Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qardaşlara tövsiyyələr.

Hz. Peyğəmbər(s): "Aranızda ən xeyirli olanlarınız qadınları və zövcələrilə ən yaxşı davrananlarınızdır". (Buxari, Muslim)

1. Ailənizə, zövcənizə, uşaqlarınıza xərclədiyinizin sədəqədən daha əfzəl olduğunu unutmayın;

2. Hər qəzəbləndiyiniz anda "talaq" (boşanma) sözünün işlədilməsinin ağır məsuliyyətini düşünərək, bu kəlməni istifadə etməməyə çalışın;

3. Evə gec qayıtmağı planlaşdırarkən, orda sizin yolunuzu gözləyənlərin olduğunu düşünün;

4. Zövcənizin ailəniz üçün göstərdiyi səy və fədakarlığı xoş sözlə, nəvazişlə mükafatlandırmağa çalışın;

5. Həyat yoldaşınız xəstə, başı qarışıq olduqda, yaxud heç bir səbəb olmasa da ona ev işlərində kömək edin;

6. Gündəlik iş problemləri, qayğı, kədər və narazılıqları evinizin qapısını döyərkən, bayırda qoyun və evə qayğısız, gülər üzlə daxil olmağa çalışın;

7. Həyat yoldaşınızın sizin şəxsi mülkiyyətiniz yox, Allah tərəfindən verilmiş olan əmanət olduğunu heç vaxt unutmayın və onunla müvafiq şəkildə davranın;

8. Vaxtaşırı zövcənizi kiçik də olsa, hər hansı bir hədiyyə ilə sevindirin. Unutmayın ki, qadınlar belə şeyləri çox xoşlayırlar;

9. Həyat yoldaşınızdan Allahın qəzəbinə gələcək heç bir şey istəməyin ( :!: );

10. Evinizə apardığınız hər qəpiyin, hər loxmanın halal olmasına çalışın;

11. Zövcənizin sizə verdiyi sevgi, hörmət və qayğının əvəzini eynilə ona qaytarın;

12. Həyat yoldaşınızla tez-tez məsləhətləşin, onun fikirlərinə qiymət verin;

13. Öz valideyn və yaxınlarınıza göstərilməsini istədiyinizi sevgi və hörməti zövcənizin valideyn və yaxınlarına göstərin;

14. Nə qədər yorğun və məşğul olsanız da, zövcəniz və övladlarınıza gündəlik vaxt ayırmağa və onlarla birlikdə dincəlməyə çalışın;

15. Ailənin bütün ehtiyaclarını təmin etmək kişinin borcudur. Bu məqsədlə qadın istəmirsə, onu evdənkənar işlərə məcbur etməyin;

16. Dükan, bazar, qadının gücü çatmayan ağır fiziki işləri yerinə yetirmək zövcənizin deyil, sizin vəzifənizdir;

17. Övladlarınızın təlim, tərbiyəsinin təkcə həyat yoldaşınıza tapşırmamalı, bu işdə ikiniz də Quran və Sünnəyə əsaslanan birgə əmək sərf etməlisiniz;

18. Zövcənizə özünə vaxt ayırmasına, valideyn və yaxn rəfiqələriylə görüşməsinə imkan yaradın;

19. Həyat yoldaşınız üçün yaraşıqlı görünməyə, təmizliyinizə və sağlamlığınıza diqqət edin;

20. Zövcəniz və övladlarınızla birlikdə Quran öyrənməyə, oxumağa, İslami biliklərinizi artırmağa, məsciddə keçirilən dərslərdə iştirak etməyə vaxt ayırın;

21. Heç kimin kamil olmadığını bilərək, həyat yoldaşınızın kiçik qüsurlarına göz yummağa çalışın, şirin dillə səhvlərini Peyğəmbərimizn(s) və saleh insanların həyatından misallarla ona başa salmağa çalışın.


Tarix: 13.04.2013 / 17:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Maraqlı melumatlar
loading...