Pis xarakterli bir gənc varmış. Bir gün atası ona mismarlarla dolu bir torba vermiş. " yoldaşların ilə mübahisə edib döyüşdüyün zaman hər səfər bu taxta pərdəyə bir mismar çax" demiş. Gənc, birinci (ilk) gündə taxta pərdəyə 37 mismar çaxmış. Sonrakı həftələrdə öz-özünə nəzarət etməyə çalışmış və keçən hər gündə daha az mismar çaxmış. Nəhayət bir gün gəlmiş ki heç mismar çaxmamış. Atasına gedib söyləmiş. Atası onu yenidən taxta pərdənin önünə aparmış. Gəncə "bu gündən başlayaraq mübahisə etməyib döyüşmədiyin hər gün üçün taxta pərdələrdən bir mismar çıxart (sök)" demiş. Günlər keçmiş. Bir gün gəlmiş ki hər mismar çıxarılmış. Atası ona "afərin yaxşı davrandın amma bu taxta pərdəyə diqqətli bax. Artıq çox dəlik var. Artıq keçmişdəki kimi gözəl olmayacaq" demiş. Yoldaşlarla mübahisə edib döyüşüldüyü zaman pis sözlər deyilər. Hər pis söz bir yara (dəlik) buraxar. Yoldaşına min dəfə özünü bağışladığını söyləyə bilərsən amma bu dəlik bağlanmayacaq.
Tarix: 01.12.2014 / 13:59 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqli Hekayeler