Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxuyun Cox Gözeldi.

Yenə də Sənin görüşünə, Səninlə
söhbət etməyə, Sənə qovuşmağa
gəlmişəm..... Yenə də Sənin hər bir tərəfi əhatə edən,
o sonsuz nurunun işığına dayanmağa
gəlmişəm.... Nə qədər də gözəldir Sənə təslim olmaq,
Sənə bağlanmaq. Allahım !
Bu an sevincimin həddi-hüdudu
yoxdur, çünki bu məqamında
dayanmağı bir daha mənə nəsib
etmisən. Allahım !
Axı məni Səndən başqa, Səndən yaxşı
kim tanıya, anlaya bilər? Allahım !
Axı məni Səndən başqa kim bağışlaya,
hidayət edə bilər? Allahım !
Axı mənə Səndən başqa kim kömək
edə bilər, çətinliklərdən kim çıxara
bilər? Allahım!
Cürət edib qarşına çıxmışam, nicat
qapına gəlmişəm. Etdiyim bütün
günahlardan sonra, qapına gəlib
qorxa-qorxa döyürəm... Axı, Sən “gəl” demisən. Məni
bağışlamağın üçün, dərgahına qəbul
etməyin üçün gəlmişəm.... Allahım !
Axı mən Sənin yanından başqa hara
gedə bilərəm? Qəlbim yenə də Səni
istəyir və bu məqama qovuşacağı üçün
sevinc ilə çırpınır. Allahım!
Nə gözəldir ki, Sən varsan bu qulunun
həyatında. Bu naqis vücuduma Sənin
qarşında dayanma gücünü bəxş
etmisən. Sevinirəm ki, məndən üz
çevirməmisən, məni qapından qovmamısan.... Allahım !
Axı, Səndən daha vacib hansı işim ola
bilər? Ailəm, dostlarım, işlərim… Heç
kim, heç nə Səndən əvvəl deyildir.
Həyatımın ən dəyərli, mənalı anları,
saatları, vaxtları bu məqamında dayanmaq anıdır, bu məqamda ola
bilmək üçündür... Allahım!
İnsan canından da çox sevdiyi birinin
yanına tələsməzmi, ona qovuşmaq
üçün qaçmazmı? Tələsər, qaçar... Rükularında əyilib bu canı fəda etmək
üçün Sənə qovuşmağa can atar. Sənin
həsrətini çəkən bu ruhum... Bax, qarşındayam. Qəbul edərsənmi
qulundan bu sevgisini?
Qəbul edərsənmi qulundan sənə təslim
olan bu canı? Sevgilinin (s) Sevdiyinə qovuşduğu
məqamda
dayanmışam. “Namaz gözümün
nurudur” deyən sevgili
Peyğəmbərimizin (s), Əhli-Beytin (ə),
İmamlarımızın (ə) ən uca tutduqları, ən çox sevdikləri məqamda dayanmağa
gəlmişəm... Məni sevdiklərinə qovuşdurarsanmı,
Allahım? Allahım !
Hər anımı Səninlə keçirmək, Səni hər an
xatırlayıb, unutmamaq, Səni əbədi
qəlbimə həkk etmək üçün yenə də
qarşındayam...,buradayam....
Bir an qalıb ki, Sənə qovuşum, səcdələrin şirinliyini dadım..! Allahım !
Bu məqamda ruhum Sənə doğru
pərvaz edir, eşqlə, sevgiylə, coşquyla,
həsrətlə.... Allahım !
Bu an, bu məqamda dayanmağı mənə
lütf etmisən, bu anı mənə sevdirmisən,
əziz etmisən, yoxsa, mən indi burda
dayanmazdım. Mən kiməm ki?
Heç kim.... Allahım !
Sən məni bu məqamda kimsə edirsən.
Sən məni bu məqamınla dəyərli edirsən. Allahım!
Yenə də, bir daha, bəlkə də sonuncu
dəfə gəlmişəm ki, bir tək Səninlə olum,
başqa heç kəslə... Allahım !
Bu məqamını mənə daha çox sevdir ki,
zikirlərinin şirinliyini hər zaman hiss
edim. Ruhum gəldiyi yerə pərvaz
edərək, Sənə qovuşmaq həyəcanını,
həsrətini anlasın. İnşaallah! Allahım !
Hər birimizin namazlarını, qəbul edilən
məqamlara çatdır. Qoy İmam Zaman
(ə.f) ağamızın qarşısında dayandığımız
zaman utancımızdan başımızı aşağı
əyməyək... Amin ya Rebbel Alemin.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar
loading...