döş qəfəsinə endirilmiş
mükəmməl zərbə. Adam bu
işdə deyəsən peşəkar imiş.
Mən inanıram ki, Akayev,
hadisəni törədəni tanıyırdı.
Zənnimcə adını qeyd etmək
istəyib. Dəmir parçası mərhum
Cahid Akayevin əlindən düşüb,
buna əminəm.
-Biz ekspert rəyini öyrənib
tezliklə hər şeyi
aydınlaşdıracağıq.
Dedektivin dediklərini tək –
tək qeyd edən köməkçisi
təmkini pozmadan cavab verdi.
-Çox maraqlıdır, niyə adam
özünü pianonun ətrafına
çatdırıb? Evlə olan məsafə çox
uzaqdır. Bəlkə də, yarı yolda
yıxılıb qalacağından
qorxmuşdur. Yəqin o, nəsə bir
işarə vermək üçün pianoya
yaxınlaşıb. Bunlar hələlik
ehtimallardır. Bizim üçün
nəticə etibarı ilə heç bir fakt
müfəssəl açıqlanmayıb. Niyə
pianoya yaxınlaşıb? Niyə?
Köməkçi çiyinlərini qaldırdı. O,
başını inkar mənasında
tərpətdi.
-Bəs, iki hərf nəyə işarədir?
Variantlar müxtəlifdir. Ola
bilsin, iki hərfi qeyd etdikdən
sonra taqəti çəkilib, davam
edə bilməyib. Birinci hərf
aydındır. Bəs ikinci hərf hansı
hərfdir? Bu, “I” ya da “İ” hərfi
ola bilər. Bəlkə də, orada kiçik
çap hərfi ilə “L” yazmaq
istəyib. Ola bilsin, hansısa
hərfin bir hissəsini yazıb ardını
davam edə bilməyib. Təkrar
edirəm, burada o qədər
variantlar irəli sürmək olar ki.
Cinayətkar da usatlıqla işini
yerinə yetirib, darvazadan
kənarda heç bir iz buraxmayıb.
-Bəlkə Akayevi elə həyətində
qətlə yetirib, hə?- Köməkçi göz
qapaqlarını geniş açıb soruşdu.
-Sənin də fikrində həqiqət var.
Ola bilər.
Detektiv üç mərtəbəli,
yaraşıqlı evin qarşısında
dayanıb, onları seyr edən
qocaya yaxınlaşdı. Təqribən
altmış beş yaşlarında olan
qocanın ağ saçları dağınıq idi.
O, boynunu burub dayanmışdı.
Əlləri və başı əsirdi. Detektiv
onunla salamlaşıb bir neçə
dəqiqəlik görüşməyi təklif etdi.
Qocanın əsməsi onun diqqətini
çəkdi.....
-Parkinsondan əziyyət çəkirəm,
buyurun evə keçin- deyə qoca
xəfiyyəyə yol göstərdi.
Detektiv təşəkkür edib köməkçisi ilə
birgə evə daxil oldu. Köməkçi
qeydləri götürmək üçün qələmini
hazır vəziyyətə gətirdi. Detektiv
diktofonunu işə salıb qocanın
qarşısında dayandı. Ehtiyatı həmişə
yüksək qiymətləndirən gənc
detektiv qocanın bir qolundan tutub
onu divanda oturtdu. Özü də onun
qarşısındakı kresloda oturdu.
Hava tutqun idi. Bağ evi dənizin
kənarındaydı. Evin ikinci
mərtəbəsindən dəniz aydın
görünürdü. Onlar evin ikinci
mərtəbəsinə qalxmışdılar. Bərk
külək əsirdi. Bol meyvənin
ağırlığından başlarını aşağı salmış
ağaclar ağır-ağır silkələnirdi. Ev çox
gözəl tikilmiş, ayrıca xüsusi zövqlə
bəzədilmişdi. Zalda antik əşyalar
olduqca çox idi. Divara Azərbaycan
xəritəsi işlənmişdi. Bir neçə yerdən
rəsm tabloları asılmışdı.
Dibçəklərə
əkilmiş müxtəlif güllər zalın
qoxusunu dəyişirdi.
-Siz oğlunuzla tək yaşayırdınız? -
Detektiv soruşdu.
-Bəli, tək yaşayırdım.
-Onun neçə yaşı var idi?
-Qırx.
-Bəs bu vaxtacan o evlənməmişdi?
-Evlənmişdi. Daha doğrusu xaricdə
işilə bağlı ezamiyyətdə olduğu
illərdə bir Belçikalı xanımla ailə
qurmuşdu. O vaxtlar xanımım sağ idi.
Cahid bizim tək övladımız idi. O,
yenicə doğulmuş körpəsinin şəkilini
bizə göndərəndə çox sevinmişdik-
deyən qoca Altay kişinin yanağından
yaş süzüldü.
Dedektiv qocanı nəvazişlə süzərək:
-Sizi başa düşürəm. Amma, xahiş
edirəm, davam edin – dedi.
-Vətənə qayıdanda israrla xanımını
da gətirmək istəyib, lakin buna nail
ola bilməmişdi. O, uşağı da qadının
yanında buraxıb, xoşluqla görüşüb,
Belçikadan ayrılmışdı. Bəzən olurdu
ki, onlar telefon əlaqəsi saxlayırdılar.
Oğlumun işi çox olurdu. Demək olar
ki, bütün günü işləyirdi. Memarlıq və
İnşaat universitetindən ona təklif
gəlmişdi. Bir neçə ay idi ki, orada
dərs deyirdi. Əvvəllər şəhərimizin bir
neçə məktəbində də coğrafiyadan
dərs demişdi. Sonradan elmi işlə
məşğul olmağa başladı. O, əslində
universitetdə dərs demək fikrində
deyildi. Belə desək, zatən onun işləri
başından aşırdı. Memarlıq və İnşaat
universitetinin prorektoru onunla
dost idi. Dostu təklif etmişdi ki, gəl
bir yerdə işləyək. Cahid də öz
dostuna yox cavabını verə
bilməmişdi.............
-Xanımınız nədən vəfat edib? -
Detektiv soruşdu.
-Ürəyi xəstə idi.
-Aydındır. Oğlunuzun kiminləsə
intriqası vardı? Nə bilim, iş
yoldaşlarındanmı, yaxın
dostlarındanmı, desəm
bilmirəm. Bilirsiniz, bir insan
inkişaf etdikcə ona toxunanlar
artır. Gözləri götrüməyənlər
ona badalaq atmaq üçün
imkan axtarır. Həzrəti Hüseyn
(ə. s)- deyib:
“- Yetişmiş meyvəni dərmək
istəyən çox olur”. Oğlunuz
Cahid Akayev kifayət qədər
nüfuz sahibi bir insan idi. Təbii
ki, onun bədxahları olmamış
olmazdı. Ətrafınızda onu
seməyən ya da qısqanclıqla
yanaşan kimsə var idimi?
-Yox, oğlumun bütün dostları
ona hörmət bəsləyib, onun
gördüyü işləri
qiymətləndirirdilər.
-Başa düşdüm. Qonşularınızla
aranız necədir?
-Bizim heç kimlə işimiz yoxdur.
Adətən mübahisəni qadınlar
yaradır. Bizim evdə isə qadın
yaşamır-deyə qoca
gülümsündü.- Deməli,
qonşularla da pis
münasibətimiz ola bilməz.
Detektiv kişinin yumor hissini
itirməməsinə sevindi.
-Təkcə bacım qızı həftədə bir
dəfə gəlib, evimizi səliqəyə
salıb, paltarlarımızı yuyur.
Ondan savayı bizim evdə qadın
olmur.
-Deməli bacınız qızı sizə
həftədə bir dəfə baş çəkir,
hə?-Detektiv
dəqiqləşdirməkdən ötrü
soruşdu.
-Bəli, o, şəhərdə yaşayır.
-Axırıncı dəfə sizdə nə vaxt
olub?
-Keçən həftənin bazar günü.
Köməkçi beş gün öncə,-deyib
detektivə baxdı.
-Ayındır-deyə detektiv əlavə
etdi:- Siz hadisəni gördüyünüz
zaman, yəni dünən axşam
qışqırıb qonşuları çağıranda,
harayınıza yetişən kim oldu?
-Mərkəzi bankın, səhv
etmirəmsə, vitse prezidentinin
bağ evinin mühafizəçisi. Onlar
bizim qonşuluqda yaşayırlar-
deyə qoca əli əsə-əsə adını
çəkdiyi evin istiqamətini
göstərdi.
-Siz qapıya çıxıb haray
saldınız?
-Bəli, mən onun gəlişini
gözləyirdim. O, hər gün evə
axşam saat 10-da gəlirdi.
Gecikəndə isə zəng vururdU.
O,
zəng vurmamışdı. Mən də çox
narahat idim. Pəncərənin
qarşısına keçdim. Birdən həyət
qapısının açıq olduğunu
gördüm. Birtəhər həyətə
düşdüm. Özünün yaratdığı
fortepianonun qarşısındakı
stulda uzandığını gördüm.
Yaxınlaşdım. Bir neçə dəfə
çağırdım, cavab vermədi. Elə
bildim içkilidir, amma birdən
yadıma düşdü ki, o, içkini
çoxdan atıb. Ani olaraq
sinəsində qan ləkəsi gördüm.
Gücüm çatmadı onu qaldıram-
deyib ağlayan Altay kişi birdən
uşaq kimi hönkürdü.
Köməkçi baş verənləri qeyd
edirdi. Detektiv yerindən
qalxıb, kişinin çiyninə əlini
qoydu.
-Narahat olmayın, çox yaxında
cinayətkar ədalət qarşısında
cavab verəcək.
O, pəncərəyə tərəf yaxınlaşdı....

Dənizdə güclü külək var idi.
Balıqçılar dənizə girməyə
çətinlik çəkirdilər. Axşama
doğru dalğanın hündürlüyü
yüksəlmişdi. Pəncərədən
birbaşa fortepianonun ətrafına
göz gəzdirdi. Cəsədi bir anlıq
zehnində canlandırdı. Öz-özünə
-axı iki hərf nəyə işarədir?-
deyə sual verdi. Təkrar qocaya
dönüb dedi:
-Bəs siz nə vaxt şəhərə
köçməyi planlaşdırmışdınız?
Axı artıq bağ mövsümü bitib.
-Biz hazırlıq görürdük. Bir-iki
günə Bakıya yola düşəcəkdik,
amma olmadı. Bizə qulluq edən
xanım bütün əşyalarımızı
hazırlamışdı. Çemodanları da
hazır vəziyyətə gətirmişdik.
Alınmadı. Onsuz da mən
burada qala bilmərəm. Bu gün
keçsin, sabah ya da birisi gün
Bakıya gedəcəyəm.
- Sizi çox yormayaq. Amma sizi
əmin edirəm ki, oğlunuzun
qatili yaxın zamanlarda
tapılacaq. – Dedektiv qocaya
əminliklə söz verib qapıya
yaxınlaşdı. Qapının ağzında
ikən əlini cibinə salıb diktafonu
söndürdü.
Qoca birtəhər ayağa qalxıb
onları ötürməyə tələsdi. Zalın
qapıya doğru çıxışında, sağ
divara vurulmuş şəkil
detektivin diqqətini cəlb etdi.
-Bunlar kimdir? -Soruşan
detektiv gülümsündü.
Şəkildə dörd nəfər dayanmışdı.
-Ortadakı oğlumdur-deyə qoca
Altay onlara yaxınlaşdı. – Sol
tərəfdəki, qonşumuz Dmitridir.
Yazıq uşağın görmə qabiliyyəti
zəifdir, amma musiqini çox
bəyənir. “Albinos” yəqin ki,
eşitmisiniz, “ağ adam”. Bizim
evin uşağı sayılır. Cahidin
ölümündən xəbərsizdir.
Cahid
hərdən zarafatyana deyərdi ki,
“gəlin birgə öz fəaliyyət
ansamblımızı yaradaq”. Cahid
akkordiyon çalmağı bacarırdı.
Dmitri yaxşı gitara çalır.
Dmitrinin anası isə pianoda
möhtəşəm ifa edir. Biz öz
aramızda onu Şəhzadə
Valentina deyə çağırırıq.
Amma olmadı. Demək ki,
ansambl yaratmaq qismət
deyilmiş.
-Əlbəttə “albinizm” xəstəliyi
haqqında eşitmişəm. Bəs
sağdakı kimdir?-deyə dedektiv
soruşdu.
-Sağdakı həyətdə işləyən
metlaq ustasıdır. Arxada
dayanan isə usta ilə birlikdə
işləyən fəhlədir. Bu şəkil yayda
çəkilib.
-Aydındır. Dediniz, Valentina
və oğlu sizin qonşuluqda
yaşayırlar?
-Bəli, bir ay olar Bakıya
köçüblər. Oğlu Dmitri hərdən
dostları ilə birlikdə bağ evinə
gəlir, disko partisi keçirib
əylənirlər.
-Axırıncı dəfə Dmitri bağ evinə
nə vaxt gəlib? -Detektiv
gözlərini qıyıb soruşdu.
-Dəqiq deyə bilmərəm.-deyə
Altay kişi başını yellədi.
-Aydındır. -O, köməkçisinə göz
vurub, çıxmaq üçün qocadan
izin istədi.
-Oğul, sənin adını da
soruşmadım, adın nədir?-
Altay kişi detektivə müraciət
etdi.
-Biz, Müsyö deyirik. Siz də elə
çağıra bilərsiziniz-deyə
köməkçi dedektivin yerinə
cavab verdi.
Altay kişi gülümsündü.
Detektiv heç bir söz əlavə
etmədi. O, kod adını, deyəsən,
çox bəyənirdi. Qocaya şəxsi
kimliyini bildirmədən
gülümsünüb xudahafizləşdi.
Özünün son model “Citroën”
maşınına yaxınlaşan Müsyö
ləqəbli gənc detektiv
köməkçisinə dedi:
-Sənə aydın oldu?
-Nə?- Köməkçisi soruşdu.
-Həyət qapısı açıq qalıbmış.
Deməli, hadisə həyətdən
kənarda baş verib. Cahid
Akayev yaralı vəziyyətdə
həyətə daxil olub və qapını
bağlamaq yadına belə düşə
bilməzdi. Özünü birtəhər
yaratdığı əl işinə tərəf çatdırıb
və bizə hələ də məlum
olmayan bir işarə buraxıb.
Köməkçi deyilənləri beyninin
sağ yarımkürəsinə köçürürdü.
Həmişə deyirdi ki, mənim
beynimin sağ yarımkürəsi
fəaliyyətdədir. Bütün yaddaşı
ora köçürürəm. Maşın
uğuldayıb hərəkət etdi.
Köməkçini polis şöbəsinin
qarşısında düşürüb, birbaşa
şəhərin mərkəzi küçələrindən
birinə tərəf hərəkət edən
detektiv mağazaya girdi.
Filmini sifariş edib dərhal
oradan ayrıldı.
Bir neçə dəqiqədən sonra
oğlunu yanına çağırıb DVD
pleyeri işə salan detektiv oğlu
ilə bərabər 2009-cu ilin ən
yaxşı “animasiya” filmi
nominasiyası üzrə “Oskar”
mükafatına layiq görülən “3D”
formatlı “Up” filmini izləməyə
başladı. Həyat yoldaşı Sara da
bu filmə baxmağı çoxdan
arzulayırdı. Sara cipsi paketini
açıb masanın üzərindəki
vazaya boşaltdı. Uşaq, “ipod
nano” cihazının qulaqcıqlarını
çıxarıb tulladı. Sara sol tərfdən
detektivin qolunun altına
özünü yerləşdirə bildi. Beyni
müxtəlif modern
informasiyalarla dolu olan
uşaq, atasının sağ qolunun
altından icazəsiz giriş etdi.
Detektiv hər iki qolunu sıxıb iki
nəfəri özünə tərəf çəkdi. Filmi
böyük maraqla izləməyə
başladılar....

10:17
Nazli I-va
Binanın dördüncü
mərtəbəsindən ətrafa yayılan
işıq, xoşbəxt bir ailənin
təcəssümü idi. Təqribən iki
saatdan sonra Sara uşağı
divandan qucağına götürüb,
yataq otağına apardı. Uşaq
yuxuya getmişdi. Televizoru
söndürən detektiv duş almaq
üçün tələsdi. On dəqiqədən
sonra yataqda Saranın
saçlarını oxşayan detektiv,
narahatlığını ona hiss etdirmək
istəmirdi. Sara onun kefsiz
olduğunu qapıdan içəri girəndə
anlamışdı. Lakin heç bir sual
vermədən gözəl filmin dadını
çıxartmaq niyyətində idi.
-Gözümə yuxu getmir-deyə
detektiv üzünü tavana tutub
təkrar hadisəni gözünün
qarşısına gətirdi. Sara səbəbini
soruşanda, heç bir cavab
almadı.
oxuyub bəyənnənlərə təşəkkür
Detektiv yataqdan qalxıb, öz
şəxsi otağına girdi. İşıqları
yandırdı. Ian Fleming imzasını
daşıyan “On Her Majesty’s
Secret Service” (“Zatialilərinin
gizli xidmətində”-ing-red.)
kitabı masasının bir kənarında
dururdu. Masanın digər
tərəfində Azərbaycanın
möhtəşəm üç rəngli bayrağı,
bayrağın yanında avtoqələm
və kitabça var idi. Antik
üslubda divara yerləşdirilən
kitab rəfində, hərf sıralaması
ilə kitablar düzülmüşdü.
Pəncərənin önünə qoyulan
akvariumun içində işıq yanırdı.
O, akvariuma yaxınlaşıb
şüşəsini döydü. Bir neçə rəngin
qarşığından olan iki balıq
dövrə vurmağa başladı. O,
kefsiz halda notbuku açıb
inetrnetə daxil oldu. Saat
02:00- göstərirdi. Otaqdan
çıxıb mətbəxə keçdi,
soyuducunu açıb alma
götürdü. Almadan bir diş
götürüb, yenidən şəxsi otağına
keçdi, kompyuterə yaxınlaşdı.
“Google” axtarış sisteminin
adını yazıb səhifəyə daxil oldu.
Səhifə açılandan sonra “Le
Monde” qəzetinin adını qeyd
edib axtarış işarəsini verdi.
Səhifə açıldı. Qəzetin ilk
başlığını oxudu. Sonra
“Culture” (mədəniyyət-frans-
red.) bölməsini açıb sakitcə
oxumağa başladı.
“Bu gün dahi rəssam, Claude
Monetin, yaxın dostu olan
Theodore Robinsonun doğum
günüdür. Onun əl işləri bu gün
dünyanın dörd bir tərəfindəki
sərgi salonlarında nümayiş
olunmaqdadır. Biz onu doğma
hesab edir, xoş xatirələrlə
xatırlayaraq, ruhuna rəhmət
diləyirik
Müsyö, almanı yenidən dişləyib, rəssamı “Wikipedia”- səhifəsində tapdı. O, Monetin dahi fransız rəssamı olduğunu bilirdi, amma Robinsonu eşitməmişdi. -Aha, deməli Amerikalıdır. Fransada isə Monete ən yaxın şəxslərdən biri olub. Hətta onların qonşu olduğunu qeyd ediblər. Monetin möhtəşəm “Giverny” bağı, çox istedadları bir araya gətirib-deyə Müsyö, Robinsonun əl işləri ilə tanış oldu. Yenidən “Le Monde” qəzetinin səhifəsinə geri döndü. Qəzetin “Jeux” (oyunlar-frans-red.) bölməsinə daxil oldu. Oyunları tək-tək araşdırandan sonra əsəbiləşib səhifəni bağladı. Kompyuteri söndürdü. Dedektiv təmiz hava qəbul etmək üçün balkona çıxdı. Şəhər gecə işıqları ilə bəzənmişdi və insanı valeh edirdi. Elektrik lampalarının zərif şüaları altında küçələrə aram – aram yağış yağırdı. O, dərindən bir neçə dəfə nəfəs aldı. Oksigen ağ ciyərlərinə tərəf yol almışdı.

Detektiv balkondan aşağı baxıb, pıçıldaşan oğlanla qızı gördü. İki nəfər qol-qola girib yağan yağışa fikir vermədən addımlayırdı. Onlar başlarını qaranlıq göylərə tutub nəsə diləyirdilər. Detektiv həmin anlarda bu romantik mənzərəni seyr etmək iqtidarında deyildi. Onda qətiyyən gənclik çılğınlığı hiss olunmurdu. Gəncliyin həyat ehtirasına gülümsüməklə kifayətlənib evə girdi. Yataq otağına keçib yatağına uzandı. -İlk olaraq hara gedəcəyik, planlaşdırmısınız? -Əlbəttə-deyə Müsyö əsnəyib yataqdan qalxdı. Saat 08.30 dəqiqəni göstərirdi. -Oldu, mən sizi şöbənin qarşısında gözləyirəm-deyə köməkçi, pencəyinin üst düyməsini bağlayıb, yöndəmsiz qarnını içəri çəkdi. Müsyö telefonu söndürdü. Yüngül atletik hərəkətlər edib, bədəninin sümüklərini oyatdı. Mətbəxə tərəf addımladı. -Oho, siz artıq oyanmısınız? -Əlbəttə, biz yatmağı sevmirik -deyə uşaq masanın üstündə olan nazik çörək dilimini götürüb, bıçaqla üzərinə şokaladı yaxdı. Müsyo əl- üzünü yuyub Sara ilə üzbəüz oturdu.
Pəncərədən dumanlı havanın hakimliyi aydın görünürdü. O, güzgünün qarşısına keçib, saçlarını səliqə ilə arxaya daradı. Şəxsi qarderobundan qara kostyumunu çıxarıb geyindi. Açıq mavi köynəyinin üstündən qara qalstuku sıxan Sara, ona qalstukunu bağlamaqda kömək etməyi adət etmişdi. Sara işini bitirib, kənara çəkilmək istəyəndə, Müsyö onun qolundan tutdu. -Bəs, sənə təşəkkür etməyimi istəmirsən? Sara gülümsündü. Müsyö onun dodaqlarından öpüb göz vurdu. Sara uşağın yaxınlaşdığını hiss edib qapıya tərəf yeridi. Müsyö uşağın alınından öpüb çıxdı. İki nəfər liftin qapısına çatana kimi onu izlədilər. O, liftə girən kimi evin qapısı bağlandı. “Citroën” maşını polis şöbəsinin qarşısında dayandı. Köməkçi maşına oturub, salamlaşdı. Daha sonra protokolu açıb oxumağa başladı: -Deməli belə, mərhumu iti alətlə vurublar. - Bunu bilirik, sən bizim bilmədiyimiz bir şeyi de! -Yaranın dərinliyi 10 sm-dir. Yerdə qeyd olunan iki hərf, dəmir parçası ilə yazılıb. Dəmir parçası da mərhumun əlindən düşüb. Mərhumun üzərindən çıxan əşyaları götürmüşük. Xatırladım ki, mərhumun üzərində olan qan ləkələrinin müayinəsi zamanı məlum oldu ki, hadisə iki gün bundan öncə, gecə saatlarında, təqribən saat 02.00 radələrində baş verib. Mərhumun mobil telefonundan sonuncu zəngin hansı ünvana yönəldiyinə baxsaq, bunun universitetin prorektoru Ayaz İbrahimovun telefonu olduğunu görərik. Müsyö sükanı sola burub, universitetə gedən yola düşdü. Bir neçə dəqiqədən sonra köməkçisi prorektorun qapısını döymədən açdı. Onlar içəri daxil oldular. -Buyurun, məni görmək istəmisiniz. Sizə necə kömək edə bilərəm?- Prorektor gülümsünüb oturmaq üçün yer göstərdi.
Detektiv yerini rahatlayıb prorektor Ayaz müəllimlə üzbəüz oturdu. O, sakitcə diktofonunu işə saldı. Köməkçi qələmini hazırlayıb yazmağa başladı. -Dostunuz mərhum Cahid Akayev, sonuncu dəfə sizinlə əlaqə saxlayıb. Onun telefonuna gələn zənglər, sizinlə görüşdüyü barədə məlumat verir. Biz sizin son danışıqlarınızı dinləmişik. Mərhum, sizinlə görüşüb evə dönmüşdür. Siz hətta mərhum evə çatmamış yenidən zəng vurmusunuz ki, sabah hansısa kolleqanızın ölümünün yeddinci günü ilə əlaqədar məclisə birlikdə getmək planınızın olduğunu deyəsiniz. Bu belədir?- Detektiv soruşdu. -Əlbəttə, eynən siz dediyiniz kimi, mən sonuncu dəfə ona zəng vuranda dedi ki, evə demək olar çatmışam. Biz sabah müəllim yoldaşımızın hüzr mərasiminə gedəcəkdik. Mənə xəbər gəldi ki, Cahid müəllimi qətlə yetiriblər. Mən çox pərişanam. -Bəlkə siz onun başını qatıb, qatilin işini asanlaşdırmısınız, hə?- Köməkçi qeyri-ixtiyari soruşdu. -Başa düşmədim, siz nə danışırsınız? Mən öz dostuma tələ qurmuşam? Siz məni ittiham edirsiniz? Mən buna görə sizi məhkəməyə verəcəyəm. Müəllim əlini ürəyinə tərəf apardı. O, siyirməni açıb dərman çıxartdı. Dərmanı tələsik ağzına atdı. Detektiv köməkçisinə tərəf baxdı: -Qalx, gedirik. Biz işimizi tamamladıq. Köməkçi tərəddüd edərcəsinə stuldan qalxıb, prorektora gözlərini zillədi. -Bu o demək deyil ki, sizinlə söhbətimiz bitdi. Sizi yenə narahat etməli olacağıq-deyə köməkçi simasını sərtləşdirdi. -Xeyr, sizinlə söhbətimiz bitdi. Narahat etdiyimiz üçün üzrlü hesab edin- deyə ayağa qalxan dedektiv köməkçisinə otaqdan çıxmaq üçün işarə verdi. -Mən başa düşmürəm, siz niyə onunla söhbəti davam etdirmədiniz? Sizcə iki hərf “A,İ” buna sübut kimi yetərli deyil? -Köməkçi kefsiz halda soruşdu. O, foyedə iti addımlar atan detektivin sürətinə ayaq uydura bilmirdi..
-Əgər iki hərfi ön plana çıxartsaq, onda gərək birinci Altaydan başlayaq. Ayaz müəllimə gəlincə, narahat olmayın o, bizə hər şeyi dedi. Müsyö universitetin qarşısında dayanan “Citroën” maşınına əyləşdi. Dərhal sükanı sağa burub Akayevlər ailəsinin evinin təmizlik işlərinə baxan qadının evinə doğru hərəkət etdi. Bir neçə dəqiqədən sonra körpə uşağı qucağına alıb, suallara başını dik tutaraq cavab verən Altay Akayevin bacısı qızı Emma polis əməkdaşlarından çəkinmədiyini onlara sübut etmək istəyirdi. -Bəli, sizin dediyiniz kimi, mən həftədə bir dəfə, bazar günləri onların evlərini təmizləməyə gedirəm. Mən xadimə deyiləm, sadəcə öz doğma dayıma kömək etmək istəyirəm. Anam öləndən sonra o, bizə çox kömək edib. İndi ona köməklik etməyi özümə borc bilirəm. -Sizin mərhum Cahid bəylə aranız necə idi? -Detektiv soruşdu. -Əla, biz hətta dost idik. O, bir çox problemlərini mənə açıq
danışa bilirdi. Detektiv qadını diqqətlə incələdi. Qadın özünü rahat hiss edirdi. Qonur gözlərilə, qarşısında dayanan iki adamı diqqətlə nəzərdən keçirir, sağ əlilə tez-tez qəhvəyi, ipək saçını qulağının ardına verirdi. -Sizin yaxın münasibətləriniz olub?- Köməkçi düşünülməmiş sualını həmişə olduğu kimi yenə qəflətən səsləndirdi. -Başa düşmədim… Siz nə danışdığınızı bilirsiniz? Mənim öz ailəm var. Mən ümumiyyətlə sizinlə danışmaq istəmirəm. Siz birbaşa ittihama keçirsiniz. O, ayağa qalxıb uşağı oturtdu. Qapıya yaxınlaşıb qapını açdı. -Buyurun, çıxa bilərsiniz. Mən sizin heç bir sualınıza cavab verməyəcəyəm. Əgər siz mənə hədə-qorxu gəlib sorğu-sual etmək istəsəniz, onda sizin başınıza oyun açaram. -Yox, gözəl xanım, yoldaşın qurduğu cümlə bir az ağır səslənsə də biz bunu bilmək məcburiyyətindəyik. Əlbəttə sizin kimi ailəyə bağlı xanımlar, öz namusunu qoruyub, hüquqlarını müdafiə edəndə, bizlər üçün də bu qiymətli sayılır. Mən sizi başa düşürəm. Biz indi gedirik, amma belə başa düşməyin ki, siz bizi qovursunuz və ya bizi qorxutdunuz. Xeyr, biz öz istəyimizlə gedirik. Ola bilsin, sizə bir-iki sualımız yenidən yaransın. İnanıram ki, bu dəfəki kimi sizi hövsələdən çıxarmarıq. Qadın güldü. O, başını “oldu” – mənasında tərpətdi və dedektivlə köməkçisini qapıya kimi ötürdü. Köməkçi əsəbi baxışlarla qadını süzürdü. Onlar evdən çıxdılar. Uşaq artıq ağlamağa başlamışdı. Payızın xəzanı, yerə tökülən saralmış yarpaqlar, maşının təkərlərinə yapışmışdı. Detektiv maşını işə saldı. Maşın yerindən götürülərək sürətlə uzaqlaşdı. -Şübhəli saydığımız iki şəxslə görüşmüşük. İndi yolumuz haradır? -Köməkçi eqoistcəsinə soruşdu. -Sən Altay Akayevin qonuşusunun mühafizəçisini danışdıracaqsan. Mən isə Altay Akayevin özü ilə görüşəcəyəm. Köməkçi başını razılıq əlaməti olaraq tərpətdi.
Onlar bağ evinə tərəf irəlilədikcə yağış güclənirdi. Maşının şüşəsiləni dayanmadan hərəkət edir, şüşəni təmizləyirdi. İki nəfər diqqətini cəmləyib, susub oturmuşdular. Detektiv köməkçisini yolda düşürdü. Özü isə Akayevlər ailəsinin malikanəsinə tərəf hərəkət etdi. -Yaxşı gəlmisiniz, mənə köməyiniz lazım olacaq. Çemodanlarımı aşağı düşürməkdə kömək edin. Bakıdakı qonşumuza zəng vurmuşam, indi gəlib məni buradan aparacaq. -Siz artıq Bakıya köçürsünüz? -Müsyö soruşdu. -Sizə demişdim axı, bir-iki günə buradan ayrılacağam. Cahidin ölümünün üçüncü gününü gözləyirdim. Qonaqlarımız olurdu. Bir də yeddisi günü bura qayıdacam. Bacımın qızı, ailəsi ilə müvəqqəti olaraq burada məskunlaşacaqlar. Gələn qonaqları onlar qarşılayacaqlar. Emma xanımın həyat yoldaşı mənə çox köməklik edib. Ümumiyyətlə, o ailəyə çox borcluyam. Bəzi məsələlərə görə dünən onları Bakıya yola salmışam. Bu gün axşam gələcəklər. Mən daha onların gəlməsini gözləməyəcəyəm. Özümü burada çox pis hiss edirəm. Mənim ömrümə çox az qalıb, Müsyö. Deyəsən, oğlumun qatilini görmədən öləcəyəm. Ancaq sizə inanıram. Inanıram ki, siz tez bir zamanda onu tapıb, mənə təqdim edəcəksiniz. -Əgər vaxtınız varsa, sizə bir neçə sualım olacaq. Mən bunu Bakıda da edə bilərəm, amma burada cavablandırsanız sevinərəm-deyə Müsyö gülümsündü. -Buyurun, sizi dinləyirəm. -Emma xanımın həyat yoldaşı, burada nə vaxt olub? -Təqribən bir ay olar. -O, harada işləyir? -Cəfər Hüseynovu şəhərdə tanımayan yoxdur. O, şəhərdə tikilən bir çox tikintilərin layihəsini hazırlayan mütəxəssisdir. Başa düşmədim, siz onu niyə soruşursunuz ki?!
-Bəzi məsələləri dəqiqləşdirmək istəyirəm- qeyd edən Müsyö əlavə etdi: - Qonşunuz Valentina, piano müəlliməsi, o qadının əri harada yaşayır? Daha doğrusu, ailədə neçə nəfər olduqlarını da bilmirəm. O ailə haqqında mənə məlumat verə bilərsinizmi? Detektiv qocanı diqqətlə incələyib, xoş simasına gülümsəməklə rəng qatdı. O, suallarını dolaşıq verirdi. Qoca onun dolaşıq suallarını cavablayanda, özünü labirintin içində hiss edirdi. Çıxmaq üçün mütləq bir yol olmalıdır -deyə düşünürdü. -Onun əri klinikada terapevt işləyirdi. Təqribən iki il olar, avtomobil qəzasında həlak olub. Dmitridən böyük bir oğlu da var. O isə Bakıda yaşayır. Ailəlidir. -Aydındır. Dmitri son iki gün ərzində sizə baş çəkib? -Dmitri burdadır. Özünün dediyinə görə, bir neçə gün burada olacaq. Yaman məyus olmuşdu. Valentina xanım da onunla birlikdə gəlmişdi. Dmitri və Valentina xanım bizim evin adamı sayılır. Siz əgər mənim doğmalarımdan və Rahimovlar ailəsindən şübhələnirsinizsə, yanlış yoldasınız. Amma mən sizi anlayıram. Bu, sizin peşənizdir. Hər bir detalı yerinə qoymaq, sxemanı öz vəziyyətinə qaytarmaq lazımdır. Əgər içindən bir mikrosxem yanıbsa, onun səbəblərini araşdırmaq sizin vəzifənizdir. Müsyö qocaya minnətdarlıq etdikdən sonra: -Sizi yorduğum üçün üzrlü hesab edin-dedi. O, çemodanları aşağıya salanda yenidən gözü kollektiv şəklə sataşdı. Şəkildən şərq istiqamətinə tərəf iki portret asılmışdı. Portretlərə nəzər saldı. Ani olaraq gülümsündü. Kollektiv şəkildən şərq istiqamətə tərəf olan ilk şəkil, dünən gecə internetdə kimliyini araşdırdığı Thedore Robinsonun əl işi idi. Şəklin altında yazılmışdı. “Girl at Piano 1887”(piano yanındakı qız-ing-red.). O, şəkildən gözlərini ayırıb, çemodanları qapının qarşısına düzdü. -Müsyö, sizə təşəkkür edirəm! -Altay yuxarı mərtəbədən dilləndi. -Mən də sizə təşəkkür edirəm .
-Mən də sizə təşəkkür edirəm –deyərək detektiv evdən çıxdı.
O, fikirli halda maşına oturdu. Telefonu çıxarıb köməkçisinə zəng vurdu. Köməkçinin cavabı ürək açan deyildi. Mühafizəçinin rəisi, Mərkəzi bankın vitse – prezidenti, polis əməkdaşını yaxşı yola salmamışdı. O, rəsmən köməkçiyə hədə – qorxu gəlmişdi. Müsyö buna görə bir az əsəbiləşdi. Telefonu bağlayıb, maşını iti sürətlə hərəkətə gətirən detektiv, evə doğru yol aldı.
Bir neçə dəqiqədən sonra evdə dayanmadan hərəkət edirdi. Müxtəlif fikirlər beynində dolaşırdı. O, fikrini dağıtmaq üçün uşağı ilə “playstation” oyunu oynadı. Futbol üzrə Fransa milli heyətinə öz zövqü ilə düzəliş verən Müsyö, uşağına 0-5 hesabı ilə məğlub oldu. O, oyunu yarıda buraxıb evdən çıxdı. Axşama doğru duman ətrafı bürüyürdü. Binanın qarşısında olan bağda heç kim yox idi. Bağda ağır addımlarla gəzməyə başladı.
Beynində hadisələri yenidən canlandırmaq istəyirdi. Altay Akayevin Rahimovlar ailəsi haqqında belə mülayim düşünməsi ona qaranlıq qalırdı. Birdən öz-özünə gülməyə başladı.
-Bilsəydim, gecənin o saatında rəssam Robinsonu araşdırmazdım. Sən demə Akayevlər ailəsində onun avtobiqrafiyasını bilən var imiş. Bir –iki suala hər şeyi öyrənmək mümkün olardı.
O, birdən dayandı. Gözlərini oynatmağa başladı. Evə doğru iti addımla hərəkət etdi. Bir neçə dəqiqədən sonra otağında, Cahid Akayevin şəxsi işi ilə birlikdə müəmmalı cəsədinin foto şəklinə diqqətlə göz gəzdirdi. İki hərfi yenidən incələdi. Göz qapaqlarını geniş açaraq ətrafına baxdı. Deyəsən, ona hər şey aydın idi.
Onlar əylənməyin yolunu tapmışdılar. Bağ evinin birinci mərtəbəsində səs-küy qopmuşdu. Gitaranı əlinə alıb əfsanəvi “Bitlz” qrupundan parçalar ifa edən albinos Dmitriyə, yoldaşları bekvokal olaraq kömək edirdilər. Geniş otaqda televizor, televizorun qarşısında komfortlu divan, divanın qarşsında uzun, alçaq, şüşədən masa, masanın üstündə bir-iki paket cipsi, altı-yeddi şüşə “carlsberg” pivəsi, baş-başa qoyulmuş dörd “BlackBerry” mobil telefon, popkorn və rəngbərəng güllərlə dolu güldan vardı. Otağın divarlarında “John Lennon”, “The Beatles”, “Al Paçino”, “Tinto Brass” kimi məşhurların portretləri asılmışdı. Taxta parket döşmədə uzanan qızlardan biri artıq huşunu itirməkdə idi. Qarşı otaqdan gələn ayaq səsləri əylənənlərin vecinə deyildi. Birdən qapı döyülmədən açıldı. Albinos Dmitri, işıqda qarşısındakı adamı seçə bilmədi.
-Sizə nə lazımdır-deyə Dmitri yerdə uzanan qızı qaldırmaq üçün onu ayağı ilə tərpətdi.
-Bu yaraşıqlı oğlan kimdir?-Soruşan sərxoş qız gülməyə başladı.
Divan qoltuğunda özünə dayaq verən sarı saçlı ikinci qız, ayaqlarını detektivə baxaraq yelləməyə başladı və gülümsədi. Dodaqlarını çeynəməyə başlayan arıq, uzun burunlu, skinxed görkəmli, saçlarını xüsusi rənglə boyamış oğlan:
-Eşitmirsiz, sizə kim lazımdır?- deyərək oturduğu yumru, şara bənzər yumşaq kreslodan qalxdı. Dəridən olan köynəyinin düymələrini açıb, simasını sərtləşdirdi. Onun sinəsi dayanmadan qalxıb-enirdi. Deyəsən, o, nəfəs almaqda çətinlik çəkirdi.
- Mənə Dmitri Rahimov lazımdır.- deyə Müsyö otaqdakıları diqqətlə süzdü.
Dmitri onu narahat halda süzərək:
-Sizi tanımıram, sizin mənimlə nə işiniz ola bilər axı?! – deyə soruşdu.
-Xahiş edirəm, dostlarınız otağı tərk etsin. Sizinlə şəxsi söhbətim olacaq.
Qızlar özlərini cəmləyə bilmirdilər. Oğlan təkrar Dmitriyə sarı döndü. Dmitri gözlərini qıyıb, heç nə anlamırmış kimi sakitcə, gitarasını əlində tutub oturmuşdu.
-Sizə deyirəm, dərhal otağı tərk edin, eşitmirsiz? -Bağıran detektiv onunla üzbəüz dayanan oğlanın qolundan yapışıb özünə tərəf çəkdi. Sonra onu qapıdan çölə itələdi. Oğlan şoka düşmüş adam kimi hərəkətsiz dayandı.
-Sizinlə deyiləm otağı tərk edin? – dedektiv qızları bir – bir ayağa qaldırıb qapıdan çölə çıxartdı. Qızlardan biri detektivin yanağından iki barmağı ilə yapışdı, əlini çəkib həmin barmaqlarını öpdü. Müsyö qızlara fikir verməyərək, qapını arxadan bağladı. Sonra işığı söndürdü. Alışqanı yandırıb üzünə tutdu.
-İndi məni daha aydın görürsən? -Detektiv gözlərini qıyıb soruşdu.
-Siz məndən nə istəyirsiniz?
Albinos qarşısında dayanan adamı indi daha aydın görürdü. Onun gözləri qızardı. Müsyö onun qızaran gözlərinə alışqanla saldığı işıqda diqqətlə baxdı.
-Danış, hadisə necə oldu? -Müsyö meydan oxuyurmuşcasına soruşdu.
-Başa düşmədim, nə hadisə?
-Akademik Cahid Akayevi öldürdüyün aləti harada gizlətmisən?
-Mən heç nə başa düşmürəm-deyə albinos ayağa qalxdı. Masaya tərəf yaxınlaşdı. -Axı siz kimsiniz, məni suçlamağa nə ixtiyarınız var?
-Mən Cahid Akayevin qətlinin səbəblərini araşdıran xəfiyyəyəm. Burada sən mənim suallarıma doğru – düzgün cavab verməsən, səninlə ayrı cür rəftar etməli olacağam.
Detektivin əlindəki alışqanı söndürən Dmitri cəld hərəkət etdi. Başında ani olaraq küt ağrı hiss edən detektiv yerə yıxıldı. Bir neçə dəqiqədən sonra başını tutub yerdə sürünən Müsyö, otağın işığını yandırdı. “Carlsberg” şüşəsi taxta parketin üstündə sürüşüb detektivin bədəninə söykənmişdi. O, başını ovuşdurub, açıq qalmış pəncərəyə tərəf baxdı. Albinos açıq qalmış pəncərədən qaçmışdı. Müsyö ayağa qalxdı. Mobil telefonunu çıxarıb, köməkçisinə zəng vurdu. Qapını açıb içəri daxil olan köməkçi, gələn zəngə cavab verməyib telefonu söndürdü.
-Dediyiniz kimi, həyəti dörd bir tərəfdən mühafizə edirdik. Çəpəri aşmağa cəhd göstərən cani Dmitri Rahimov tərəfimizdən saxlanılmışdır-
-məruzə edən köməkçi başını dik tutdu.
-Axmaq pivə şüşəsini başımda qırmaq istəyirdi. Çox mükəmməl zərbə idi, amma bəxtim gətirdi, şüşə başımda parçalanmadı. Bu adam həqiqətən peşəkardır. Qaranlıqda işini ustalıqla yerinə yetirə bilir.
Başını ovuşduran Müsyö, köməkçisinə tərəf əyilib: – Bax, şişibsə mütləq buz qoyaq.
-Narahat olmayın, keçib gedər. Ciddi bir şey yoxdur. -deyə köməkçi əlini detektivin başında gəzdirdi.
Yüksək zövqlə arxaya daranmış saçlar artıq dağınıq idi. O, əyilib şüşəni yerdən götürdü. – Bu şüşəni mən mütləq saxlayacam-deyə Müsyö şüşəni diqqətlə gözdən keçirtdi. – Rahimovu polis şöbəsinə aparmayın, onunla burada söhbət edəcəyəm. Dostlarını saxlaya bilmisiniz?- Soruşan Müsyö, kostyumunu düzəltdi.
-Onları da saxlamışıq, görmək istəyirsiniz?
-Müvvəqqəti olaraq saxlayın, ola bilsin, onların da əli var. İndi öyrənərik, Dmitrini gətirin.
Köməkçi başını tərpədib otaqdan çıxdı. Detektiv evi gəzməyə başladı. O, evin ikinci mərtəbəsinə qalxdı. Qara royal geniş zalın sağ küncünə qoyulmuşdu. Divardan, əl işi olan “Qara Qarayev” portreti ilə yanaşı Motsartın uşaqlıq rəsmi asılmışdı. Bir qədər kənarda Azərbaycan himninin sözləri və altında notları qeyd olunmuş nəhəng tablo asılmışdı. Müsyö saçlarını əlilə arxaya verib pianonun qarşısında oturdu. O, barmaqlarını pianonun dilləri üzərində gəzdirməyə başladı. İkinci mərtəbəyə qalxan adamlar Qara Qarayevin “Valsı” ilə qarşılanacaqdı. Bir neçə dəqiqədən sonra köməkçi, bir neçə dəfə çağırandan sonra Müsyö yuxudan ayılmış adam kimi pianonu bağladı. O, pəncərədən həyətə boylandı. Projektorlar həyəti tam işıqalandırırdı. Şərq istiqamətinə tərəf olan pəncərədən Cahid Akayevin həyəti aydın görünürdü. O, köməkçisi ilə birlikdə alt mərtəbəyə endi. Dmitrinin yanında iki polis əməkdaşı dayanmışdı. Detektiv əli ilə iki nəfərə çıxmaq üçün işarə verdi. Köməkçisinin də çıxmasını xahiş etdi.

17:49
Nazli I-va
-Səni dinləyirəm- dedi.
-Sizə deyiləcək heç bir sözüm yoxdur-cavab verən albinos gözlərini qıyıb, boynunu yığmışdı. O, işıqdan deyəsən, əziyyət çəkirdi.
-İstəyirsənsə işığı söndürüm? -Soruşan detektiv gözlərini qıyıb albinosun ani reaksiyasına fikir verdi.
Dmitri cavab vermədi. O, sinirlərinə hakimlik edə bilmirdi. İki əlini bərk sıxıb yerində vurnuxdu.
-Sənin öldürdüyünü bilirəm. Niyə öldürdün? Axı siz yaxın qonşu və dost idiniz. Düzünü desəm, səndən heç şübhələnmirdim. Sənin belə bir cinayətə sövq edən nədir? Axı niyə yaxından tanıdığın bir adamı öldürdün? O adamın sənə qarşı nə pisliyi olmuşdu? Onun atası Altay kişi heç bir qonşudan şübhələnmədiyini, cinayəti tanımadıqları birinin tamah məqsədilə törətdiyinə inanmaq istəyirdi. Sən nəyə görə bu işi tutdun?
Albinos deyəsən tutduğu işi boyununa almaq fikrində deyildi.
-Sizə dedim axı, mənim heç nədən xəbərim yoxdur.
-Bəs nəyə görə məni vurub qaçdın? Əgər xəbərin yoxdursa, nəyə görə məndən qaçdın? Bu arada onu da qeyd edim ki, mükəmməl zərbə idi. Bir neçə dəqiqəliyinə də olsa huşumu itirdin. Şüşəni də səndən yadigar olaraq əməkdaşlardan maşına qoymağı xahiş etmişəm. Onu evimin bir küncündə saxlayacam. Hər dəfə ona baxanda səni xatırlayacam. Bilirsən, Altay kişi ilə söhbət edəndə bir şeyə rast gəldim. Divarın küncünə söykənmiş gitara. Gitaranın kimə məxsus olduğunu soruşanda, o dedi ki, qonşumuz Dmitrinin hədiyyəsidir, o, gitaranı, musiqini çox sevir. Gitaranı Cahid Akayev sənin ad gününə hədiyyə edəcəkmiş, amma qismət olmayıb. Xatırlayırsansa o, sənə nə vaxtsa söz veribmiş və sözünün üstündə durub. Amma sən hədiyyədən imtina edib onu qətlə yetirmisən. O, axı səni çox sevirmiş. Altay Akayev də sizin ailədən şübhələnmədiyini qeyd edirdi. Skinxed dostlarından fərqli, sənə daha yaxın olan, akademik adama bunu niyə etdin? Təkrar edirəm, o, səni həqiqətən çox sevirdi.
-Danışma, əclaf, -deyə bağıran albinos ağlamağa başladı. Başını tutub ayağı ilə masanı aşırdı.
-Sakit ol, səninlə heç kimin işi yoxdur. Özünü ələ al-deyən Müsyö artıq psixoloq rolunu oynayırdı.
-Məni çox sevən bir adam heç vaxt mənə bu sözləri deməz!… – deyə albinos bağırmağa başladı.
-O, sənə nə demişdi ki?- Müsyö ona yaxınlaşdı. Köməkçi qapını açıb içəri daxil olmaq istəyəndə, Müsyö iti gözlərini ona zilləyib əli ilə “çölə çıx” – işarəsini verdi. O, albinosa yaxınlaşıb əlini onun başına qoydu.
-Cəhənnəm ol burdan, əclaf, sən məndən söz ala bilməyəcəksən-fikrini bildirən albinos başı ilə detektivin qarnına zərbə endirdi. Müsyö qarnını tutub geri çəkildi. Albinos yenə də başını aşağı salıb ağlamağa başladı.
-Yaxşı sənin istədiyin kimi olsun, mən səndən heç nə soruşmayacam. Amma onu bil ki, sənin öldürdüyün adamın atası artıq həyatla vidalaşmaq üzrədir. Fikrimcə, sən onunla görüşüb, cinayəti törətdiyini etiraf etsən, bəlkə özündə bir təskinlik tapar. Oğlunun qatilini tanıyan insan həyatla mübarizə edib, nə vaxtsa onun ölümünü görməyi arzulayacaq. Yaşamaq hissi daha da artacaq. Burada ikinci bir variant da var. Sən cinayəti nə səbəbdən törətdiyini mənə açıqlasan, mən sənin səbəbin olduğunu Altay Akayevə başa salıb bu dünyadan rahat köçməsinə nail olaram.
Dmitri əlilə gözlərini sildi. Otaqda bir neçə dəqiqəlik süküt hökm sürdü. Albinos Rahimov deyəsən ikinci variantla razılaşmışdı. O, başını tərpədib dedi:
- Dediyinizlə razıyam. Mən öldürmüşəm. Amma dediyiniz kimi səbəbim var idi. Təkrar edirəm, sizin dediyiniz kimi, istəyirəm mənim də çox hörmət bəslədiyim bir ailənin böyüyü olan Altay kişi bunun səbəbini bilsin. Səbəbsə Cahid Akayevin mənə ünvanladığı bir cümlə olub.
Müsyö diqqətini cəmlədi. O, albinosun yaxınında oturdu.
-O, mənə bir ölkənin adını çəkdi, ölkənin adını dəqiq xatırlamıram.
-Aha, nə dedi sənə?
-Həmin ölkədə albinosları qırırlar – dedi. Mən səbəbini soruşanda o, bizim ölkəmizdə belə bir qərar çıxanda mütləq səbəbini sən də öyrənəcəksən – deyib bərkdən güldü. Mən də düşündüm ki, necə etmək olar ki, o, elə bir qərarın çıxmasını məndən öncə görməsin?! Və onu qətlə yetirmək qərarına gəldim. Onu öldürmək fikrim yox idi, amma öldürdüm.
-Bəlkə o, səninlə zarafatlaşırmış, hə?
-Ola bilər, amma mən onu öldürməyi düşündüm və öldürdüm.
-Dostların sənə bu işdə kömək etdi?
-Yox. Onların hadisədən xəbəri yoxdur.
-Akayevi nə ilə vurdun?
-İti dəmir parçası ilə. Onu özüm hazırlamışdım. Sonra aləti tualetin anbarına atdım.
-Aydındır. Ona bir zərbə endirdin?
-Bir zərbə endirdim. Ürək nahiyəsinə, cəmisi bir zərbə. O, gecə saatlarında hardansa gəlirdi. Bilirdim ki, o piyadadır. Çünki təqribən üç gün əvvəl maşınını ustaya vermişdi. Mən onu izlədim. Həyət darvazasını açan kimi ona yaxınlaşdım.
Diqqətlə üzümə baxdı. Mən albinosların ölümü ilə əlaqədar veriləcək qərarın onun görməyəcəyini söyləyib zərbəni endirdim. Sonra qapıdan içəri itələdim. O, səntirlədi. Mən dərhal oranı tərk etdim. Həyətə, onun ardınca daxil olmaq istəmədim. Çünki mən bilirdim ki, o, çox yaşamayacaq, arxasınca düşməyə ehtiyac yoxdur. Yerindəcə keçinəcək. Bir şeydən yaman qorxdum. Qonşu bağ evinin mühafizəçisi məni görə bilərdi, amma mənim burada bəxtim gətirdi, o, məni görmədi.
Albinos danışdıqca dişləri bir-birinə dəyirdi. O, üşüyürdü.
-Aydındır. Sən onu öldürdün, indi də özün həbsxanaya göndəriləcəksən. Cəzanı mən kəsməyəcəm, hakimlər bunu edəcəklər. Amma sənə bu məlumatı vermək mənim borcumdur. Bura Cahid Akayevin sənə dediyi ölkə deyil. Burada albinoslara qarşı qanun qüvvəyə minməyəcək. Yəni, heç kimin albinoslarla işi yoxdur. Onlar da insandırlar. Heç kimin ixtiyarı çatmaz ki, günahsız insanları qətlə yetirsin. Əgər hər hansı bir insanı xəstəliyinə görə qətlə yetirirlərsə, eyni xəstəlikdən əziyyət çəkənlərin, kütləvi şəkildə ölmünə qərar verən qanun qüvvəyə minirsə, deməli, orada artıq nə hüquq müdafiəsi, nə də haqq – ədalət var. Məncə Cahid Akayev səninlə zarafat edib. Və sən də bunu çox ciddi qəbul etmisən.
Albinos başını aşağı saldı. O, peşman olmuşdu. Müsyö divandan ayağa qalxdı. O, albinosun düz danışdığını bilirdi. Heç bir iynə və ya cəza tətbiq etmək lazım deyildi. İnsan psixologiyasını yaxşı bilən hər bir xəfiyyə sorğunu lazmınca aparıb, istədiyini almağa nail olur. Müsyö köməkçisinə albinosu aparmağı, yaxın dostlarını isə buraxmağı tapşırdı. O, diktofonunu söndürdü.
Səhəri gün Altay Akayev məhkəmə salonunda hakimlərin qərarını dinləmək üçün səbrsizlənirdi. Dmitrinin böyük qardaşı anasını qucağına alıb məhkəmə salonundan necə çıxartdısa, albinos dözə bilməyib məhkəmə salonunda bağırdı. O, tutduğu işdən bir daha peşman olduğunu hakimlərə sübut edirdi. Anası oğluna kəsilən cəzanı həzm edə bilməyib, huşunu itirmişdi. Hakimlərin qərarından sonra Dmitri Rahimovu həbsxanaya göndərdilər. Müsyö isə sakitcə bir kənarda oturub qeydlərini götürürdü…
Hakimlərin qərarından bir neçə gün ötmüşdü. Bakıda soyuq küləklər əsirdi.
Hakimlərin qərarından bir neçə gün ötmüşdü. Bakıda soyuq küləklər əsirdi. Altay kişi albinosun ölüm xəbərinin həbsxanadan gələcəyi ümidilə hər gün eynəyini birtəhər əsən əlləri ilə dəsmalla qurulayır, gündəlik qəzet məlumatlarını gözdən keçirir, televizorda xəbərlərini dinləyirdi. Ağaclar yarpaqlarını könülsüz halda istəmədən tökürdü. Sara bağdakı limon ağacına yaxınlaşıb iki yarı saralmış limonu dərdi. Müsyö onu pəncərədən seyr edirdi. O, pəncərədən aralanıb oğlunun yatdığı otağa yaxınlaşdı. Qapı açıq qalmışdı. O, otağa daxil oldu. Şirin yuxuya getmiş uşağın yumulan gözlərindən öpüb, yataq otağının qapısını ehmalca bağladı. Şəxsi otağına keçib gələn məktubu oxudu. Məktub Altay Akayevdən gəlmişdi. O, təşəkkür mətubunun sonunda bu hərfi gördü. “E”. Hər şey ona aydın idi. Altay Akayevin dilindən çıxan xoş sözləri Emma qələmə almışdı. O, masanın üstündəki almanı götürüb dişlədi. Birdən gözü pəncərənin küncünə qoyulmuş, üzərində “carlsberg” yazısı olan şüşəyə sataşdı. Gülümsündü. Taxta kürsüsündə əyləşib gözlərini pəncərədən bayıra zillədi. Onun gözləri yol çəkirdi. Dərindən nəfəs aldı. Sonra qələmi əlinə alıb, üstündə “Müəmmalı Cinayətlər” yazısı olan qalın dəftərçəni götürüb yazmağa başladı.
“Mən ilk gündən deməyə çətinlik çəkirəm, amma Rahimovlar ailəsindən şübhələnirdim. Gecə yarısı, döş qəfəsinə endirilən mükəmməl zərbə. Bunu hər adam dəqiqliyi ilə bacara bilməzdi. Bunu yalnız iti görən birisi edə bilər. Gecə vaxtı belə görmə qabiliyyəti isə hər insanda olmur. Təkcə albinoslardan başqa….
Mən elə belə də düşünmüşdüm. Akayev yerdə iki hərfi qeyd etməklə kifayətlənməmişdi. O, üzünü qərb istiqamətinə tərəf tutmaqla ikinci işarəni vermişdi. İnanırdım ki, o, pianonun qarşısındakı stulda üzünü əbəs yerə qərb istiqamətinə tərəf tutmayıb. Burada da iki variant mövcuddur.
Birinci variant Akayevlər ailəsinin evindən qərb istiqamətinə tərəf Rahimovlar ailəsi məskunlaşıb. İkinci variant isə mənim bundan belə əsərlərinə daha da hörmətlə yanaşacağım dahi rəssam Thedore Robinsonun əl işi olan “Girl at piano”(pianonun yanındakı qız-ing-red.) portretidir. Portret Akayevlərin evində divardan asılıb. Portretdən qərb istiqamətinə tərəf kollektiv şəkil asılmışdı. Şəkli Cahid Akayev, belə desək, dostları ilə birlikdə çəkdirib. Şəkildə, Cahid Akayevin sol tərəfində, yəni qərb istiqamətinə tərəf albinos Dmitri Rahimov dayanıb. Çünki mən onların şəkil çəkdirdikləri ünvanı yaxından görüb, incələmişdim. Cahid Akayevdən solda dayanan Dmitri, qərbə işarədir. Əslində burada başqa bir məsələ də ön plana çıxır. Cahid Akayev piano çalan qadını da təsvir etmək istəyib. Bu da “Şəhzadə” Valentinaya işarədir. Ancaq yerdə iki yanaşı “ A, l” hərfini qeyd etməsi isə belə məlum oldu ki, o, “Albinos” yazmaq istəmişdir. İki hərfi yazıb ardını yazmağa taqəti çatmamışdır. Mən köməkliyinə görə iki mərhumun ruhuna rəhmət diləyirəm. Bunlar Akayev və Robinsondur"
Beləliklə " Albinos Dmitri, törətdiyi cinayəti boynuna alıb, on beş il müddətinə azadlıqdan məhrum olundu”.

oxuyan , bəyənnən, rəy bildirən oxuyuculara tək-tək təŞəkkürümü bildirirəm. ümidvaram axırınıda bəyəndiniz. çox sağ olun.


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 1147 Bölmə: Maraqli Hekayeler
loading...