Ananın yeddi qızı var idi. Bir dəfə ana uzaqda yaşayan oğlunun yanına getdi. Evə yalnız bir həftədən sonra qayıtdı. Ana evə girəndə qızlar bir-birinin dalınca onun üçün necə darıxdıqlarından danışdılar.
Birinci qız dedi: Mən sənin üçün günəbaxan günəş şüası üçün darıxan kimi darıxırdım.
İkinci qız dedi: Mən səni quru torpaq bir damcı su gözləyən kimi gözləyirdim.
Üçüncü qız dedi: Mən sənin üçün quş balası anası üçün ağlayan kimi ağlayırdım.
Dördüncü qız pıçıldadı: Mənə sənsiz arı çiçəksiz olan kimi çətin idi.
Beşinci qız: Sən mənim yuxuma qızıl gülün yuxusuna bir damcı şeh girən kimi girmişdin.
Altıncı qız: Mən səni albalı bağı bülbülü gözləyən kimi gözləyirdim.
Yeddinci qız isə heç nə demədi. O, ananın ayaqqabılarını çıxardı və ayaqlarını yumaq üçün tasda su gətirdi.
Tarix: 01.12.2014 / 13:42 Müəllif: Aziza Baxılıb: 120 Bölmə: Maraqli Hekayeler