Allah Təala biz insanları xəlq etmiş və bizim üçün nəyin yaxşı və nəyin isə pis olduğunu peyğəmbərlər (ə) və imamlar (ə) vasitəsilə bizə çatdırmışdır. İlahi vacibatları yerinə yetirmək insana həm bu dünyada və həm də axirətdə səadət bəxş edər. Bu vacibatların yanında bəzi müstəhəb əməllər də vardır ki, insana axirətdə nicat verə bilər. Bu əməllərdən biri daima dəstəmazlı olmaqdır. Əxlaq alimləri də bu məsələni çox tövsiyə edirlər. Rəhmətlik İmam (r) buyurardı: “İnsan üçün təharət müharibədə qalxan kimidir”. Necə ki, qalxan müharibədə insanı mühafizə edir, dəstəmaz da insanı şeytan və cinlə mübarizədə hifz edər.
1. Qüdsi hədisdə oxuyuruq: “Allah Təala buyurur: “Hər kim hədis bilən olar və dəstəmaz almazsa, Mənə etinasızlıq etmişdir. Əgər kimsə dəstəmaz alar, sonra iki rükət namaz qılmazsa, yenə də Mənə etinasızlıq etmişdir. Yenə də əgər kimsə dəstəmaz alarsa, iki rükət namaz qılar, ancaq dua etməzsə, yenə də mənə etinasızlıq etmişdir. Ancaq əgər kimsə dəstəmaz alar, iki rükət namaz qılar və dua edər və Allahdan bir şey istəyər, Allah ona etinasızlıq edərsə, Allah ona zülm etmiş olar. Rəhman Allah heç kimə zülm etməz. Nəticədə duası yerinə yetər”.
Allahın Rəsulu (s) səhabələrindən birinə buyurur: “Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzatsın. Əgər gecə və gündüz dəstəmazlı olmağı bacararsansa, bu işi gör. Çünki əgər dünyadan dəstəmazlı halda gedərsənsə, şəhidin savab və mükafatına malik olarsan”.
İmam Sadiq (ə) buyurur: “Hər kim dəstəmaz alar və yatağına tərəf gedər, yatağı yuxu zamanı onun səcdə yeri kimi olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dəstəmazlı yatarsa, yatağı onun üçün məscid olar. Yuxuda namaza dayanmış insanın savabı kimi olar. Əgər kimsə dəstəmazsız yatarsa, yatağı onun üçün qəbir olar. Səhərə qədər murdar kimi olar”.
2. Əvvəl vaxtda qılınan namaz. İnsanın süqutuna mane olan əməllərdən biri də namazı əvvəli vaxtda qılmaqdır. Namaz insanı günahdan, fəsad və fəhşadan nicat verər. Ən azı zahiri ədəbinə riayət etmiş olar. Hər kim namazına əhəmiyyət verməzsə, onu əvvəli vaxtda qılmazsa, tez-tələsik qılarsa, bu namaz ona şeytanın şərindən nicat verməz. Bu namaz nəinki onun süqut etməsinə mane olmaz, hətta dünya və axirətdə əzaba da düçar olar. Namaza etinasızlıq göstərmək və onu tez-tez qılmaq və fəziətli vaxtına diqqət etməmək insanın süqut etməsinin qarşısını ala bilməz.
“Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun” 4-5). Misbah ağa buyurur: “Ayətullah Behcət mərhum Qazidən (r) nəql edir ki, o, buyurub: Əgər kimsə vacib namazını əvvəli vaxtda qılarsa və ali məqama çatmazsa, mənə lənət etsin”.
İmam Baqir (ə) buyurur: “Hər kim vacib namazını onun haqqına arif olan halda vaxtında qılarsa, heç bir şeyi ondan üstün hesab etməzsə, Allah ona cəhənnəmdən bəraət yazar ki, ona əzab verməsinlər. O kəs ki, namazı vaxtında qılmazsa, başqa şeyi ondan üstün hesab edərsə, Allah onu bağışlaya da bilər ya da əzab verər”.
Möminlərin bir çoxu vacib namazlarını əvvəli vaxtda qılırlar. Ancaq sübh namazının əvvəli vaxtına qarşı səhlənkarlıq edirlər. Hər bir namazda əvvəli vaxta riayət etmək zəruridir. Ancaq sübh namazının əhəmiyyəti daha çoxdur.
3. Quranla yaxın olmaq. İnsanın süqut etməsinə mane ola bilən əməllərdən biri də Quranla ünsiyyət bağlamaq və ona yaxın olmaqdır. İlahi kəlamlarla yaxınlıq etmək - fövqəladə əhəmiyyətə malikdir. Dünya və axirət bəlalarına mane olar. Quranla yaxın olmaq insanı cin və şeytanın şərindən qoruyar. Allah həmişə bizləri sağlam yollara hidayət edər və mənəvi kamala çatmağımızı istəyər. İnsana düzgün yolu və Allah Təalaya çatmağın yaxın yolunu göstərər. Allah buyurur: “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).
Əgər kimsə Quranla yaxın olarsa, Quran da onunla yaxın olar. Ona yardım edər. Bunu bilmək lazımdır ki, Quranla yaxın olmaq insanı hər bir halda və hər bir şəraitdə bütün bəlalardan hifz edər. Onun süqutuna mane olar.
Ona görə də daima dəstəmazlı olmağa çalışaq, namazı əvvəli vaxtda qılaq və Qurana yaxın olaq.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 156 Bölmə: Maraqlı melumatlar