Çox uzaq bir ölkədə bir imperator səhər gəzintisi əsnasında bir dilənçiyə rast gəlir. "Dilə məndən nə diləyirsən" deyir. Dilənçi gülər və: "Sanki diləyimi reallaşdıra biləcəkmiş kimi soruşursunuz." deyə cavablar. Kral bu sözdən əsəbləşir və danışıq tərzi sərtləşir.... Əlbəttə, hər dediyini yerinə gətirə bilərəm. Sən söylə hələ; nə istəyirsən?
"Söz vermədən əvvəl iki dəfə düşünün kralım". Dilənçi adi bir dilənçi deyildi. İmperatorun ilk yaşayışında müəllimi olmuşdur. Və ona bu sözü vermişdir. "Bundan sonrakı həyatında təkrar qarşına çıxıb səni xəbərdar edəcəyəm." İmperator bu hdilənçi və kralın hekayəsiadisəni çoxdan unutmuşdu. Onsuz da keçmişi hansımız nöqtəsinə, vergülünə qədər xatırlaya bilərik ki? Birlikdə yaşlanan kəslərin belə xatirələri fərqlidir. Bu səbəblə imperator təkid edir. Nə istəsən verə bilərəm. Mən güclü bir imperatorum. Yerinə gətirə bilməyəcəyim heç bir diləyin ola bilməz. Bunun üzərinə dilənçi, çanağını uzadıb, "Bu çanağı hər hansı bir şeylə doldura bilərsinizmi?" deyə soruşar. İmperator qəhqəhə çəkər və vəzirinə çanağı qızılla doldurmasını əmr edər. Çanaq dolub daşır və anında da boşalır. Pullar buxar olub uçur sanki. İmperatorun qüruru sarsılır. Bir dilənçi çanağını doldura bilmədiyi qulaqdan qulağa yayılır. Daha sonra brilyantlar, almazlar, yaqutlar axıdılır çanağa.Ancaq elə bilki, çanağın dibi yoxdur. Yer udar, amma boş qalar. İmperator məğlub olmuşdur. Dilənçiyə yalvarar: "Yaxşı, sən qazandın. Diləyini yerinə gətirə bilmədim amma nə olar mənə çanağın nədən hazırlandığını etiraf et." Çox sadə, deyə cavablar dilənçi.
İnsan beyinindən edilmişdir: Yəni insanın arzu və istəklərindən. Doymaq bilməz olması da bundandır. Bu həqiqəti bir dəfə qavrasan həyatın dəyişər. İstək nədir ki! İstək çatılana qədər, müəyyən bir müddət həyəcan verən bir duyğudur. Məsələn; bir avtomobil istəyərsən... bir saray... bir ev... bir yoldaş... və s... Tək-tək hər birini əldə etdiyində, hamısı mənasını itirir. Niyə? Çünki beynin, ağılın onları xaric edər- qavramaz. Avtomobil qarajdadır və artıq istək oyandırmamaqdadır. Həyəcan, onu əldə etdiyində sönüb getmişdir. Yoldaş yatağında, pul cibindədirsə, onlara çatmaq üçün dözdüyün sıx istək yox olar. Yenə boşluğa düşər, yeni bir istək yaratmaq məcburiyyətində qalarsan.... İstək doyumsuzluq oyandırar və gedərək dilənçi olarsan. Bir istəkdən bir başqasına çırpınıb dayanarsan. Məqsədinə çatar çatmaz bir yenisini yaradarsan. İstəyin bu istiqamətini qavradığında həyatının dönüş nöqtəsindəsən deməkdir. Davamlı səfər halı yaxşı nəticə verməz. Geri dön... Evinə dön... Səni xoşbəxt edəcək elementləri xaricində deyil, öz içində axtar!
Tarix: 01.12.2014 / 14:05 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Maraqli Hekayeler