Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bacım islama qarşı müqavimət göstərir

Sual: Allaha həmd olsun. Allah təala doqquz il əvvəl məni islama hidayət edib. Indi bacım da islam dini ilə maraqlanır, lakin o həmçinin görünür ki, müqavimək göstərir, inadlır edir. Uyğun olmayan suallar verir (məsələn, məndən soruşur ki, nə üçün qadınlara kişilərə düşən mirasın yarısı düşür? Mən cavabında dedim ki, çünki kişi qadını maliyyə cəhətdən təmin etməlidir, edir. O dedi ki, elə isə qadın işləsə necə olacaq? Mən də dedim ki, istənilən halda kişinin qadını maddi cəhətdən təmin etməsi vacibdir və kişi mirasa sahib olduqda, qadının özünün gəliri olsa belə, kişi onu saxlamalıdır). Həmçinin məndən soruşur ki, yatanda ruh nə edir? Mən (oxuduğuma görə) dedim ki, Allah onları götürür. O da dedi ki, bəzən biz gecə əsnasında oyanırıq, elə isə bu ziddiyyət təşkil etmir? Mən də dedim ki, xeyr! Ona bu məsələlərdə elmim olmadığımı bildirdim və bundan daha mühüm-əqidə, ibadət, fiqh və s məsələlərin olduğunu söylədim. O dedi ki, yaxşı onda sən necə bilirsən ki, doğru yoldasan? Bütün bu müzakirələr məndə belə bir fikir oyadır ki, o islamdan uzaqlaşır. Ona kitablar verməyə çalışıram, lakin o oxumur.

Bununla belə həmişə ona bir şeylər haqqında danışmağımı istəyir. Həmçinin, anam bizim aramızı ayırmaq istəyir. Çünki anam istəmir ki, mən ona islam haqqında danışım. Bu gün anam mənə dedi ki, mən bir də onunla islam haqqında danışsam o bizim aramızda olan bütün əlaqələri kəsəcək. Anam da həmçinin islamı və peyğəmbəri sallallahu aleyhi və səlləm mənim qarşımda təhqir edir, çalışır ki mən niqab geyməyim. Mən nə edəcəyimi bilmirəm? İndi anam ölkəni tərk edir və bacımı da özü ilə aparır.

Cavab: Həmd Allaha məxsusdur.

Siz bacınızı islama dəvət etməyə davam edin. Çünki Allah təala buyurur: “(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et”. (Əl-Nəhl 16:125)

Ananızın təhqirlərinə səbr, mətanət ilə dözün, sinə gərin. Necə ki, Allah təala bunu peyğəmbəri Muhəmmədə sallallahu aleyhi və səlləm əmr etmişdir. Allah təala buyurur: “(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et”. (Ta-Hə 20:130)

Bacınız üz döndərdiyi üçün hüznlənməyin və yaxud onu islama dəvət etmək üçün sərf etdiyiniz vaxta görə, buna baxmayaraq onun islama icab etmədiyinə görə heyifslənməyin. Necə ki, Allah təala bunu peyğəmbəri Muhəmmədə sallallahu aleyhi və səlləm buyurmuşdur: “Artıq onlara görə özünü üzüb həlak etmə”. (Fatir 35:8)

Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?! (Əl-Kəhf 18:6)

Onun suallarına sizin verdiyiniz cavablara gəldikdə onlar doğrudur. İnsanlar yatdıqda Allah təalanın onların ruhunu götürməsi, gecə əsnasında onların oyanması məsələsinə gəldikdə bu ikisi arasında heç bir ziddiyyət yoxdur. Çünki ruhları götürməyə Qadir olan onları qaytarmağa da Qadirdir. Bundan dolayı yuxudan oyanan insanın “Əl-həmdu lilləhi lləzi raddə aleyyə ruhi vua aafəni fi cəsədi vua əzinə li bi zikrihi (Allaha həmd olsun ki, o Allah mənim ruhumu mənə qaytardı, bədənimi afiyətə qovuşdurdu və Onu xatırlamaq üçün mənə izn verdi)”. (Şeyx Albani, Allah ona rəhmət etsin, Səhih əl-Cami 1/329 əsərində hədisi həsən olaraq təsnif etmişdir)

Qadınların miras məsələsinə gəldikdə-necə ki, siz dediniz-qadınlar digərlərinə xərcləmək, sərf etmək üçün məsuliyyət daşımırlar; yəni mehr ödəmək və qadın əhli üçün mənzil və s. şeyləri təmin etmək kişilərin vəzifəsidir. Kişilərdən fərqli olaraq, qadınlar bu təşəbbüsü etmək üçün başqalarını gözləyirlər. Ona görə də, miras məsələsində onların eyni payı almaları onlar tərəfdən ədalətli sayılmır. Adil olanların ən ADİLİ ALLAHDIR. Hökm verənlərin ən hikmətlisi Allahdır.

Allaha dua edirəm ki, sizi islamda sabit-qədəm etsin və dəvət etdiyinizə görə sizi mükafatlandırsın. Siz onlarla yumşaq davranmalı, rəftar etməlisiniz və onları təhrik etmək, qıcıqlandırmaq üçün bir şey etməyin. Onların dinini təhqir etməyin, çünki belə etdiyiniz təqdirdə, sizin bu əməliniz onların peyğəmbəri sallallahu aleyhi və səlləm təhqir etməsinə səbəb olacaq, onları belə etmək üçün qıcıqlandıracaqdır.

Güc və qüdrət sahibi Allahdır.


Tarix: 05.04.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Maraqlı melumatlar
loading...