Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURANIN NƏZƏRİNDƏ ƏN GÖZƏL GÖZ HANSIDIR

Quranın nəzərində ən gözəl göz hansıdır?

İnsanlar arasında gözəllik axtarışı müxtəlif hədəflərlə olur. Bəziləri özlərini ona görə gözəlləşdirirlər ki, ictimai məqama sahib olsunlar. Bəziləri başqalarının diqqətini özünə cəlb etmək üçün belə edirlər. Bəziləri isə özlərini gözəlləşdirməkdəki hədəfi zati bir istək kimi qiymətləndirir, istəsələr də, istəməsələr də gözəl görünməyi xoşlayırlar.

QURANIN NƏZƏRİNDƏ ƏN GÖZƏL GÖZ HANSIDIR

İslam dini də gözəllik axtarışında olmağı bəyənir. Ancaq bu gözəllyi zahirdə deyil, məhz əxlaqda, əməldə axtarmağı tövsiyə edir. Belə ki, Allah buyurur: "Allah sizin zahirinizə nəzər salmır, bəlkə sizin qəlbinizə nəzər salır”.

QURANIN NƏZƏRİNDƏ ƏN GÖZƏL GÖZ HANSIDIR

Allahın bizə əta etdiyi nemətlər içərisində gözün xüsusi yeri vardır və hədislərdə də bu bədən üzvünə çox işarə edilmişdir. Belə ki, Allah Təala buyurur: "Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükür edəsiniz”. ("Nəhl” 78).

QURANIN NƏZƏRİNDƏ ƏN GÖZƏL GÖZ HANSIDIR

Quranın nəzərində ən gözəl göz hansıdır?

Quranın nəzərində ən gözəl göz o gözdür ki, heç bir zaman naməhrəmə baxmır. Göz nə qədər harama baxarsa, gözəlliyi get-gedə azalar. Nəticədə ən çirkin gözə çevrilər. Quran bu cür gözlərə tövsiyə edir: "Mömin kişilərə de ki, gözlərini yumsunlar. Bu, onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır”. ("Nur” 30).

Bir məsələyə də diqqət etmək lazımdır ki, dünyanın bəzi qəribəlikləri və gözəllikləri vardır ki, onu ancaq gözəl gözlər müşahidə edə bilərlər. Bu gözlər haramı görmədikləri üçün o qədər gözəl gözlərdir ki, heç kəsin görmədiyi qəribəlikləri görə bilirlər. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Gözlərinizi haramdan bağlayın ki, heyrətlikləri görəsiniz”.

Gözlərimizi bu cür insanlara baxaraq gözəlləşdirə bilərik. Belə ki, insan gözünü haramdan bağlamaqla yanaşı, bəzi tövsiyə edilmiş insanlara baxaraq, gözəlləşdirə bilər. Həzrət Peyğəmbər (s) buyurur: "Alimin simasına baxmaq ibadətdir. Adil rəhbəri və hakimi görmək də ibadətdir. Ata və anaya məhəbbət və sevgi ilə baxmaq və Allaha görə sevdiyin döstuna nəzər salmaq da ibadətdir”.

QURANIN NƏZƏRİNDƏ ƏN GÖZƏL GÖZ HANSIDIR

Təbiətə baxmaq.

Təbiətə baxmaq da gözləri gözəlləşdirən amillərdən biridir. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Üç şey gözə qüvvət verər: yaşıllığı görmək, axar suya baxmaq və gözəl üzə baxmaq”. Bu hədisdə gözə qüvvət vermək dedikdə gözün qabarlarını və çirkinliklərini aradan qaldırmaq nəzərdə tutulur. Bu üç şeyə baxaraq, gözlər aydınlanar və yorğunluqları və narahatlıqları aradan gedər. O gözlər ki, aydınlanar, bu gözlər həmişə gözəl olar.

QURANIN NƏZƏRİNDƏ ƏN GÖZƏL GÖZ HANSIDIR

Ağlar gözlər.

Qurani-Kərimdə və hədislərdə ən gözəl gözlərdən biri də Məbudu üçün göz yaşı tökən gözlərdir. Allah buyurur: "Və deyirlər: «Pakdır bizim Rəbbimiz! Həqiqətən Rəbbimizin vədi həmişə yerinə yetəndir». Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Quranı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır”. ("İsra” 108-109).
Bu deyilənlərdən belə nəticə çıxartmaq olur ki, o gözlər ki, Allaha ibadət edər, öz ibadəti ilə Ona şükür edər, Quranın məntiqində ən gözəl gözlərdir. Ancaq o gözlər ki, ancaq zahiri gözəldir, batində isə günahla doludur, heç bir zaman gözəl göz ləqəbini ala bilməz.

QURANIN NƏZƏRİNDƏ ƏN GÖZƏL GÖZ HANSIDIR


Tarix: 04.12.2014 / 12:11 Müəllif: Aziza Baxılıb: 163 Bölmə: Maraqlı melumatlar
loading...