Bir kişi Həzrət Əlinin (ə) yanına gəlib dedi: " Mən yeddiyüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum.” Həzrət Əli (ə) buyurdu: "Buyur soruş”. Həmin kişi soruşdu:
1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: "Günahsıza yalan bağlamaq”
2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: " Haqq yerdən daha genişdir.”
3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu: " Hərislik oddanda daha istidir.”
4. Buzdanda daha soyuq olan nədir? Həzrət (ə) buyurdu: " Paxıl adamın yanına hacət aparmaq buzdanda daha soyuqdur.”
5. Dəryadan daha ğəni olan nədir? Həzrət (ə) buyurdu: " Qane olan insan dəryadan daha ğənidir."
6. Daşdan daha möhkəm olan nədir? Həzrət (ə) buyurdu: " Kafirin ürəyi daşdan daha möhkəmdir.”
7. Yetimdən daha zəif olan nədir? Həzrət (ə) buyurdu: " Söz gəzdirən yetimdən daha zəif və daha artıq biçarədir."
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar