Bir dəfə bir insan çayın kənarı ilə keçib gedirdi.O,çayın dayaz yerində uşaqların çimdiyini görür.Uşaqlar çox şən idi,bir-birinə su atıb,əylənirdilər.Bu zaman kənarda bir uşağın oturub,digər uşaqlara həsrətlə baxdığın gördü.Niyə digər uşaqlara qatılıb oynamadığının səbəbini soruşanda uşağın şikəst olduğun,yeriyə bilmədiyin görür.Bu hadisə ona çox pis təsir edir,gözləri yaşarır və evə gedib Allaha dua etməyə başlayır:
-Allahım,yalvarıram,şəfa verən sənsən,sənin şəfaətin hər kəsə çatar.bu gün gördüyüm o uşağa da şəfa ver,o da digər uşaqlar kimi oynasın,qıraqda oturub,həsrətlə baxmasın.
yaxşılıq yoxdurKişi səhərə kimi duaların əskik etmədi.Bir neçə müddətdən sonra onun yolu yenə çayın kənarından düşür.Çayda yenə də uşaqların olduğunu görür.Lakin bu dəfə onlar heç də şən deyildilər,onlar ağlayıb,kömək istəyirdilər.Kişi tez uşaqlara kömək etməyə yaxınlaşır,bu zaman gördükləri onu heyrətə gətirir.
Bir zaman kənarda oturan şikəst uşaq artıq sağalmış və şüşə qırıntılarını uşaqların çimdiyi çayın dibinə tökmüşdü.Uşaqlar həmişəki kimi çimməyə gələrkən bu şüşələr əl-ayaqların kəsmişdi,xəstəlikdən sağalan uşaq isə etdiyi əməllərdən zövq alaraq,kənardan baxıb,gülürdü.
Hər şeyin doğrusunu Allah bilir.Biz insanlar dua edərkən:niyə mənim duam qəbul olunmadı? deməyək.XEYİRLİSİ OLSUN İNŞALLAH.
Tarix: 01.12.2014 / 13:50 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqli Hekayeler