Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi zərbəsi [3-cu bölüm]

Səmra hələ kiçik yaşlarından atasını itirmişdi. Bu ağır itki günündə Zərifə ilə dostluğuna ilk addım atmışdı. Bu dostluq çox möhkəm idi. Çünki dostluğun təməlində ailəvi dostluq da dururdu. Səmranın anası Mirvari xanım hasar qonşusu Sudabə (Zərifənin anası) ilə həm qonşuluq həm də rəfiqəlik edirdi. Hər gün hasar başında saatlarla oturub söhbət edər dərdləşərdilər. Biri xəstələnəndə digəri onun qayğısına qalardı. Axı Sudabə də demək olardı ki, tənha qadın idi. Çünki yoldaşı Rusyada işləyirdi. İki aydan bir ya gələrdi, ya da gəlməzdi. Lakin vaxtı vaxtında ailəsinə çörək pulu göndərərdi. Buna görə də Sudabənin işləməyinə ehtiyac yox idi. Həm də Zəfər kişi buna icazə verməzdi. Onun nəslində qadınlar heç vaxt işləməyiblər. Olsa olsa tarlada ya da baxçasında nəsə əkər ya becərərmişlər. Hər hansı bir yerdə aylıq maaşa qəti işləməyiblər. Heç Sudabə də işləmək arzunda olmayıb. Zəfərə öz istəyi ilə ərə gəlməmişdi. Lakin buna baxmayaraq ona olan hörməti sevgiyə çevrilmişdi. Övladları doğulduqdan sonra bir-birlərinə daha da alışdılar. Buna baxmayaraq Sudabə qızı Zərifənin sevərək ailə qurmasını arzu edirdi. Qızının könlündən xəbərdar da deyildi. Bir dəfə belə olsun Saleh haqqında soruşmamışdı. Zəfər kişi Qarabağ əldən getdikdən sonra ailənin yarı ac yarı tox vəziyyətinə dözməyib üzünü Rusiyaya tutdu. Bir neçə il çətin olsa da nəhayət özünə uyğun iş tapdı. Bir neçə yerdə icarəyə yer götürdü. Mal aldı, mal satdı. Bəzi fırıldaq işlər də gördü. Lakin qazanmağın yolunu tapdı. Hər ay evinə pul yolladı. Zərifə də beləliklə böyüdü. Səmra ilə birlikdə məktəbə getdi. Mahirin də ailəsi kasıb idi. Atasını bir yaşında ikən itirmişdi. Anası Gülnaz isə evində dərzi işləyirdi. Gözəl əl qabiliyyəti ilə çox sevilərdi. Sudabə də onu məhz dərzi kimi tanısa da, sonradan rəfiqəlik də etdi. Sirrləri də, dərdləri də bir oldu. Mirvari ilə də az söhbət etməmişdilər. Lakin Mirvari işlədiyi üçün çox zaman evdə olmazdı. Sudabəyə də nə zaman bir şey lazım olsaydı Gülnaza gedərdi. Beləcə gediş-gəlişləri vardı. Zərifə ilə Mahir demək olar ki, birlikdə böyümüşdülər. Eyni məktəbdə təhsil alırdılar. Arada Sudabə nəsə lazım olanda Zərifəni göndərədi. Bir neçə dəfə də elə olmuşdu ki, Sudabə Zərifə üçün nəsə tikdirirdi deyə hər ikisi Gülnazın qonağı olurdu. Mahir də Zərifəni bacı kimi sayar hörmətini saxlayardı. Hər şeydən önəmlisi sevib könül verdiyi Səmranın rəfiqəsi olduğu üçün xətirini çox istəyirdi. Səmra ilə evlənməyə yaşları çatmadığından məcburən işləməli idi. Həm toy üçün pul yığmalı, həm də özünə daimi iş yeri tapmalı idi. Universitetə qəbul ola bilməməsi də bir yandan ağır gəlmişdi. Çünki Gülnaz da Mirvari də uşaqların sevgisindən xəbərdar idilər. Və bu sevgini ali təhsil qazana bilməməklərində təqsirkar bilirdilər. Lakin olacağa çarə yox idi. Artıq olan olmuşdu və tez bir zamanda Mahirə iş tapmaq lazım idi. Buna görə Gülnaz Sudabədən xahiş etdi ki, Zəfər kişi ilə danışsın. Əyər Rusiyada Mahirə uyğun görüləsi iş varsa onu da aparsın. Mahir üçün Rusiyaya getmək olduqca çətin gəldi. Lakin Səmra ilə evlənə bilməsi üçün yetərincə pul və imkan oradan əldə etmək olardı. Rayonda illərlə işləsə də evin təmirini və alınacaq qızıllara pul çatmazdı. Odur ki, anasının qərarını dəstəklədi. Beləliklə Zəfər kişi də Mahiri özü ilə apardı. Mahirin işgüzarlığı Zəfərin çox xoşuna gəlirdi. Hər dəfə bir iş tapşırar onun məsuliyyətini və düzgünlüyünü yoxlayardı. Heç bir saniyyə də onu bura gətirdiyinə peşman olmamışdı. Bir müddət keçəndən sonra isə Mahir vətənə gedib anasını görmək istədiyini dedi. Zəfər kişi ona bir qədər pul verib yola saldı. Həmin gün işdə çox yorulduğundan elə qatardaca yatmaq istəyirdi.
"Təyyarəyə o qədər pulu verməkdənsə qatarla 3 gün yol gedərəm daha yaxşı” demişdi. Bu fikirlə də qatarla yola çıxdı. Yol boyunca eyni otaqda 3 cavan oğlanla qalmalı oldu. Onlarla deyib güldü, əyləndi. Birlikdə yemək yedilər, dərdləşdilər, içdilər. Mahir mehriban insanların aurasında idi sanki. Lakin butun bunlar yalan imiş. Vağzala çatmazdan 3 saat əvvəl dördü də yeyib içirdilər. Həm tanışlıqlarının, həm də bir daha görüşmək ümidi ilə badə qaldırırdılar. Mahir artıq yetərincə içmişdi. Digərləri də həmçinin. Lakin qatardan enməsinə çox az qalmışdı. Oğlanlardan biri cibindən bir neçə həb çıxartdı. Hərəsinə birini uzatdı. Mahir nə olduğunu anlamasa da həblərə toxunmadı. Amma xəbəri olmadı ki, artıq bir həb onun içkisində idi. İçkini başına çəkib vidalaşaraq qatardan endi. Qatar stansiyası evlərindən çox da uzaq deyildi. Bir az getmişdi ki, beyni dumanlanmağa başladı. İçkinin təsirindən olduğunu zənn edib, bir neçə addım daha atdı. Məhəllə dostlarından ikisi Mahiri görüb qollarından tutdular. Yarı zarafatca "Heç gələcəyini də demirsən. Bilsəydik ki, içkili gələcəksən qatarın qarşısında gözləyərdik” dedilər. Mahir bunları yarı gerçək yarı yuxulu kimi eşidirdi. Bir onu hiss edirdi ki, bədəni alışıb yanır. Darvazanın qarşısında dostlar Mahirlə vidalaşdılar. O da əl qaldırıb evə keçdi. Evin qapısı açıq idi. İçəri keçib əlindəki yükünü elə qapı ağzına ataraq divana uzandı.Gülnaz Zərifəgildə bayramlıq şirniyyatı bişirirdilər. Zərifə isə çənin boş olmasından məyus olmuşdu. Saçına sarmısaqlı maska etdiyindən daha dayana bilmirdi. Bir yandan da çəndə suyun olmaması onu lap əsəbləşdirirdi. Gülnaz oğlu Mahirin həmin gün gələcəyini bilmədiyindən arxayınlıqla açarı Zərifəyə uzatdı.
-Get bizdə yuyun. Onsuz da evdə kimsə yoxdu. Çəndə də nə qədər istəsən su var.
Zərifə sevincək qaşınan başına dəsmal bağlayıb Mahirgilin evinə yollandı. Qapını içəridən bağlamağı unutsa da həyətdəki hamama doğru getdi. Yuyunub rahatlanıb dəsmalla da hamamdan çıxdı. Havadakı şaxta az da olsa hiss edildiyindən qaçaraq evə girdi. Əynini orda geyinməyə başlamışdı ki, qapı ağzındakı çantaları gördü. Təccüb etməyə macal tapmamış Mahir arxadançiyninə toxundu. Yarı çılpaq sinəsini örtərək təəccblə: "Mahir? Sən nə vaxt
gəlmisən?” dedi. Mahir içindəki istilikdən xilas ola bilmirdi. Üstəlik də qarşısında yarı çılpaq dayanmış qız görəndə özünü saxlaya bilmədi. Zəncirdən
açılmış şir kimi onun üstünə cumdu.
Beyni dumanlı idi. Sanki qarışıq yuxu görürdü. Bu nədir anlamağa çalışsa da beyni açılmırdı. Gözləri yumulu idi. Hər yer qaranlıq idi. Arada bəzi səslər eşidirdi: "İlahi, bəs mən nə edəcəm?” Bu yuxuda idi, yoxsa realda? Ayılmaq istiyirdi. Ayıla bilmirdi. Qaranlıq iki əllə tutub beynini sıxırdı sanki. Nəfəsi
ağırlaşırdı. Bütün cəhdləri boşa çıxırdı. Birdən hansısa bir qaranlıq tuneldən işıq gördü. Bu işıq get-gedə yaxınlaşırdı. İncə əllər çıxdı o işıqdan. Ona doğru uzanırdı. Bu əllər tanış idi. Səmranın əlləri idi. Yoxsa işıq Səmradır? Yox Səmra işıq tək parlaq idi. Yenə qırıq- qırıq səslər eşidirdi. "Ana, heç nə edə bilmədim”. Kimsə ağlayırdı. Mahir isə dərk edə bilmirdi səslər kimə məxsus idi. Yuxu görürdü. Bir tək buna əmin idi. "Səmra hardasan?” deyib səyaqlayırdı. Yenidən işığı gördü. Tunelin sonuna doğru uzaqlaşırdı. Lakin ucadan qışqıraraq: "Sən xəyananət etdin sevgimizə”…Mahir buz kimi oldu. Bədəni soyuq tər ilə büründü. Titrəməyə başladı. "Yox! Səmra…. Getmə Səmra” deyərək ucadan bağırdı. Gözləri açıldı. Başı üstündə anası Gülnazı və Sudabəni gördü. Yatağında isə ağlayan Zərifəni. Hansı ki, cızıq dolu lüt bədənini yorğana bükməyə çalışırdı…


Tarix: 22.11.2014 / 23:29 Müəllif: Aziza Baxılıb: 183 Bölmə: Maraqli Hekayeler
loading...