Qurani Kərim kitabı
1. Fatihə ('Kitabı açan') surəsi
(Haminiza çox yaxşi bir xəbərim var. Əsasda Quran oxumaq istəyənlərə. Əgər Quran oxumaq istəyirsinizə həmişə bizi izləyin! Biz sizlərə Quranı Azərbaycanca tərcüməsi və Ərəbcə də yazilişini göstəririk. Amma birinci Müəllif: Əlixan Musayev ə təşəkkür edirik, ki Qurani Azərbaycanca tərcümə etdiyini görə.
Qurani oxumazdan əvvəl "Əuzu billahi mineş şeytanir Racim. Bismillahir rəhmanı rəhim" cümləsini mütləq deməliyik. (Hər zaman) Yoxsa şeytan nan birlikdə oxumuş olariq. Əsas odu ki, diqqətnən oxuyaq, hər cümlənin mənasini fikirləşək. Hər gün Hissə-hissə Quran surələrini sizlərə təqdim edəcəyik. Quran ən birinci surəsi olan Fatihə ilə Başliyaq. Allah kömeyiniz olsun!
1. Fatihə ('Kitabı açan') surəsi
1. Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
2. Həmd olsun aləmlərin Rəbbi Allaha,
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
3. Mərhəmətli və Rəhmliyə,
الرَّحْمَٰنِ الرَّحِيمِ
4. Haqq-hesab gününün Hökmdarına!
مَالِكِ يَوْمِ الدِّينِ
5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
6. Bizi doğru yola yönəlt –
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
7. nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!
Tarix: 04.12.2014 / 11:18 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar