Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəpənək və çobanyastığı

Günlərin bir günü bir tırtıl gözlərini dünyaya açır. İnstinktləri ilə hərəkət edib önünə nə gəlirsə yeməyə və yeni yuvasını qurmağa başlayır. Bir müddət sonra yuvasına girər və yenidən doğuşun möcüzəvi gözəlliyi ilə möhtəşəm bir kəpənək olaraq ucsuz-bucaqsız təbiət içində xoşbəxtliklə qanad çırpır. Kəpənək dağlar təpələr aşar meşələrin üzərindən keçər və bir vadidə dincəlmək üçün aşağıdakı çiçəklər arasına enir. Çiçəklərlə bəzənmiş bu cənnət küncündəki bir dənəsi o qədər çiçəyin arasında kəpənəyin bütün diqqətini çəkir və qarşı qoya bilmədiyi bir istəklə bu çiçəyin yanına uçur.
Bu çiçək bir çobanyastığıdır. "Salam sizi uzaqdan gördüm amma yaxından çox daha gözəlmişsiniz" deyir kəpənək. Utanır çobanyastığı bütün utancaqlığı ilə "xoş gəldin məndə təklikdən çox sıxılırdım yaxşı ki gəldin" deyir. Və aralarında xoş bir söhbət başlayır bir-birlərinə özləri haqqında danışırlar və axşam olur.Gecəni birlikdə keçirirlər səmaya dalıb ayı ulduzları seyr edirlər, dalıb eləcə yatıb qalırlar. Kəpənək səhər oyandığında çobanyastığını seyr edərək ona duyduğu hissin heyranlıqdan kənar bir duyğu olduğunu onsuz ola bilməyəcəyini hiss edir.Günəşin qızğın işıqlarının çobanyastığının narın yarpaqlarına zərər verməməsi üçün onun üzərində uçub ona kölgə edir ona sevgisini qışqırmaq istəyir ancaq "ya o məni sevməmişsə ya məni artıq yanında görmək istəməzsə" deyə qorxub hisslərini aça bilmir. Nə var ki çobanyastığıda eyni duyğular ilə yanmaqda və yenə eyni qorxu səbəbiylə eşqini etiraf edə bilməməkdədir. Bu şəkildə bir-birlərindən xəbərsiz iki sevgili saatlarla sürən xoşbəxt birliklərini davam etdirirlər. Və Kəpənək artıq yorğun düşdüyünü və getmə vaxtının gəldiyini hiss edir " mən artıq getməliyəm" deyir. Sonsuz bir ağrı içinə düşən çobanyastığı dərin bir kədər ilə " niyə yoxsa yanımda xoşbəxt deyilsənmi "deyə soruşur.
"Xeyr deyir kəpənək. Biz kəpənəklərin ömrü üç gündür və mən ömrümü tamamladım" deyir. Quru xəbər kimi bu sözlər çobanyastığının ürəyinə ox kimi batar həyata istəyini yox edir. Kəpənək son bir səylə "səni çox sevirəm" deyir. Çobanyastığı kədər içində ikən eşitmiş olduğu bu etiraf qarşısında sanki birdən donar qalar yalnız dodaqlarından "mən də" sözü zorla çıxır. Kəpənəyin ardından gözü yaşlı bir şəkildə baxarkən "məni sevirmiş! Bilsəydim kaş ki... Məndə daha əvvəl söyləyə bilsəydim kaş ki..." deyərək gözyaşlarını ürəyinə axıdır.
Bu kədər çobanyastığının həyata istəyini yox edir, ləçəkləri saralıb solmağa bir-bir düşməyə başlayır. Hər yarpaq enişində içindən "məni sevirmiş" deyir. O gündən bu günə aşiqlər sevildiklərindən əmin olmaq üçün çobanyastığının yarpaqlarını qoparırlar sevir... sevmir, sevir... sevmir deyə...


Tarix: 01.12.2014 / 14:15 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Maraqli Hekayeler
loading...