Sən istədiyin kimi yaşa.Lakin bu yaşamağın uzun sürməyəcəkdir.Onsuzda bir gün öləcəksən.Arzu etdiklərini yığ.Onsuzda onlar səndən bir gün ayrılacaqdır.Dünyada ikən kimi istəyirsən sev.Onsuzda onlarla bir gün vidalaşacaqsan.Nə istəyirsən et.Amma unutma ki, hər etdiyinin hesabını verəcəksən.
Hər bir kəs ölümü dadacaqdır.Çünki ölüm haqdır və heç bir kəs ölümdən xilas ola bilməz.Ölüm Axirət qapılarından bir qapıdır.Bu qapıdan keçməyən Allahu təaləyə qovuşa biməz.Allahu təalə Qurani Kərimdə buyurmuşdur:
-Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya surəsi/35)
-Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız! (Ənkəbut surəsi/57)
Ona görə Allah dostları, həqiqi möminlər həyatda çətinliklər ilə üzləşərkən ölümü düşünərək təsəlli tapırdılar. Allahu təalə eyni ilə Ənkəbut surəsi 5-ci ayədə buyurmuşdur:
-Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi) eşidəndir, biləndir!
Loğman öz oğluna xitab edərək buyurur:
-Ey oğul! Dünyadan ayrılacağını bilirsənsə ona necə meyl edə bilərsən? Ölümü necə unuda bilərsən? Onun gələcəyinə heç kim şübhə etməmişdir.Yatdığın kimi də öləcəksən.Ey oğlum!İnsanın üç şeyi vardır: “Ruhu alınar.Bədənini də qurdlar yeyər və torpaq çürüdər.Yeganə özünə qalan əməlləri olacaqdır.
Ömər bin ƏbdülƏziz bir cümə xütbəsində buyurur:”Ey insanlar!Qəlbinizi islah etsəniz, əzalarınız da islah olacaqdır.Gözünüz, qulağınız, əlləriniz, ayaqlarınız Allahu təalənin razı qaldığı xeyir işlər ilə məşğul olacaqdır.Axirətiniz üçün saleh əməllər etsəniz, dünyanızı da qorumuş olarsınız.Adəmdən (aleyhissəlam) bu yana heç bir babanız həyatda qalmamışdır, eləcə də siz bir gün öləcəksiniz”.
Əbdül A`lə əl Qureyşi buyurmuşdur:”Elə bir kəs yoxdur ki, ölüm mələyi gündə iki dəfə qapısını döyməsin!”
Bir gün Allah Rəsulu (sallAllahu aleyhi və səlləm) ölüm ayağında olan bir kəsi ziyarət edir və soruşur:
-Özünü necə hiss edirsən?
-Həm qorxuram, həm də Allahın rəhmətinə ümid edirəm.
-Allahu təalə bir qəlbdə qorxu və ümidi bir yerdə saxlamaz.Əgər bir kəsin ürəyində qorxu və ümidi bir yerdə saxlayarsa,onu ümid etdiyinə qovuşdurar, qorxduqlarından da əmin edər.
Bəli.Ölüm bilinməyən bir şeydir.Gəlmədən görünməz, gələrkən isə aman verməz.Ölüm səfərinə çıxan bir daha geri dönməyəcəkdir.Bu yalan dünya çox dolub-boşalmışdır.Ölüm nə qədər ananı balasından ayırmış, atanın qəddini əymiş, nə qədər övladı isə anasız,atasız qoymuşdur.Hər kəs ölümün açıq şahididir.Həyatda ikən neçə kəsin öldüyünü gözləri ilə görür, amma yenə də ibrət almır.Dünyadan əl çəkmir.Amma sonda həmin insan da dünyadan əlini çəkib gedəcəkdir.
Sən istədiyin kimi yaşa.Lakin bu yaşamağın uzun sürməyəcəkdir.Onsuzda bir gün öləcəksən.Arzu etdiklərini yığ.Onsuzda onlar səndən bir gün ayrılacaqdır.Dünyada ikən kimi istəyirsən sev.Onsuzda onlarla bir gün vidalaşacaqsan.Nə istəyirsən et.Amma unutma ki, hər etdiyinin hesabını verəcəksən.
Tarix: 11.04.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 351 Bölmə: Maraqlı melumatlar