Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YARADILMIŞLARIN ZƏYİFLİYİ VƏ YARADICININ QÜVVƏSİ

Uca Allah buyurub ki:
«Ey cin və insan tayfası! Əgər göylərin və yerinə ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq qüvvətlə *165 çıxa bilərsiniz!» *166 (Rəhman, 55/33

1. Yəni siz Allahın əmri və qədərindən qaça bilməzsiniz. O sizi hər tərəfdən əhatə etmişdir. Siz Onun hökmündən xilas olmaq gücünə malik olmadığınız kimi, Onun hökmünün barənizdə həyata keçirilməsinə mane ola bilməzsiniz. Hara getsəniz də mühasirədə olduğunuzu görəcəksiniz. Bu, məhşərdə belə olacaqdır. Mələklər hər tərəfdən yeddi sırayla bütün məxluqları əhatə edəcəklər. Kiminsə bu əhatədən çıxıb başqa bir yerə getməyə gücü çatmayacaq.
«Buna dair güc və imkan», yəni Allahın hökmü olmadıqca, bu mümkün olmayacaq.
«Məhz o gün insan: «Qaçıb can qurtarmağa yer hardadır?» - deyəcəkdir». Xeyr, [o gün] heç bir sığınacaq olmayacaqdır! O gün [ey insan!] duracaq yer ancaq Rəbbinin hüzurudur!» (Qiyamə, 75/10-12)
Bir başqa ayədə isə Uca Allah belə buyurur: «Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar. Onları Allahdan heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!». (Yunus, 10/27) Buna görə Uca Allah belə buyurur: «[Qiyamət günü] sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz». (Rəhman, 55/35)
Bütün şərhlərə görə ayənin mənası budur: Siz qiyamət günü qaçıb getmək istəmiş olsanız mələklər və cəhənnəmə məhkum edilmişləri oraya aparan cəhənnəm mələkləri geriyə dönməyiniz üçün üstünüzə alov və əridilmiş mis yağdıracaqlar. Bundan ötrü Uca Allah: «…siz bir-birinizə kömək də edə bilməyəcəksiniz. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!» (Rəhman, 55/35-36) – deyə buyurur. (Bax: İbn Kəsir, IV, 274)

2. əl-Qasimi ayənin təfsirində deyir ki:
«Ey cin və insan tayfası! Əgər göylərin və yerinə ətrafından kənara çıxa bilərsinizsə, çıxın». Yəni əgər göylərin və yerin hüdudlarını aşa bilsəniz və Rəbbinizi aciz qoya bilsəniz, Onun hegemonluq meydanında qələbəsinə güc gələrək və ölkəsindən xaricə, sizə gücü çatmayacaq bir hala gəlincəyə qədər qaça bilsəniz, «qaçın!» Tez olun, bu sərhədləri aşın və çıxıb gedin.
«Siz ancaq qüvvətlə çıxa bilərsiniz!», yəni güc və qələbə ilə. Lakin siz bunlara necə nail ola bilərsiniz?
Buna yaxın bir buyruq da: «Siz nə yerdə, nə də göydə [Allahı] aciz buraxa bilməzsiniz!» (Ənkəbud, 29/22) ayəsidir.

3. Ayənin mənasının belə olduğu da söylənilmişdir: Əgər siz göylərdə və yerdə nələr olduğunu bilsəydiniz! Amma bilin ki, hər hansı bir qüvvə və imkan olmadan, yəni Allahdan açıq-aydın bir dəliliniz olmadan, bilməyəcəksiniz deməkdir.
Birinci şərh daha güclü görünür. Çünki əvvəlki ayələrdən birində Uca Allah, qulların əməllərinin əvəzinin veriləcəyinin qaçılmaz olduğunu bildirdikdən sonra «ey cin və insan tayfası …çıxa bilərsinizsə…» deyə, buyurur. Beləliklə, Allah onları cəzalandırmağı istədiyi təqdirdə, onların xilas olmağa güclərinin çatmayacağı açıqlanır.
«Belə olduqda Rəbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!» (Rəhman, 55/34)

4. İbn Cərir deyib ki: Yəni, necə hamınızın bir-birinizə bərabər olduğunuzu yalandan deyə bilərsiniz. Axı, heç biriniz Allahın barənizdə verdiyi hökmün əleyhinə bir şey edə bilməzsiniz.

5. Qazi (Beydavi) demişdir ki: Qorxutma bir yaxşılıqdır. Verilən əvəzlə itaət edəni asi olandan ayırd etmək və kafirlərdən intiqam almaq isə nemətlər sayılır. (Qasimi, XV, 292-295)

Ayədən çıxarılan bəzi nəticələr
1. Uca Allahın qüdrət və sifətlərinin əzəməti açıqlanır.
2. Xəlq edilmişlərin Yaradıcı qarşısında dünyada da, axirətdə də aciz olduqları izah edilir.
3. Bütün yaradılışlar Allahın onların barəsində gerçəkləşdirməsini istədiyi bir şeyin əleyhinə gedə bilməzlər.
4. Ölümdən sonra dirilmə və əməllərinin əvəzinin veriləcəyinə iman gətirmə əqidəsinin vurğulanması.


Tarix: 08.05.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqlı melumatlar
loading...