Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meherremliy-6

Bismilleh
Velhemdulilleh
Ve salavatullah.
"Mənim mübarizəmin məqsədi cəddim
Məhəmmədin ümmətini haqq yoluna
yönəltməkdir..." deyib mübarizəyə qalxdı
İmam Hüseyn! İslam dinini gələcək nəsillərə
olduğu kimi çatdırmaq, zülmkarlığı ifşa edib
cəmiyyətdə ədaləti bərqərar etmək, Allahın
haramlarını haram, halal buyurduqlarını halal
bilsinlər deyə öz yaxınlarıyla böyük bir ordu
ilə üz-üzə dayandı İmam Hüseyn! O,
insanlara haqqı çatdırmaq üçün bu yolda
hər şeyini, hətta canını belə qurban verdi.
İmam ən sadiq səhabələrinin, əzizlərinin
ölümünə, ailəsinin əsir düşməsinə belə razı
oldu, lakin ədalət uğrunda mübarizədən bir
an olsun çəkinmədi.
Hələ sağlığında ikən Əməvi xilafətinin
bünövrəsini qoymuş Muaviyə özündən
sonra oğlu Yezidi hakimiyyətə gətirmək
qərarına gəlmişdi. Tarixdən məlum olduğu
kimi, Yezid İslam dininin buyuruqlarına zidd
olan işlərə yol verir, içki içir və müsəlmana,
xüsusilə də xəlifəyə yaraşmayan əxlaqsız
hərəkətlər edirdi. Əlbəttə ki, İmam Hüseyn
Yezid kimi bir insanın müsəlmanlara xəlifəlik
etməsinə razı ola bilməzdi.
İmam "Əgər Yezid kimi bir adam ümmətin
rəhbərliyini ələ alarsa, onda İslamın
fatihəsini oxumaq, matəm saxlamaq
lazımdır" deyə buyurmuşdur.
Beləliklə, Muaviyə hicri tarixi ilə 60-cı ildə
vəfat edir. Onun ölümündən sonra Yezid
əmisi oğlu Vəlidə məktub yazıb İmam
Hüseyndən beyət almasını tələb etdi. Əks
təqdirdə İmamın başını kəsib ona
göndərməsini istədi. Yezidin planlarından
xəbər tutan İmam Hüseyn Mədinədən
Məkkəyə yola düşür. Bunu eşidən kufəlilər
ona məktub yazaraq rəhbərlik üçün İmamı
Kufəyə dəvət etdilər. Tarixçilərin verdiyi
məlumatlara görə, bu qəbildən olan
məktubların sayı on iki minə çatmışdı.
Vəziyyəti belə görən İmam Hüseyn öz əmisi
oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər
İmama beyət etmək üçün Müslimin yanına
gəlirlər. Beyət aldıqdan sonra Müslim, İmamı
məktub vasitəsilə Kufəyə dəvət edir.
Yezidin tərəfdarları isə vəziyyəti belə görüb
ondan tez tədbir görməsini istəyirlər. Yezid
bu xəbəri eşidən kimi öz adamları vasitəsilə
camaatı var-dövlət və qorxu ilə ələ alır,
Müslimi isə öldürtdürür. Beləliklə, Yezidin
yaxın silahdaşlarından olan İbn Ziyad Kufəni
tam nəzarət altına alaraq şəhərə gələn
yolları bağlayır.

Ardi var.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 309 Bölmə: Maraqlı melumatlar
loading...