Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BUDA ANALARMIZA HESR OLSUN.

"Yuxun şirin olsun" - deyərdin mənə,
"Yuxun şirin olsun" - deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım Səni mən bu gün? Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür. Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır, bu necə dünya, Ölümü həqiqət, həyatı röya. Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin!" - deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?.. Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər? Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
"Nənəm hanı?" - deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir,
Həyat var ikən? Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən. Bu gün yeddin oldu...
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün Könlümdə nə qədər mənim sözüm
var. "Kimləri çağıraq bu gün yeddiyə?"
Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən. Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim. Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə... Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan, Mən sənə günbəgün yaxmlaşıram.


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 320 Bölmə: Maraqli Hekayeler
loading...