Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fatime E-in Fezileti

Bismilləh..SALMANIN SUALINA CAVAB
Təbəri öz “Bəşarətül –Mustəfa”kitabında “Kəniz”adlı mənbəyə istinad edib Abuzərin dilindən nəql edərək belə yazır:
Peyğəmbər(s)-in yanında idim, Bilal Həbəşi və Salman da Allahın Rəsulunu ziyarətə gəlmişdilər. Bu zaman Salman qəfildən Hz.Muhəmməd (s)-in ayağına duşub onun mubarək ayaqlarını opdu.Peyğəmbər (s) onu bu işdən cəkindirərək dedi: - Ay Salman,əcəmlərin şahları ucun etdiklərini mənə qarşı etmə. Mən Allahın bəndələrindənəm və bəndələr kimi də yeyib-icirəm.
Salman soylədi: -Ey mənim ağam, istəyirəm mənə Hz.Zəhra (s.ə) –nın qiyamətdəki fəzilətlərindən xəbər verəsən. Peyğəmbər (s) guləruzlə ona baxıb buyurdu:-Canım əlində olan ALLAHA and olsun ki Fatimə (s.ə) həmin qadındır ki dəvəyə minərək məşhər ərsəsindən gəlib kecər. Onun mubarək başı ALLAH qorxusundanbir goruntu, gozləri isə ALLAHın nurundandır. CƏBRAYIL (ə.s) o dəvənin sağında, MİKAYIL (ə.s) solunda, ƏLİ (ə.s) qabağında, HƏSƏN VƏ HUSEYN(ə.s) arxasınca gələrlər. ALLAH-TƏALA onun qoruyucusudur. Məşhər səhnəsindən kecən zaman ALLAH-TƏALA tərəfindən nida gələr: “-Ey xəlaiq,gozlərinizi qapayın və başınızı aşağı salın.Bu, sizin Peyğəmbərinizin qızı, imamınızın zovcəsi, Həsən və Hüseyn(ə.s)-in anasıdır.”
Sonra başında iki ağ cadır sirat korpusundən kecər. Fatimə (s.ə) behiştə daxil olan zaman İlahinin onun ucun hazır etdiyi nemətlərə baxıb deyər:- Mehriban və bağışlayan ALLAHın adı ilə, həmd və şukr olsun o ALLAHa ki qəmi və kədəri bizdən uzaqlaşdırdı. Əlbəttə, bizim ALLAHımız bağışlayan və mehribandır. O ALLAH ki bizi oz lutfu ilə ali məqamda qərar veribdir, o məqama hec bir əzab və əziyyət yetişməyəcək.
Ondan sonra ALLAH-TƏALA Fatimə(s.ə)yə vəhy edər: “Ey Fatimə, istədiyini məndən dilə ki sənə əta edib sevindirim”. Fatimə (s.ə) ərz edər:
“İLAHİ SƏN mənim umidimsən.SƏNİN dərgahından istəyim budur ki mənim və ailəmin dostlarını cəhənnəm atəşindən azad edəsən”
ALLAH-TƏALA ona cavab verər: “-Ey Fatimə, izzət və cəlalıma and olsun ki yerin və goylərin xilqətindən 2min il əvvəl ozumə and vermişəm ki sənin və ailənin dostlarını cəhənnəm əzabından azad edim”
ALLAHIM biz gunahkar qulları Xanım Fatimə(s.ə) hormətinə xatir əhv et......


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 174 Bölmə: Maraqlı melumatlar
loading...