Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ocaq Nejadın Ağ Yalanı

Şiələrin Azərbaycanda parlaq siması olan, Seyyid Əliəkbər Ocaq Nejad kitabını oxuyurdum.

İndi bu alim deyir:

Peyğəmbər (s) Əhli-beyti Nuhun gəmisinə oxşatmışdır.Əba Zərr buyurur: Mən özüm Peyğəmbərdən (s) eşitdim. O həzrət buyururdu: «Mənim Əhli-beytim eynilə Nuhun gəmisinə bənzəyir. Gəmiyə minən nicat tapacaq, ondan uzaqlaşan isə məhv olacaqdır.»Bu hədis «Səhih Müslim»- də «Səhih Buxari»- də və «Kənzül-Ümmal»- da nəql olunub.

Mənbə: “Əhli-Beytin (ə) məqamı”,
“PEYĞƏMBƏRİN NƏZƏRİNDƏ ƏHLİ-BEYTİN MÖVQEYİ VƏ ONLAR HAQQINDA OLAN BƏNZƏTMƏLƏRİ” babı.

Kitabın bir başqa yerinə nəzər saldım.

Hə, Ocaq Nejad müəllim yazır:

Zeyd ibn Ərqəm nəql edir: «Peyğəmbər (s) axırıncı vida həccindən qayıdırdı, «Qədiri-Xum» çölünə çatdıqda dəvədən enərək camaatı bir yerə yıgdı. Hər şey hazır olduqdan sonra Peyğəmbər (s) sözə başladı: «Allah mənim mövlamdır və mən də bütün möminlərin vəlisiyəm! Bu sözlərimi qəbul edirsinizmi? Dedilər: Bəli, qəbul edirik. Peyğəmbər (s) sonra Əli (ə)-ın əlindən tutaraq buyurdu: Mən hər kimin mövlasıyamsa Əli (ə) da onun mövlasıdır. İlahi, kim onu sevirsə, sən də onu sev, kimin ondan acığı gəlirsə, sənində ondan acığın gəlsin! (ona düşmən münasibəti bəsləyənlərə qarşı sən də düşmən ol!)». Bu hədis «Səhih-Buxari», «Səhih Muslim»-in 3-cü, 4-cü cildlərində, «Sunəni Tirmizi»-nin 5-ci cildində «Sunəni ibn Macə»-nin 1-ci cildində, «Əhməd ibn Hənbəli»-nin 641-ci səhifəsindən qeyd edilmişdir və eləcə də «Sunən ibni Macə»-də 12 yerdə, «Mustədrəkus-səhihəyn» kitabının, 7 yerində bu hədis öz əksini tapmışdır.

Mənbə: Eyni kitab,
“QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN BİZİM
ƏHLİ-BEYT QARŞISINDA VƏZİFƏLƏRİMİZ” babı

Baş cəkək kitabın başqa yerinə.

Ocaq Nejad “ƏHLİ-BEYT AYƏSİ” başlıqı altında yazır:

İbni Abbas nəql edir ki, Peyğəmbər (s) buyurdu: «Göy ulduzları insanlarını yollarını azmasınlarından amanda saxladığı kimi mənim əhli beytimdə ümmətimi ixtilafa düşməkdən amanda saxlayır. Ərəblərdən onlara qarşı çıxıb ixtilaf yaratdıqları zaman İblisin dəstəsinə çevrilərlər.» Bu hədis də «Səhihi Müslüm» və «Səhihi Buxari» -dəndir.

Bu ağ yalandı! Qeyd olunan hədislər nə Səhih Buharidə, nədə Səhih Muslimdə yoxdu.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar
loading...