Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələklər Nə Zaman Və Nədən Yaradılmışlar?

Mələklər nurdan yaradılmışlar. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu nurun hansı nur olduğunu, keyfiyyətini bizlərə açıqlamamışdır. Buna görə də bizlərdə bu barədə müzakirələrə baş vurmamalıyıq. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mələkləri nurdan, cinləri tüstüsüz oddan, Adəmi isə sizə deyildiyi şeydən (yaratdı)»
( Müslim 2996.)

«Möhtərəm qullardır. Onlar Allahdan qabaq söz danışmazlar və yalnız onun əmri ilə iş görərlər». (əl-Ənbiya 26-27). «Onlar Allaha ibadət etməkdə təkəbbürlük göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20).
Mələklərin nə vaxt yaradıldıqları barədə məlumat yoxdur. Lakin onların insandan qabaq yaradılmış olduqları bilinməkdədir. Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə yaradacağam» dedikdə, mələklər: «Biz sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?» söylədilər. Allah (onlara): «Mən bildiyim şeyi siz bilmirsiniz!». (əl-Bəqərə 30).


Tarix: 08.05.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 48 Bölmə: Maraqlı melumatlar
loading...