Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən bilirəm yaxınlarınız sizi sevirlər

Yemək almaqdan heç xoşum gəlmir.Bu,mənə daha çox mağaza rəfləri arasında marafon təsiri bağışlayır,mən hətta həmişə eyni və təcrübəlisatıcılardan alış-veriş etdiyim üçün fəxr edirəm,bu daha çox bayram günlərində tez-tələsik mağazadaki dəlixanadan qaçmağa kömək edir.Məni düzgün başa düşün:Milad bayramını sevirəm!Bazarlıq etməyə isə nifrət edirəm!
İndi təsəvvür edin,mən "yanlış növbə"yə girmişəm və məndən qabaqda on dənə ağzına qədər ərzaqla dolu araba dayanıb.Görəndə ki,bütün növbələr getdikcə irəlləyir biz isə sanki yerimizdə donub qalmışıq özümü ələ ala bilmirdim.Bizim "yatmış"növbədən elə hey eşidilirdi:"Nə problem var?","Buna nə qədər dözməliyik?".
Boylananda günahkar maneəni gördüm,bu ərzaqları qablaşdıran işçi idi.Alınanları torbalara yığdıqca o,onların hər biri ilə danışırdı:"O,cənab Yarımfabrikat,siz adi bir insanın Milad deserti olacaqsınız.Salam,misis Yarma,siz oğlanlara və qızlara sağlam böyüməklərində kömək edəcəksiniz" və.s.Ərzaqları yığdıqdan sonra o,alıcıya tərəf dönüb deyirdi:"Mən bilirəm yaxınlarınız sizi sevirlər,axı siz onların qeydinə qalırsınız.Milad bayramınız mübarək!".Burada necə sakit durub növbəni gözləməyəsən?!
Çak torbaları maşına aparmağa kömək etdi,məndə ona iki dollar bəxşiş verdim.O,pula,sonrada mənə baxdı.Sanki üzünə işıq gəldi,atılıb-düşməyə və var gücü ilə qışqırmağa başladı:"Bura baxın,bura baxın! Kim isə hesab edir ki,mən iki dollara layiqəm!"-O,rəqs edə-edə mağazaya qaçdı.
Gələn dəfə alış-verişə gedəndə satıcılardan biri keçən hadisəni gördüyünü söylədi.
-Çaka bəxşiş verdiyiniz üçün,sağ olun,-o,əlavə etdi.-Biz bilirik ki,o buna layiqdir,vacib olan onun özünün bilməyidir.
-Yox,yox,-mən cavab verdim.-Əslində Miladın ruhunu xatırlatdığına və mənə dərs verdiyinə görə mən ona təşəkkür etməliyəm.


Tarix: 22.11.2014 / 23:32 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Maraqli Hekayeler
loading...