Cümə namazında idik. Sağ tərəfimdə yaşlı bir adam, onun sağında isə tək nəfərlik yer var idi. Yaşlı adam namaza qalxarkən arxaya döndü və boşluğun gerisində qalan 13-14 yaşlı uşağa:
- "Cərgəni doldur, oğlum. Gəl yanıma." - dedi.
Uşaq utancaq bir ifadə ilə:
- "Mümkünsə burda qılmaq istəyirəm, ora başqası keçər" - dedi.
Yaşlı adam uşağın üzərində durduğu uzun tüklü yaşıl xalçanı göstərərək:
- "Yoxsa ora daha yumşaqdı, ona görə gəlmirsən?". Və əsəblə "Ana quzusu!" - dedi.
Namaz bitəndə yaşlı adamın Cüməsini təbrik etdim. Arxadakı uşaqda gəlib yaşlı adamın əlini öpdü. Yaşlı adam dediklərinə görə çoxdan peşman olmuşdu. Uşağın nur dolu yanaqlarını oxşayarkən "Sənə ana quzusu dediyim üçün üzrlü hesab elə, oğlum. Bir anda ağzımdan çıxdı" - dedi.
Uşağın gözləri dolmuşdu.
Başını aşağı əyərkən "Dediklərinizdə haqlı idiniz" - dedi və davam etdi:
- "Üzərində namaz qılmaq üçün təkid etdiyim xalça, anam vəfat edəndə anamın tabutuna örtülmüşdü. Orada səcdə edəndə sanki anam məni qucaqlayırmış kimi oluram."
Allah analarımıza xeyirli uzun ömür versin... Dünyadan köçənlərə isə rəhmət eləsin...
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Maraqlı melumatlar