Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Etdim. Səni yaratdım!"

Bir gün, çəlimsiz, kiçik bir qız uşağı küçənin küncünə oturmuş yemək, pul, ya da ala biləcəyi hər hansı bir şey üçün dilənirdi. Üzərində köhnə, cırıq geyimlər vardı; üzü gözü çirk içində, pərişan bir halı vardı.
kasıb dilənçi qıza kömək edinQız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi. Qızı gördü amma gördüyünü bildirməmək üçün dönüb ikinci dəfə baxmadı. Böyük və lüks evinə, xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam süfrəsi onu gözləyirdi.
Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi. Duyğuları bir şeylere etiraz edirdi.
Sonra asan yolu seçdi və etirazlarını Allah' a yönəltdi:
"Belə bir şeyin olmasına necə icazə verirsən? Niyə o kiçik qıza kömək üçün bir şeylər etmirsən Allah' ım?" deyə şikayətləndi içindən.
Sonra ruhunun dərinliklərindən gələn bir cavab eşitdi :
"Etdim. Səni yaratdım!"


Tarix: 01.12.2014 / 14:20 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqli Hekayeler
loading...