Azan
Allahın Peyğəmbəri(s):«Bilal! Dur, bizə namazla rahatlıq bəxş et.»
Allahın Peyğəmbəri(s):«Şeytan namaza də‘vət səsini eşidəndə qaçar.»
Allahın Peyğəmbəri(s):«Göyün əhli yer sakinlərindən azan səsindən başqa bir şey eşitmirlər.»
Müəzzin (Azançı)
Allahın Peyğəmbəri(s):«Müəzzinin günahları onun səsi çatan və gözü görən miqdarda bağışlanar. Və hər bir quru və yaş onu (sözlərini) təsdiqləyir və onun azanı ilə namaz qılanların sayı qədər onun üçün savab yazılır.»
İmam Əli (ə):«Azanı gərək sizin ən fəsahətliniz desin və pişnamazlığı dini məsələləri ən yaxşı biləniniz etsin.»
Qulağa azan oxumaq.
Allahın Peyğəmbəri (s):«Ey Əli! Dünyaya oğlun və ya qızın gələn zaman onun sağ qulağına azan, sol qulağına iqamə oxu. Belə olan halda Şeytan heç vaxt ona zərər-ziyan vurmaz.»
İmam Sadiq (ə):«Əgər birinin xasiyyəti pisləşsə, onun qulağına azan oxuyun.»
Allah
Quran:
«Əgər onlardan «göyləri və yeri kim yaratmışdır?» deyə soruşsan,onlar mütləq «Allah!» deyə cavab verəcəklər.»
Hədis:
İmam Əli (ə):«Allahın mənası yaradılmışların mat-məəttəl, heyran qaldıqları və pənah aparılan məbuddur. Allah gözlərin görə bilmədiyi, xəyal və təsəvvürlərdən uzaq olan varlıqdır.»
İmam Əli (ə):«Allah adı, Allah-taalanın adlarının ən böyüyüdür. Elə bir ad ki, Allahdan başqasına layiq deyil və bu ad heç bir məxluqa verilməz.»
İmam Baqir (ə):«Allah o məbuddur ki, yaradılmışlar Onun mahiyyətini başa düşməkdə, necəliyindən agah olmaqda mat-məəttəl və heyran qalıblar.»
İmam Rza (ə):«Həqiqətən Allah-taalanın adını çəkmək Onun rübubiyyət və tovhidini bəyan etməkdir.»
İmam Həsən Əskəri (ə):«Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır.»
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar