Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HƏQİQİ İNSANİ MAHİYYƏT

İş həyatında hər bir insanın duyğuları azalır və o bir qədər ailə məsələlərindən təcrid olur. Xüsusilə də zərgərlik, saatsazlıq və bu kimi əl sənəti ilə məşğul olan insanlar, zavod və müxtəlif şirkətlərdə çalışan fəhlələr iş həyatının ağırlığından öz həqiqi mahiyyətlərini, insani duyğularını müvəqqəti itirmək məcburiyyətində qalırlar. Çünki həyat dəyirmanı dayanmadan üyütməkdədir, ticari əlaqələr genişləndikcə duyğu və hisslər ardı-arası kəsilməyən təzyiqlərə, sıxıntılara məruz qalır.

Kişinin əlindən gələni əsirgəmədən və var gücü ilə çalışması onun könlünə yol tapan qadına görədir. Kişi onun ruhunu oxşayan, həyacanını yatıran və ona su kimi həyat verən qadının dodaqları arasından çıxan kəlmələr qarşısında dünya malına, pula sözsüz ki, ikinci dərəcəli baxacaqdır. Lakin ərinin mal-dövlətindən sui-istifadəyə çalışan, ona görə ərinin malından və mülkündən imtina etdiyi qadına gəlincə, oun ərinə qarşı bəslədiyi münasibəti lazımsız əşyalara olan münasibətdən bir o qədər də fərqləndirmək olmaz. Bu tipli qadınlar həqiqi insani mahiyyətin nə olduğunu dərk etmirlər. Bu baxımdan da onları maraqlandıran ancaq və ancaq xarici görkəm və madiyyatı təmin edən meyarlardır.
Onlara qarşı ancaq yemək alıcısı, zibil yeşiyinin daşıyıcısı kimi davrandıqlarına görə arvadlarını tərk edib nisbətən çirkin, az təhsilli və az imkanlı qadınlarla ikinci dəfə evlənən kişilər haqqında çox eşitmişik. Kişiləri belə bir addım atmağa vadar edən ən başlıca səbəb ikinci dəfə evləndikləri qadınların ərlərinə qarşı heysiyyatı və duyğuları olan bir insan kimi rəftar etməsi, onların ağrılarına məlhəm olması, şəxsiyyət və ləyaqətlərinə hörmətlə yanaşması və onlara sevgi-məhəbbət bəsləməsidir.
Qadının ərinin könlünə sahib olması, onun həyatının qadınına çevrilməsi ancaq onun qəlbinə düzgün yol tapmasındadır. Bu da aşağıda qeyd edəcəyimiz bir neçə məqamdan asılıdır.

1. Qadın ilk növbədə ərini ələ salmaqdan, onu masqara etməkdən çəkinməli, o öz rəylərini söyləyərkən buna alçaq nəzərlə baxmamalı, əksinə, ərinin fikirlərinə hörmətlə yanaşmalı, zərrə qədər istehza nümayiş etdirmədən əri ilə yanaşı onların müzakirəsində yaxından iştirak etməlidir. Unutmaq lazım deyildir ki, qadının kişinin fikir və planlarına istehza etməsi kişinin öz niyyət və fikirlərini gizlətməsinə, duyduqlarını qapalı saxlamasına gətirib çıxara bilər. Fikirlərinin yalnış və qeyri-dəqiq olmasını kişiyə bu şəkildə hiss etdirmək onun sarsılmasına səbəb ola bilər. Bunun üçün də qadın ərinin fikirlərini tam olaraq dərk etməkdə qətiyyən tələsməməli, onları səbirlə təhlil etməyi bacarmalı, bu fikirlərdə bir qüsur və ya anormalıq olduğunu yəqin etdikdə isə “Qarşıda fikirləşmək üçün kifayət qədər vaxtın var” və ya “Əzizim tələsmə. Gəl münasib bir variant tapmaq üçün bərabər düşünək” – deməklə mədəni şəkildə onu öz fikirlərindən daşındırmalıdır.
İkinci bir tərəfdən qadın ərinin düşündüyü zaman əsla gülməməli, onun bu durumunu tam ciddi qəbul etməli və o danışarkən tez-tez onun sözünü kəsməməlidir. Nəzərə almaq lazımdır ki, kişilərə öz fikirlərini sərbəst şəkildə söyləmək imkanını tanımaq və buna şərait yaratmaq onların öz səhvlərini və çatışmamazlıqlarını görməsinə gətirib çıxaran metodlardandır.

2. Hər bir qadın həm evinə, həm özünə və həm də övladlarına qarşı qayğıkeş və diqqətcil olmalı, ailə dediyimiz kiçik dövlətini mehribanlıq və şəfqət zirvəsinə çevirməlidir ki, əri harda olur olsun, həmişə incə və qayğıkeş bir xanımın idarə etdiyi, tam təmizliyin hökm sürdüyü evinə dönməyə tələssin. O təkcə evinin zövqlə bəzədilməsinə fikir verməklə kifayətlənməməli, oradakı daxili ab-havanı sanki ərinə gəl-gəl deyən şirin ruhu və qayğıkeş təbəssümü ilə gözəlləşdirməlidir.

3. Əziz xanımlar! Ərlərinizi təbiətlərinə uyğun olmayan bir şəkildə görünməyə məcbur etməyin, onları göründükləri kimi deyil, olduqları kimi gürnmələrinə, tam sərbəst hərəkət etmələrinə imkan yaradın. Başqalarını ərlərinizə nümunə gətirərək onları alçaltmayın, əksinə, onları başqaları üçün bir tərəziyə və təqlid ediləsi bir nümunəyə çevirin!


Tarix: 07.05.2013 / 21:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar
loading...